Səhərlər ağızda acılığın səbəblərindən biri öd reflüdür.
Milli.Az xəbər verir ki, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gazeta.ru-ya qastroenteroloq Yevgeni Belousov danışıb.
Öd yollarının fəaliyyəti pozulursa, öd mədəyə, ondan isə yemək borusuna atılaraq acılıq hissi yarada bilər.
Digər mümkün səbəblərə qaraciyər və öd kisəsi problemləri daxildir. Mədə-bağırsaq traktının xəstəlikləri, məsələn, qastrit və xoralar, həmçinin diabetes mellitus və digər endokrin xəstəliklər istisna edilməməlidir.
Eyni zamanda, Belousov vurğulayıb ki, ağızdakı acı heç bir xəstəlikdən xəbər vermir. Çox vaxt əsas səbəb gigiyena qaydalarına riayət edilməməsi və ya bədənin müəyyən dərmanların, o cümlədən antibiotiklərin qəbuluna reaksiyasıdır.
Bundan əlavə, şam fıstığı yedikdən sonra ağızda acılıq yarana bilər.