• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Mərkəzi Asiya alternativ axtarışında: Hind okeanına çıxış üçün şans var?

---

14-02-2026, 17:28

Mərkəzi Asiya alternativ axtarışında: Hind okeanına çıxış üçün şans var?


İran ətrafında yaşananlar region ölkələrini alternativ yollar axtarışına çıxarıb. Mərkəzi Asiyanın iki qüdrətli dövləti - Qazaxıstan və Özbəkistan çıxış yolunu Pakistanla əməkdaşlığı genişləndirməkdə görürlər. İrandakı qeyri-sabitlik və Vaşinqtonun Tehranla ticarətə görə 25 faizlik rüsum tətbiq etmək hədələri Astana və Daşkəndi Pakistan limanlarına və İslamabadla iqtisadi əlaqələrin inkişafına yönəldib.

İki ölkənin prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin İslamabada ardıcıl səfərləri regionun nəqliyyat prioritetlərinin dəyişdiyini göstərir. Cənub vektoru Tokayev və Mirziyoyevin Ərəbistan dənizi vasitəsilə dünya bazarlarına çıxışı diversifikasiya etmək səylərində əsas istiqamətə çevrilir.

Hədəf bir milyard dollardır

Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana ilk səfərini ikitərəfli münasibətlərdə "tarixi mərhələ" kimi xarakterizə edib. Pakistan 250 milyondan çox əhalisi ilə Cənubi Asiyanın ən mühüm dövlətidir. Pakistanın əhalisi bütün Mərkəzi Asiya ölkələrinin ümumi əhalisindən çoxdur. Özbəkistan, Avrasiyanın mərkəzində yerləşən Qazaxıstan üçün Pakistan bazarına çıxış həm ticarətdə, həm də siyasətdə yeni imkanlar açır. Pakistan həm də unikal geosiyasi mövqe tutur. Ölkənin Ərəbistan dənizinə çıxışı var və Çin, Yaxın Şərq və Mərkəzi Asiya arasında yerləşir. Baş nazir Şahbaz Şəriflə danışıqlar zamanı uzunmüddətli əməkdaşlıq vektorları müəyyən edilib və ölkələr arasında strateji tərəfdaşlığın qurulması haqqında saziş imzalanıb. Hazırkı ticarət dövriyyəsi 105 milyon dollar olsa da, yaxın illərdə bu rəqəmi bir milyard dollara çatdırmaq planlaşdırılır.

Pakistan ayda 200 milyon dollar itirir

Pakistan KİV-ləri bildirir ki, ölkədəki ixracatçılar Əfqanıstanla ticarət yollarının bağlanması səbəbindən ayda təxminən 200 milyon dollar itirirlər. Bu, Pakistanın Əfqanıstan və Mərkəzi Asiya bazarlarına uzunmüddətli çıxışını əhəmiyyətli dərəcədə zəiflədə bilər. Belə bir məqamda Qazaxıstandan birbaşa investisiyalar, sabit ərzaq və enerji tədarükü Pakistan iqtisadiyyatı üçün "xilasetmə halqası" ola bilər. Pakistan Qazaxıstanı strateji dayaq və Avrasiya bazarlarına əsas çıxış vasitəsi kimi görür. Ölkələrin qarşılıqlı marağı Astananın ən böyük regional iqtisadiyyat statusu ilə dəstəklənir. Prioritet energetikadan müdafiə sektoruna qədər bütün sahələrdə əməkdaşlığın möhkəm təməlinin yaradılmasıdır.

Tərəflər arasında əməkdaşlıq konkret iqtisadi faydalara əsaslanır. 2025-ci ildə Qazaxıstandan Pakistana xam neft tədarükü başlayıb (52,9 milyon dollar məbləğində) və ərzaq ixracı artıb ki, bu da Pakistan daxili bazarını sabitləşdirir. Qazaxıstanda artıq Pakistan kapitalı ilə 200-dən çox şirkət fəaliyyət göstərir.

Özbəkistan və Pakistan müdafiə sahəsində də əməkdaşlıq edəcəklər

Şavkat Mirziyoyevin Pakistana səfərinə gəldikdə, bu, ikinci səfərdir. Səfər Daşkənd və İslamabadın strateji tərəfdaşlığının bəyanatlardan genişmiqyaslı işlərə keçdiyini təsdiqləyib. Əgər 2022-ci ildəki ilk səfər başlanğıc nöqtəsi oldusa, indiki səfər 3,5 milyard dollarlıq birgə layihələr portfeli ilə yadda qalıb. Söhbət sənaye sektorunda kooperasiyadan, nəqliyyat dəhlizlərinin və turizmin inkişafından gedir. Lakin tərəflərin gündəliyi yalnız iqtisadiyyatla məhdudlaşmayıb. Regional çağırışları nəzərə alaraq, Özbəkistan və Pakistan müdafiə və təhlükəsizlik sahəsində xüsusi yol xəritəsinin hazırlanması barədə də razılığa gəliblər.

Logistik strategiyalar yenidən nəzərdən keçirilir

Görüşlərdə marşrutların diversifikasiyası, Pakistan limanları Kəraçi və Qvadarın potensialından istifadə, Transxəzər dəhlizinin genişləndirilməsi və Əfqanıstan vasitəsilə tranzit də müzakirə edilib. Alternativ axtarışının zəruriliyi artan geosiyasi turbulentliklə şərtlənir. İran ətrafında vəziyyətin kəskinləşməsi və Vaşinqton tərəfindən sanksiya təzyiqinin sərtləşdirilməsi riskləri region dövlətlərini öz logistik strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Xarici siyasət qeyri-müəyyənliyi İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının inkişafını da təhlükə altına qoyur. Buna görə Astana və Daşkənd Pakistan vasitəsilə cənub istiqamətinin daha aktiv mənimsənilməsinə çalışırlar.

İctimai Diplomatiya və Dünya Siyasətinin Təhlili Mərkəzinin rəhbəri, REA Şərqşünaslıq İnstitutunun elmi işçisi Aleksandr Vorobyov bəyan edib ki, Qazaxıstan üçün logistika və tranzit məsələsi kritik kəskinlik qazanıb. Bu da Astananı cənub istiqamətinin sürətli mənimsənilməsinə və İslamabadla strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına sövq edib: “Lakin etiraf etmək lazımdır ki, bu məsələdə Daşkənd qonşusunu xeyli qabaqlayıb. Dənizə çıxışı olmayan Özbəkistan hələ 2022-ci ildə Pakistanla strateji ittifaqın təməlini qoyub. Daşkənd üçün Əfqanıstan ərazisi vasitəsilə Hind okeanı limanlarına tranzit tarixi zərurət və uzunmüddətli planlaşdırmanın nəticəsidir, halbuki Qazaxıstan bu gün daha çox xarici şəraitin təzyiqi altında hərəkət edir". Ekspertin sözlərinə görə, aşkar iqtisadi məntiqə baxmayaraq, bu alternativ yol da risklərlə doludur. Pakistanda, xüsusilə Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində daimi qeyri-sabitlikdir.
Beləliklə, gələcəkdə Mərkəzi Asiya ölkələrinin Hind okeanının isti sularına çıxış üçün yaxşı imkanı yarana bilər. Gələcəkdə bu əməkdaşlığa Türkmənistan, Qırğızıstan, Tacikistanın da qoşulması realdır. ("Kaspi" qəzeti)

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-01-2025, 14:21

Putinlə Tokayev arasında 4 saatlıq görüş: Nədən danışıblar?

Xəbərlər

29-11-2024, 16:23

Tokayev Putini belə xilas edəcək – Rusiyanın son çırpınışları

Xəbərlər

24-12-2023, 16:44

Gələn il Tokayev Azərbaycana gələcək

Xəbərlər

3-11-2023, 11:31

Astanada mühüm iclas: Prezident çıxış etdi

Xəbərlər

8-07-2022, 13:35

Tokayevdən Kremli qıcıqlandıran qərar - Astana niyə Transxəzəri seçdi?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Son xəbərlər
  • Bu gün, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Bu gün, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • Dünən, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Dünən, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Dünən, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Dünən, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Dünən, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Dünən, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Dünən, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Dünən, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Dünən, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Dünən, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Dünən, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Dünən, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Dünən, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Dünən, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • 29-07-2026, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • 29-07-2026, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • 29-07-2026, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • 29-07-2026, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • 29-07-2026, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • 29-07-2026, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • 29-07-2026, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • 29-07-2026, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • 29-07-2026, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • 29-07-2026, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • 29-07-2026, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • 29-07-2026, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə