• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Spirometriya: Nəfəsiniz sizə hansı siqnalları verir?
Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək
Tramp Xameneiyə yeni təklif göndərdi – İran niyə susur?
Həkim allergiyanın koronavirusun nəticəsi olub-olmadığını açıqladı
Azərbaycanla müharibə xəbərdarlığı edildi
Ərdoğan Bakı ilə danışdı, Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
Ortoped skoliozun qarşısını almaq üçün ən yaxşı idman növünü açıqlayıb
Tramp Ukraynadan imtina edir? - Planlar alt-üst oldu
28 səhifəlik məxfi sənədlə bağlı qalmaqal - Paşinyanın siyasəti Azərbaycana uyğunlaşdırılır?
Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ
Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
100 il yaşamaq istəyənlər üçün vacib qida
Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
İran körfəz ölkəsini raket atəşinə tutur
MRT xərçəngi daha tez tapır
Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sarımsağın müalicəvi xüsusiyyətləri

Araşdırma

16-01-2020, 21:52

Sarımsağın müalicəvi xüsusiyyətləri


Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb.

Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir ehramları inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.

Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb. Misirdə sarımsaqdan ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyarmışlar.

Sarımsaq özünəməxsus dadına, fayadalı xüsusiyyətlərinə görə dünya mətbəxində geniş istifadə edilən ərzaqlar sırasındadır. Ondan bir çox yemək, sous, salat, marinad və şorabaların hazırlanmasında istifadə edilir. Sarımsaqdan çox istifadə edən ölkələr sırasında Bolqarıstan, Çin və Yaponiya ön sırada gedir.

"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetər artıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən: tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından çıxarsın. (Bəqərə surəsi, 61-ci ayə)

Sarımsağın efir yağlarının tərkibində olan allisin maddəsi və kükürd birləşmələri bitkiyə spesfik dad və qoxu verir. Allisin maddəsi 1944-cu ildə iki alim - J.Cavallit və J.Bailey tərəfindən kəşf edilib. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilir. Sarımsağın tərkibində həmçinin bakteriyaların inkişafını ləngidən fitonsidlər mövcuddur.

Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır. Faqositlərin, T-limfositlərin, makrofaqların və killer hüceyrələrin aktivliyini artıraraq immun sistemi stimullaşdırır, orqanizmin infeksiyalara qarşı müqaviməti artırır.

Sarımsaq bağırsaqlarda çürümə və qıcqırma proseslərinin qarşısını almaq xüsusiyyətinə malikdir və ona görə kolit, bağırsaq atoniyaları və qida zəhərlənmələrində istifadə edilir, regenerasiya və epitelizasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.

XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı öldürücü təsir göstərdiyini sübut etmişdir. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.

Sarımsağın daxilə və ya imalə şəklində istifadə edilməsi bağırsaq parazitlərindən olan bütün növ qurdlara, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Qanda ümumi və aşağı sıxlıqlı lipoproteinlərdən (zərərli) təşkil olunmuş xolesterinin səviyyəsini azaldır, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət faydalı xolesterinin səviyyəsini artırır.

Sarımsağın tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri – eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigenlə təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır. Həmin xüsusiyyətlərinə görə sarımsaq arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə edilir.

Güclü antioksidant xüsusiyyətlərə malik allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.

Sarımsağın tərkibində olan inulinəbənzər maddələr qanda şəkərin səviyyəsini tənzimlədiyindən şəkərli diabet zamanı qida əlavəsi kimi istifadə edilir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul (Nat-Sarımsaq kapsulu), tablet, toz və yağ şəkildə tətbiq edilir.


Bir sıra böyrək xəstəlikləri, öd daşı xəstəliyi, anemiya, mədə və bağırsaq xorası, epilepsiya zamanı sarımsaq və onun preparatlarından istifadə edilməsi əks göstərişdir.

Reseptlər:

Stenokardiya və təngənəfəslikdə

5 baş sarımsaq təmizlənib sürtgəcdən və ya ətçəkən maşınından keçirilir, 10 ədəd limon şirəsi və 1 kq balla qarışdırılır. 1 həftə qaranlıq və sərin yerdə ağzı bağlı şüşə qabın içərisində saxlanır. Hər qaşıq arasında minimum 1 dəqiqə fasilə verməklə gündə 1 dəfə 4 çay qaşığı qəbul edilir.

İrinli yaralar və ekzema

1 baş sarımsaq qabıqlı şəkildə aluminium folqaya bükülür, sobada 20-25 dəqiqə bişirilir. Qabıqları soyulur, yumşaq hala gələnə qədər əzilir və 1:1 nisbətində balla qarışdırılaraq yara nahiyəsinə sürtülür.

Eyni qaydada bişirilərək əzilmiş sarımsaq zeytun yağıyla qarışdırılaraq barmaqda dolamaya qarşı istifadə edilir.

Qurd invaziyası

1 baş sarımsaq təmizlənərək əzilir, üzərinə yarım stəkan isti süd əlavə edilir, 15-20 dəqiqə dəmlənilir. Axşam yatmazdan əvvəl imalə şəklində düz bağırsağa yeridilir, gecə səhərədək saxlanılır. Prosedurdan əvvəl mütləq bağırsaqlar boşaldılmalıdır.

Acqarına 3 diş sarımsaq yeyilir, 2 saat sonra işlədici məqsədlə 2 xörək qaşığı gənəgərçək yağı içilir.

Mənbə: Herba Flora junralı

Oxunub: 1 121
Paylaş:
Digər xəbərlər

Maraqlı

6-09-2019, 11:17

Kimlərə sarımsaq yemək olmaz?

Xəbərlər

25-07-2019, 18:30

Xərçəngdən, infeksiyalardan qoruyan ən güclü vasitə: QARA SARIMSAQ

Araşdırma

5-05-2019, 05:01

İnfarktdan uzaq olmaq istəyirsinizsə cücərmiş sarımsağı QƏTİYYƏN ATMAYIN – İnanılmaz FAYDALARI və İSTİFADƏSİ

Gözəllik və təbabət

18-04-2019, 10:39

40 günə arıqlamaq istəyənlərə MÜJDƏ: hər gün bütöv sarımsaq udmaqla...

Maraqlı

6-03-2019, 11:49

Yatanda başınızın altına sarımsaq qoyun- ŞOK NƏTİCƏ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Spirometriya: Nəfəsiniz sizə hansı siqnalları verir?
Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək
Tramp Xameneiyə yeni təklif göndərdi – İran niyə susur?
Həkim allergiyanın koronavirusun nəticəsi olub-olmadığını açıqladı
Azərbaycanla müharibə xəbərdarlığı edildi
Ərdoğan Bakı ilə danışdı, Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
Son xəbərlər
  • Bu gün, 21:28
    Spirometriya: Nəfəsiniz sizə hansı siqnalları verir?
  • Bu gün, 20:40
    Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək
  • Bu gün, 20:20
    Tramp Xameneiyə yeni təklif göndərdi – İran niyə susur?
  • Bu gün, 18:23
    Həkim allergiyanın koronavirusun nəticəsi olub-olmadığını açıqladı
  • Bu gün, 17:56
    Azərbaycanla müharibə xəbərdarlığı edildi
  • Bu gün, 16:39
    Ərdoğan Bakı ilə danışdı, Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
  • Bu gün, 15:57
    Ortoped skoliozun qarşısını almaq üçün ən yaxşı idman növünü açıqlayıb
  • Bu gün, 14:01
    Tramp Ukraynadan imtina edir? - Planlar alt-üst oldu
  • Bu gün, 13:14
    28 səhifəlik məxfi sənədlə bağlı qalmaqal - Paşinyanın siyasəti Azərbaycana uyğunlaşdırılır?
  • Bu gün, 12:52
    Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ
  • Bu gün, 11:55
    Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi
  • Bu gün, 10:42
    Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
  • Bu gün, 09:09
    100 il yaşamaq istəyənlər üçün vacib qida
  • Dünən, 20:16
    Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət
  • Dünən, 19:29
    İran körfəz ölkəsini raket atəşinə tutur
  • Dünən, 18:44
    MRT xərçəngi daha tez tapır
  • Dünən, 17:38
    Bakı və İrəvan arasında yeni vəziyyət: Paşinyanın səfəri tezləşdirilə bilər
  • Dünən, 16:02
    Kanada ilə bağlı sensasion məlumat: Ölkə əyalətlərə parçalana bilər
  • Dünən, 15:28
    Qəhvə sümükləri kövrəkləşdirir – Kimlər riskdədir?
  • Dünən, 14:04
    Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
  • Dünən, 13:21
    Türkiyə böyük müharibəyə sürüklənir – Ankaranın yeni PLANI nədir?
  • Dünən, 12:22
    Sirkad ritmlərin pozulması – Şizofreniya, autizm, təşvişin SƏBƏBİ
  • Dünən, 11:58
    Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
  • Dünən, 09:05
    Ödem atan bitki çayları hansılardır?
  • 4-05-2026, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • 4-05-2026, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • 4-05-2026, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • 4-05-2026, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • 4-05-2026, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • 4-05-2026, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə