• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şəkərli diabet xəstəliyi, qidalanma qaydaları

Araşdırma / Səhiyyə

3-11-2018, 00:46

Şəkərli diabet xəstəliyi, qidalanma qaydaları
Şəkərli diabet xəstəliyi, qidalanma qaydaları
Şəkərli diabet xəstəliyi 2-ci tip

Şəkərli diabet (ŞD) – İnsanların həyat tərzini dəyişib pəhriz qidalanmağa məcbur edən xəstəlik.


İnsan orqanizmində bəzən elmi izahı olmayan proseslər gedir və həmin proseslərin nədən baş verdiyini anlamırıq. Anlamadığımızı isə bir xəstəlik kimi qəbul edirik. Xəstəlik adətən patoloji vəziyyət yaratmaqla özünü büruzə verir və patologiyanı yaradan faktor isə bəlli olur. Ona görə də patoloji inkişaf prosesi olmayan situasiyanı xəstəlik adlandırmaq düzgün deyil. Misal üçün şəkərli diabet. Bu bir xəstəlikdir yoxsa yox? Əgər bu xəstəlikdirsə o zaman niyə digər xəstəliklər kimi inkişaf etmir və insanı xəstə halına salmır?

Adətən şəkərli diabet xəstələri digər sağlam insanlardan heç də az yaşamırlar. 80-90 yaşlı ŞD xəstələri vardır ki, özlərini yetərincə gümrah hiss edirlər. Səbəbi həmin insanların ŞD-in tələbləri çərçivəsində yaşamalarıdır. Bu o deməkdir ki, qısa yaşamağın əsas səbəbi şəkərli diabet deyil, orqanizmin ağırlaşmasıdır. Ağırlaşmaya səbəb isə xəstənin pəhriz etməməyidir. Yəni siz diabetə qədər pəhriz saxlamırdınız və orqanizmi necə gəlirdi qidalandırırdınız. İndi isə orqanizm artıq öz tələbləri daxilində səni yaşamağa məcbur edir. Əslində bu orqanizmin reaksiyasıdır, istəmir ki, onu zəhərləyəsən. Digər tərəfdən xəstə bütün tələblərə əməl edirsə ağırlaşmalar olmur, xəstə özünü gümrah hiss edir və uzun illər əziyyət çəkmədən yaşayır.

Hər kəs ona ayrılmış həyatını yaşamaq istəyir və qocalıq dövrünü yaşamadan dünyasını dəyişmək istəmir. Bəzən dərin qocalıq dövrünü yaşayan xəstə bir qədər də yaşamaq istədiyini həkimə deyəndə, həyatın necə də şirin olduğunu anlayırsan. Şəkərli diabet xəstəsi xəstəliyin ağırlaşmalarını yaşamaq istəmirsə, həyat tərzini yeni qaydalara uyğun dəyişməlidir. Çünki şəkərli diabetin ağırlaşması dözülməz hallarla müşahidə olunur.

Həyatınız yüngülləşsin deyə şəkərli diabetin tələbi olan çərçivəyə girməyi bacarmalısınız və həmin çərçivə daxilində həyatınızı qurmalısınız. İlk baxışdan dar görünən çərçivə əslində kifayət qədər genişdir. Sadəcə yenidir deyə sizə dar görünə bilər. Amma bir müddətdən sonra yeni qaydalar həyat tərzinizə çevrilməyə başlayacaq. Bunu bacaran xəstə istədiyi qidalarla qidalana biləcək və eyni zamanda qanında şəkərin miqdarı patoloji həddi aşmayacaq. Tələblərə əməl etmək məcbursunuz, ona görə ki, ŞD-in ağırlaşması fonunda tələblər dəfələrlə sərtləşir və ağırlaşır.

Həyat tərzinizi dəyişmək, əslində qarşınıza qoyulmuş bir tələb olmamalıdır! Tələbdir deyə təbiətiniz və xarakteriniz dəyişilməyəcək. Sadəcə şüurlu şəkildə məhdud miqdarda qəbul oluna bilən ərzaqları ikinci dərəcəli qida məhsulları sırasına daxil edin, və nəfsinizə hakim olun. Siz prosesi izləməyin və qaydalara əməl etməkdə davam edin. Hər şey siz hiss etmədən baş verəcək və həyat tərzinizin dəyişdiyini kənardan sizinlə tez-tez ünsiyyətdə olan insanlar görəcək. Siz dəyişdiyini sonradan görəcəksiniz və onu da görəcəksiniz ki, indi daha sağlam həyat tərzi çərçivəsində yaşayırsınız.

Təbiətin gözəlliyini seyr etmək, onun rəng çalarlarından zövq almaq, həzin musiqisini yorulmadan dinləmək və gözəlliyə oxşamaq ruhunuza rahatlıq gətirdiyini duyacaqsınız. Siz həyatın nə qədər dəyərli olduğunu biləcəksiniz və insanlara qarşı olan məhəbbətiniz artacaq. Əvvəllər hiss etmədiyiniz münasibətləri fərqləndirməyi bacaracaqsınız. Hər kəsin özünəməxsus yaşamaq arzusunun olduğunu anlayacaqsınız və kiməsə zərər dəyməsini istəməzsiniz.

Nədən başlamalısınız?

1. Qida rejimi və miqdarını orqanizmin tələbatına uyğunlaşdırın. Yəni acdığınızı hiss edirsinizsə, o zaman müəyyən miqdarda qida qəbul etməlisiniz.

2. Qidanı tez zamanda deyil 20-40 dəqiqə ərzində tədricən (tələsmədən) qəbul etməlisiniz. İlk 10-15 dəqiqə ərzində doyduğunuzu hiss etmək çətindir, çünki həzm, yəni orqanizmin qida maddələrini mənimsəməsi prosesi o dərəcədə sürətli deyil. Çox zaman mədəmizi doldururuq, sonradan artıq miqdarda yediyimizi hiss edirik. Buna yol verməmək üçün ya qidanın miqdarını azaltmalı, ya da ki, qidanı tədricən, tələsmədən qəbul etməlisiniz.

3. Qida rasionunuz 2 və daha çox qida növlərindən ibarət olmalıdır. Belə olan halda az miqdarda qəbul etdiyiniz qida ilə daha tez doyacaqsınız və orqanizm ona lazım olan qida maddələrini tələbatına uyğun miqdarda mənimsəyəcək. Qida rasionunun qarışıq qida məhsullarından ibarət olması həmçinin həzm prosesini sürətləndirir və orqanizm daha tez vacib qida maddələrini qəbul edir. Mədənin tez zamanda boşalması isə, heç də onu tezliklə doldurmağına işarə deyil. Əsa orqanizmin tələbini ödəməkdir. Əgər orqanizmdə çatışmazlıq olarsa bunu mütləq sizə anladacaq və siz acdığınızı hiss edəcəksiniz. Aclıq hissi olmadan nəyisə qəbul etmə istəyirsinizsə bu nəfsinizin tələbidir.

4. Qida rasionunuzun 1/3 hissəsi heyvan məşəli, qalan hissəsi isə bitki tərkibli olmalıdır. Unutmayın ki, şəkərli diabet zamanı ət və ət məhsullarından istifadə etmək vacibdir.
Heyvan məşəlli məhsullarda adətən piy çox olur. Piyin çox miqdarda orqanizmə daxil olması isə vəziyyəti ağırlaşdıra bilir. Bu səbəbdən yalnız təzə ət məhsullarından istifadə edin və əti piyindən ayırın. Piyi ümumiyyətlə qəbul etməkdən imtina edin. Əgər ətin çox yağlı olduğunu düşünürsünüzsə o zaman əti doğrayıb qaynadın Ət tam bişəndən sonra 30-40 dəqiqə oddan kənarda saxlayın. Üzərində yığılmış yağı ayırın, sonra istədiyiniz yeməyi hazırlayın. Həmçinin bu quş ətinə də aiddir. Quş dərisini qəbul etməyin və yaxud qabaqcadan dərisini ayırıb tullayın. Balıq ətini də mütəmadi rasiona əlavə edin.

5. Bəzən insan nəfsini saxlaya bilmir və qanda şəkəri birdən qaldıra bilən yeməklərdən çox miqdarda qəbul edir. Belə hallara yol vermək olmaz! Əgər ürəyinizdən keçirsə və nəfsinizə hakim ola bilmirsinizsə vaxtaşırı istədiyiniz ərzaqdan az miqdarda qəbul etmək olar. Amma həmin qida rejimdən kənar deyil, rasionun tərkibinə daxil olmalıdır. Bu zaman qəbul etdiyiniz qidanın ümumi miqdari kəskin azaldılmalıdır. Həmçinin fiziki aktivliyinizi də nisbətən artırmalısınız. Ümumiyyətcə belə hallara yol verməsəniz yaxşıdır.

6. Qida qəbulunu ötürmək olmaz! Zamanı gəldikdə az miqdarda olsa belə hər-hansı bir qidanı qəbul edin. Müxtəlif situasiyalar var ki, rejim çərçivəsində qidalanmağa mane olur. Siz bütün hallarda tədbirli olmalısınız. Qabaqcadan hazırlığınızı görməlisiniz. Belə hallar əsasən yol gedərkən baş verir və bunu bilməlisiniz. Yanınızda mütləq ərzaq və su olmalıdır.

7. Çəkinizin artmasına yol verməyi. Əgər çəki yığdığınızı görürsünüzsə o zaman qida rasionunda heyvan məşəlli qidanı azaldın və fiziki aktivliyi artırın. Qida qəbulundan dərhal sonra uzanmaq və uzun müddət hərəkətsiz dayanmaq olmaz. Mütləq mülayim fiziki aktivlik olmalıdır. Bu zaman qan yüklənmir və qanda şəkərin miqdarı tənzimlənir. Ac qalmaqla çəki atmağı düşünməyin.

8. Rasionda düyünü, kartofu, çox şirin meyvələri, giləmeyvələri, ümumiyyətlə tərkibində şəkərin miqdarı çox olan məhsulları azaldın. Qanda şəkərin miqdarını artıran ərzaqlardan səbəbsiz yerə qəbul etməyin və yaxud mümkün olan halda onlardan imtina edin.

9. Hər zaman təzə ərzaq məhsullarından istifadə etmək imkanınız olduğu halda konservləşdirilmiş və hisə verilmiş qida məhsullarından imtina edin. Duza və sirkəyə qoyulmuş tərəvəzləri ciddi şəkildə rasionda azaldın.

10. Şəkərli diabetdə yoluxucu xəstəliklərdən qorunmaq çox vacibdir. İmmun sisteminin zəifləməməyi və orqanizmin daima formada qalması üçün vaxtaşırı profilaktik müalicə almaq məsləhətdir. Həkiminiz müalicədən öncə sizi dinləyəcək, qan analizi vermək və USM müayinəsindən keçmək tövsiyəsi verəcək. Ondan sonra lazım bildiyi müalicəni sizə təyin edəcək. Hətta özünüzü sağlam hiss etsəniz belə profilaktik müalicə almaq vacib sayılır. Çünki bir çox həssas orqanlar var ki, hiss olunmaz dərəcədə sıradan çıxa bilir. Bu kimi halların qarşısını almaq üçün məhz profilaktik müalicə təyin olunur.

11. Şəkərli diabet xəstəliyini bir xəstəlik kimi hiss etməmək üçün doğma insanların ətrafında olmaq və onlarla xoş ünsiyyət qurmaq çox vacibdir. Ətrafında ürəyini boşalda biləcəyin insanların olması daxili gərginlikləri götürməyə yardımçı olur. Çünki xoş emosiya yaşayan insanın orqanizmində təmizlənmə prosesi daha sürətlə gedir. Bədbin düşüncələrdən, qəzəbdən və qisas hisslərindən uzaq olmağa çalışın. Bağışlamağı və yaxud üzr istəməyi çətin bir qərar olduğunu düşünməyin.

12. Siz şəkərli diabeti idarə etmək istəyirsinizsə səhhətinizdə baş verən dəyişiklikləri müşahidə etməyi bacarmalısınız. Necə ağırlaşdığınızı və yaxud yüngülləşdiyini anlamağa çalışın. Hədən ağırlaşdığınızı və yaxud yüngülləşdiyinizi ayırd edin. Hər-hansı bir qidanı qəbul etdikdən sonra ağırlaşdığınızı görürsünüzsə həmin qidanı mütləq rasionda azaldın. Beləliklə vəziyyəti tam olaraq idarə etməyi bacaracaqsınız. Prosesi anlamaq və tam olaraq idarə etmək üçün təbii ki, sizə bir qədər vaxt lazım olacaq. Amma siz o vaxtın haçan gələcəyini gözləməyin və yolunuza davam edin.

Şəkərli diabet və hamiləlik
Müasir dövrün tibbi inkişafı şəkərli diabet xəstələrinə sağlam uşaq dünyaya gətirmək imkanı verir. Eyni zamanda uşağı daşıyan ananın sağlamlığını qoruyub saxlamağı mümkün edir. Əlbəttə, hamiləlik qadının üzərinə əlavə məsuliyyət qoyur. Çünki hamiləliyi necə idarə etməsindən asılı olmayaraq hər zaman həm ananın, həm də uşağın sağlamlığı ilə bağlı müəyyən risk faktorları mövcud olaraq qalır.

Ağırlaşmalar nəticəsində retinopatiya, nefropatiya, ketoasitoz və s. nəticəsində uşaq doğulmamış tələf ola və yaxud qüsurlu doğula bilər. Ona görə də hamilə qadın hamiləlik dövründə ciddi həkim nəzarəti altında olmalıdır. Qida rejimi və qida seçimi düzgün tənzimlənməlidir. Şəkəri tənzimləyən dərmanların təyinatı situasiyaya tam uyğunlaşdırılmalıdır. Şəkərin miqdarı hamiləlik dövründə normanı aşmamaqla yanaşı aşağı həddi də düşməməlidir. Yalnız bütün proseduralara əməl edərək ananın və körpəsinin sağlamlığını qorumaq olar.

Hamilə qadınlar yuxarıda qeyd etdiyimiz qidalanma prinsipinə eyni ilə əməl etməlidir. Heç bir fərq yoxdur. Sadəcə hamiləliyini nəzərə alıb daha ehtiyatlı davranmaq, qanda şəkərin miqdarını dərhal qaldıra bilən qidalardan imtina etmək məsləhət görülür.

Hamiləlik dövründə fiziki aktivliyinizi stabil olaraq qorunub saxlanılmalıdır. Faktiki vəziyyətinizi yaxından görə bilən həkimlə məsləhətləşin və göstərişlərinə əməl edin.

Oxunub: 1 719
Paylaş:
Digər xəbərlər

Maraqlı

31-10-2018, 01:30

Diabet və ürək xəstələri bu məhsulu müntəzəm yeməlidir

Maraqlı

27-10-2018, 02:26

Təzyiq, oturaq iş, çox yemək diabet yaradır - 7 mühüm cavab

Manşet / Araşdırma

26-07-2018, 10:04

Fransada elmi araşdırmalara görə qan qrupunun 2-ci tip şəkərli diabet xəstəliyində rolu var

Manşet / Səhiyyə

13-07-2018, 09:51

Autoimmun Hepatit...

Manşet / Gündəm / Səhiyyə

23-03-2018, 08:45

Şəkərli diabetin ilkin simptomları

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
Son xəbərlər
  • Bu gün, 21:41
    Hemoqlobini dərmansız artırmağın qeyri-adi yolu
  • Bu gün, 20:43
    Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?
  • Bu gün, 19:31
    Azərbaycan, Türkiyə və Ermənistan "enerji adası”nda birləşir - DETALLAR
  • Bu gün, 18:48
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • Bu gün, 16:24
    “Yeni superdövlət yaradılır: bu ölkələr də daxil ediləcək, lideri isə…” – Medvedevdən ŞOK
  • Bu gün, 15:39
    Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz
  • Bu gün, 14:12
    Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi
  • Bu gün, 13:16
    Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı: saxlanılan var
  • Bu gün, 12:34
    Həkim tez-tez hıçqırıqların arxasındakı gizli səbəbləri açıqladı
  • Bu gün, 11:45
    Ərdoğanın son həmləsi İsraildə gündəm oldu: Yeni üçtərəfli ittifaq yaranır?
  • Bu gün, 10:25
    Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək
  • Bu gün, 09:05
    15 dəqiqəyə qanda şəkəri salan – 2 manatlıq içki
  • Dünən, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • Dünən, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • Dünən, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • Dünən, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • Dünən, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Dünən, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Dünən, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Dünən, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Dünən, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Dünən, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Dünən, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Dünən, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Dünən, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Dünən, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • 3-02-2026, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə