• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu hal kişilərdə süd vəzi xərçənginə SƏBƏB OLUR

Araşdırma

31-10-2022, 19:38

Bu hal kişilərdə süd vəzi xərçənginə SƏBƏB OLUR


Qadınlar arasında süd vəzi xərçənginin daha çox yayıldığı hər kəsə məlumdur.

Amma bəziləri kişilərdə də süd vəzi xərçənginin yaranmasından xəbərsizdirlər. Kişilərdə nadir rast gəlinsə də, onlar bu xəstəliyi qadınlardan daha ağır şəkildə keçirirlər.

Bəs görəsən, süd vəzi xərçəngindən dünyasını dəyişən kişilər olubmu? Xəstəliyə düçar olan kişilər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən onkoloq-mammoloq Cəlil Bağırovun sözlərinə görə, süd vəzi xərçəngi hər 100 kişidən birində aşkarlanır:

“Süd vəzi xərçəngi həm qadınlar, həm də kişilər arasında yayılır. Qadınlar arasında daha geniş yayılıb. Hər səkkiz qadından biri süd vəzi xərçəngi riskini yaşayır. Kişilərdə isə ən çox rast gəlinən süd kanallarından başlayan xərçəngdir. Biz buna duktal karsinoma deyirik.

Kişilərdə rast gəlinən süd vəzi xərçənginin, demək olar ki, hamısı duktal karsinomadır. Süd ifraz edən vəziləri olmadığı üçün və ya çox az olduğu üçün kişilərdə lobulyar karsinomaya rast gəlinmir və ya çox nadirdir. Əlamətləri - əllə hiss olunan kütlə, gilədən qanlı və ya şəffaf axıntı, süd vəzi dərisində batıqlıq, süd vəzi dərisində qabıqlanma, bərkliyin hiss olunmasıdır.

Kişilərdə az rastlanmasına rəğmən, daha pis nəticələrə gətirib çıxarmasının əsas səbəblərindən biri odur ki, kişilərdə süd vəzi toxuması daha azdır, ona görə də şiş altdakı əzələ toxumasına və qoltuq altına daha tez yayılır. Dünyasını dəyişənlər də var.

Süd vəzi xərçənginin müalicə prinsipləri və ardıcıllığı kişilərdə də qadınlarda olduğu kimidir.

Onkoloq qeyd edib ki, spirtli içkilər, tütün məmulatları xəstəlik riskini daha da artırır:

“Xərçəngin konkret olaraq yaranma səbəbləri bəlli deyil. Bunlar hamısı nəzəriyyələrdir. Xərçəngin əmələ gəlməsində əsas faktor genetikadır. Yaş amilinin də öz təsiri var. Yaş artdıqca risk də artır. Həyat tərzi də təsir edir. Qadınların spirtli içkilərdən bir qədəh miqdarında qəbulu riski iki dəfə artırmış olur. Siqaret də eyni qaydada. Kişilərdə siqaretdən ağciyər xərçəngi daha çox olur. Birinci yerdə o dayanır”.

C.Bağırov əlavə edib ki, kişilərdə qadın hormonlarının artıq olması süd vəzi xərçəngini yaradır:

“Ən başlıca səbəbi qadın hormonlarının yüksəlməsidir. Əgər prostat vəzi xərçənginə görə estrogen tərkibli dərman müalicəsi alırsınızsa, xayalarda bir problem varsa və ya orxiektomiya (xayalardan birinin əməliyyatla götürülməsi - red.) olunmuşsa, süd vəzi xərçənginin yaranma riski artır. Klaynfelter sindromunda (kişinin X xromosomunun əlavə bir nüsxəsinə sahib olması - red.), qaraciyər sirrozunda da xəstəlik riski artır.

Tək süd vəzi xərçəngində yox, bütün xəstəliklərdə fiziki aktivliyin olması əsasdır. İnsan hərəkət etmədikdə xəstəliklərə düçar olur. Digər məsələ isə sağlam qidalanmaqdır. Yaşıl tərəvəzdən, meyvələrdən daha çox istifadə etmək bu xəstəliklərə yaxşı təsir göstərir. Şikayət oldu-olmadı, insanlar ildə ən azı bir dəfə həkim-onkoloqun müayinəsindən keçməlidirlər”.

Terapevt Sübhan Hacıyev isə qeyd edib ki, yeniyetməlik dövründə geri qalmalar kişilərdə süd vəzi xərçənginin yaranmasına səbəb olur:

“Süd vəzi xərçəngi adətən qadınlarda olsa da, az bir faizlə kişilərdə də rast gəlinir. Etiologiyası bir çox amillərdən asılıdır. Hormonal disbalans, ətraf mühitin korlanması, düzgün qidalanmamaq, yeniyetməlik dövründə geri qalmalar süd vəzi xərçənginə gətirib çıxara bilir. Bu kimi insanların erkən diaqnozla müalicə olunmaları mütləqdir. Müxtəlif terapiya növlərinin kombinasiyası lazımdır. Bəzən cərrahi müdaxilə, bəzən də əməliyyatdan öncə kimyaterapiya gərək olur. Erkən mərhələdə aşkarlanıb, düzgün müalicə seçilərsə, həyat qurtarmaq olar.

İlk beş ildə xəstə intensiv şəkildə həkim nəzarətində olmalıdır. Əgər beş il müddətində süd vəzi xərçəngində geri dönmələr olmazsa, xəstə sağalmış hesab olunur”.

Oxunub: 775
Paylaş:
Digər xəbərlər

Araşdırma

18-01-2021, 11:23

Süd vəzi xərçəngi haqqında bilinən yanlışlar - Diqqətli olun

Səhiyyə

14-11-2020, 11:42

Qadın xərçəngi haqqında hər bir qadın bilməli FAKTLAR

Araşdırma

13-07-2020, 10:00

Diqqət! Bunlar süd vəzi xərçənginin riskini artırır

Araşdırma

21-05-2020, 20:10

Yağlı qidaların kişi sağlamlığına ziyanı

Manşet / Səhiyyə

23-09-2018, 17:20

Süd vəzi xərçəngi ilə mübarizə!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Son xəbərlər
  • Bu gün, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 8-09-2026, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • 8-09-2026, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • 8-09-2026, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • 8-09-2026, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • 8-09-2026, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • 8-09-2026, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • 8-09-2026, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • 8-09-2026, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • 8-09-2026, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə