• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə

Bioqrafiya

20-09-2021, 09:50

İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə


Milli.Az Kulis.az-a istinadən ilk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə haqqında maraqlı faktları təqdim edir.

İzzət Mirzəağa qızı Oruczadə 16 sentyabr 1909-cu ildə Bakıda anadan olub.

Onu kino sahəsinə gətirən görkəmli dramaturq Cəfər Cabbarlı olub. Belə ki, "Sevil" filminin çəkilişləri zamanı Cabbarlı küçələri gəzərək Sevil obrazı üçün qız axtarır. Günlərin birində o, "Təyyarə" kinoteatrında bir qızla rastlaşır. Və onun Sevil obrazı üçün tam uyğun olduğunu anlayır.
Dramaturq tanımadığı qızı addım-addım izləyib onun yaşadığı ünvanı öyrənir. Bir neçə gündən sonra o, İzzətgilin evinə yollanır. İzzətin atası ilə qardaşları onun filmə çəkilməsinə qəti şəkildə etiraz edirlər. Ancaq Cəfər Cabbarlı inadından dönmür. Bir neçə gün İzzətgilə gəlib getdikdən sonra ailənin razılığını ala bilir. Amma bir şərtlə: Cəfərin özü İzzəti gəlib evdən faytonla aparacaq və faytonla da geri qaytaracaq.

İzzətin atası Mirzəağa kişi Cəfəri yola salandan sonra evə gəlir və qızını çağırıb deyir:

- Qızım, bu çeşməkli kişi böyük adamdır, bəlkə eşitmisən, Cəfər Cabbarlı. Teatr üçün əsərləri o yazır. İndi bir dənə kino çəkirlər. Adı "Sevil"dir. İstəyir ki, səni də kinoya çəksin. Bilirəm, məhəllə ağsaqqalları məni danlayacaqlar, amma kişinin sözündən çıxa bilmədim. Yaxşı adama oxşayır, elə bil üzündən nur tökülür. Sabah hazırlaş, gəlib səni kinoya aparacaq.

İ. Orucovanın xatirələrindən: "Ertəsi gün institutdan gələn kimi təzə paltarımı geyib hazırlandım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni evimizdən həmişə faytonla aparıb gətirərdi.

Filmin çəkilişlərində yazıçı özü iştirak edir. Sevil obrazının bütün çalarlarını İzzətə başa salır. Hətta məşq zaman bir neçə dəfə çadranı İzzətin başından açıb Balaş rolunu ifa edən Ağasadıq Gəraybəylinin sifətinə çırpır. Çəkilişlər bitəndə isə günün sonunda Cabbarlı İzzətin ailəsinə söz verdiyi kimi hər gün onu evlərinə ötürür.

Cabbarlı həm filmin, həm də Sevil rolunun uğurlu alınması üçün bütün imkanlardan istifadə edir. Məsələn, filmin bəzi epizodlarında Sevil düşdüyü vəziyyətlə bağlı kədərli görünmür. Çəkiliş vaxtı İ. Orucovanı kədərli lentə almaq üçün aktrisa ilə çox məşq edir, lakin Cabbarlı istədiyini ala bilmir. Nəhayət, çıxış yolu tapılır. Hər dəfə kədərli əhval-ruhiyyə yaradılması üçün musiqiçi aktrisanın sevdiyi muğamları tarda çalır, həmin an rejissorlar səhnəni istədikləri kimi çəkirlər.

Maraqlıdır ki, hətta çəkiliş qrupu üçün işin qızğın çağında belə İzzət xanım institutda bircə dərs belə buraxmır. Təbiətcə həlim və bir qədər cəsarətsiz olan bu qız təhsillə bağlı məsələ ortaya çıxanda həddindən artıq inadkarlıq edir. İ. Orucova o vaxtı institutun 3 - cü kursunda oxuyurdu. Çəkiliş qrupu da öz işini elə qururdu ki, aktrisa yorulmasın, dərslərdən geri qalmasın. İzzətin atasına söz vermiş Cabbarlı bu işlərə özü şəxsən nəzarət edirdi.

İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir:
"Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın".

Nəhayət, "Sevil" filminin çəkilişi tamamlanır. Film 1929-cu ildə ekranlara buraxılır. İzzət həmin günü belə xatırlayır: "Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C. Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".

Bundan sonra Cəfər eyni adlı əsəri əsasında "Almaz" filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir. İzzət Orucova isə təhsilini başa vurub, Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamışdı. Yenidən çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə müraciət edəndə, o vaxtkı direktor M. Kapelyuşnikov kəskin şəkildə etiraz edir. Lakin iş elə gətirir ki, Kapelyuşnikov Moskvadan ezamiyyətdən qayıdarkən qatarda təsadüfən C. Cabbarlı ilə bir kupedə olur. Dramaturqun şirin söhbətləri, müsahibini özünə cəlb etmək bacarığı ona elə güclü təsir göstərir ki, o özü İzzət xanımı kabinetinə çağırıb çəkilişlərə icazə verdiyini bildirir.

İ.Orucova deyir ki, C.Cabbarlı Almazla bağlı filmi fikrən bütünlüklə görür. O, bu filmə özü quruluş verəcəkdi. Lakin sınaq çəkilişləri başa çatar-çatmaz o, vəfat edir.

Bioqrafiyasındakı iki filmlə yanaşı İzzət Orucova "Lətif", "İsmət", "Məhəbbət yollarında" və bir neçə filmdə də epizodik rollar ifa edir. Lakin sonradan o, kinodan tamamilə uzaqlaşır. Müsahibələrinin birində deyir ki, əgər Cəfər sağ olsaydı, mən yenidən onun çəkəcəyi filmlərə çəkilərdim.

İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan ziyalı Mövsüm İsmayılzadə ilə ailə həyatı qurur. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən və ailəsi ilə birgə sürgün ediləcəyini anlayan Mövsüm bəy dərhal İzzətdən boşanır. Bununla da o, İzzət Oruczadəni və körpə oğlu Yılmazı sürgün təhlükəsindən xilas edir.

Tək qalan İzzət xanım ömrünü elmə və yeganə övladına həsr edir. Azərbaycanın ikinci akademik qadını olur, Lenin mükafatı alır. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidmətlər göstərir.

1974-cü ildə İzzət Orucova haqqında "İşıqlı yol" adlı qısametrajlı film çəkilir. İzzət Orucova 1983-cü ildə Bakıda vəfat edir.

İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə
İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə
İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə
İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə
İlk azərbaycanlı kinoaktrisa İzzət Oruczadə

Oxunub: 1 840
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-03-2021, 00:42

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI

Xəbərlər

6-02-2021, 15:34

“Vaqif Mustafayev istefa verməyib, onu işdən mən çıxarmışam” – Sevil Əliyeva

Bioqrafiya

21-01-2021, 00:10

Seyfəddin Dağlının həyat hekayəsi

Bioqrafiya

24-11-2019, 10:20

Cəfər Cabbarlı

Manşet / Mədəniyyət

30-07-2018, 10:14

Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa

AlıntıCevapla
  • Kari

  • 14 aprel 2026 12:12
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Beste Echtgeld Casino App

References:
https://wolff-diaz-2.mdwrite.net/online-slot-vergleich-die-100-besten-spielauto
maten
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Son xəbərlər
  • Dünən, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • Dünən, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • Dünən, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • Dünən, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Dünən, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Dünən, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Dünən, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Dünən, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Dünən, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Dünən, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Dünən, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Dünən, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Dünən, 09:00
    Qaragilənin az bilinən faydaları
  • 6-08-2026, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • 6-08-2026, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • 6-08-2026, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • 6-08-2026, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • 6-08-2026, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • 6-08-2026, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • 6-08-2026, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • 6-08-2026, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • 6-08-2026, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • 6-08-2026, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • 6-08-2026, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • 6-08-2026, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • 6-08-2026, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • 6-08-2026, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə