• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Böyrəklərinizin xəstə olduğunu göstərən GİZLİ SİMPTOMLAR

Araşdırma

16-04-2023, 23:16

Böyrəklərinizin xəstə olduğunu göstərən GİZLİ SİMPTOMLAR


Bir çox hallarda böyrək xəstəlikləri özünü büruzə vermir və ya böyrək xəstliklərinin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır. Saglamolun.az bildirir ki, bu haqda tanınmış rusiyalı həkim Pavel Yevdokimenko öz youtube kanalında məlumat verib.

Həkim bildirib ki, belə gizli simptomlardan biri təzyiqin yüksəlməsidir. Böyrəklər təzyiqin tənzimlənməsində əsas rollardan birini oynayır. Lakin bir çox hallarda xəstədə yüksək təzyiq aşkar olunduqda ona heç bir əlavə müayinə və analiz təyin edilmədən, təzyiqin yüksəlməsinin səbəbi araşdırılmadan təzyiqi salan dərmanlar təyin olunur. Bu dərmanlar əslində heç nə müalicə etmir, onlar yalnız təzyiqi normada saxlayaraq yüksək təzyiqin orqanizmdə yarada biləcək fəsadların qarşısını alır. Xəstə təzyiq dərmanlarını illər ərzində, hətta həyatın sonuna qədər qəbul etməli olur. Həkim bildirir ki, bu dərmanların bəziləri böyrəklərə mənfi təsir edərək onların vəziyyətini daha da pisləşdirir. Təzyiqin səbəbi böyrək xəstəliyidirsə, bu xəstəlik müalicə olunduqdan sonra təzyiq də normaya düşür.

Digər gizli simptom xolesterinin səviyyəsinin artmasıdır. Evdokimenko bildirib ki, bu simptom aşkar olunduqda mütləq xəstənin böyrəkləri və qaraciyəri yoxlanılmalıdır. Lakin bir çox hallarda həkimlər bunu etmədən xəstəyə xolesterinin səviyyəsini salan “statin” adında dərmanları təyin edirlər. Statinlər də adətən həyatın sonuna qədər qəbul edilməli olan dərmanlardır. Statinlərin uzun müddət ərzində qəbulu böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Böyrək xəstəliklərinin növbəti gizli simptomları arasında: bel nahiyəsində ağrılar (onu bəzən osteoxondrozla qarışdırırlar), zəiflik, ürəkbulanması, üzücü baş ağrıları, yuxunun pozulması (yuxu səthi olur, insan gecə tez-tez oyanır), dərinin quruluğu və dərinin qaşınması, iştahanın pozulmasıdır.

Böyrək xəstəliklərinə xas olan digər əlamət ödemlərdir (şişkinlik). Bəzən şişkinlik gizli ola bilər. Bunu necə anlamaq olar? İnsanın çəkisi səbəbsiz artırsa, bu gizli ödemlərə işarə edə bilər.

Sidik ifrazında dəyişikliklər də böyrək xəstəliklərinə işarə edir: tez-tez və ya əksinə gec-gec sidiyə getmək, gecə vaxtı sidiyə getmək (1 dəfədən artıqdırsa, buna fikir vermək lazımdır), ifraz olunan sidiyin həcminin artması və ya əksinə azalması, sidiyin tündləşməsi, sidikdə qan.

Bədənin spesifik ammiak qoxusu da böyrək xəstəliyinin simptomu ola bilər. Bu iy tez-tez qoca insanlardan gəlir və ona bəzən “qocalıq iyi” də deyirlər. Lakin bunun səbəbi əksər hallarda məhz böyrəklərin fəaliyyətində olan problemlər olur ki, xəstənin böyrəkləri müalicə olunduqdan sonra qoxu yox olur və ya əhəmiyyətli dərəcədə azalır.

Böyrək xəstəliklərinə şübhə yarandıqda USM-dən keçmək (bəzi hallarda doppleroqrafiya və KT də təyin oluna bilər), sidik və qan (klink və biokimyəvi) analizlərini vermək lazımdır.

Oxunub: 815
Paylaş:
Digər xəbərlər

Araşdırma

12-02-2023, 17:02

Təzyiq ölçən aparatı yoxdursa yüksək və aşağı təzyiqi necə təyin etmək olar? - SİMPTOMLAR

Araşdırma

26-11-2020, 15:13

Təzyiq niyə qalxa bilər? Ən yayılmış SƏBƏBLƏR

Araşdırma

19-11-2020, 19:32

Təzyiq ölçən aparatı olmadan yüksək və aşağı təzyiqi necə təyin etmək olar? SİMPTOMLAR

Səhiyyə

30-12-2019, 10:58

Təzyiq niyə qalxa bilər? Ən yayılmış SƏBƏBLƏR

Xəbərlər

21-07-2019, 16:27

Böyrək təzyiqi: Sizdə bu əlamətlər varsa ...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
Son xəbərlər
  • Bu gün, 21:40
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Bu gün, 20:20
    Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
  • Bu gün, 19:35
    London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
  • Bu gün, 18:21
    Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
  • Bu gün, 17:46
    Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
  • Bu gün, 16:18
    PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
  • Bu gün, 15:00
    Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
  • Bu gün, 14:37
    Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
  • Bu gün, 13:13
    Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
  • Bu gün, 12:43
    Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
  • Bu gün, 11:05
    Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
  • Bu gün, 10:39
    Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
  • Bu gün, 09:06
    Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə