Xəbərlər



ÜST-dən meymunçiçəyi ilə bağlı AÇIQLAMA
ÜST-dən meymunçiçəyi ilə bağlı AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanlar arasında meymunçiçəyi xəstəliyinin yayılmasının tamamilə qarşısını almağın mümkün olmadığını etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluqe deyib.

“Hələ ki, onun yayılmasının qarşısını almağın mümkün olub-olmayacağını tam bilmirik. Bunun üçün aydın ünsiyyət, ictimaiyyətin rəhbərlik etdiyi tədbirlər, yoluxma dövründə yoluxanların təcrid edilməsi, kontaktların effektiv izlənməsi və monitorinq yolu ilə yoluxma hallarının əhəmiyyətli və təcili azaldılmasına ehtiyacımız var”, - ekspert qeyd edib.

Kluqenin sözlərinə görə, yay aylarında infeksiyanın Avropaya keçmə ehtimalı yüksəkdir. O əlavə edib ki, yaxın aylarda virusun ötürülməsinin artdığı yerlərdə bir çox kütləvi tədbirlər görülə bilər. Mütəxəssis qeyd edib ki, bu cür tədbirlər fərd və cəmiyyətin müdafiəsini gücləndirmək, gənc və aktiv insanlarla qarşılıqlı əlaqə üçün geniş imkanlar yaradır.
Baxış sayı: 93