Xəbərlər



SON DƏQİQƏ: Deputat Fazil Mustafa güllələndi - TƏFƏRRÜAT
SON DƏQİQƏ: Deputat Fazil Mustafa güllələndi - TƏFƏRRÜAT


Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbkədə məlumat yayılıb.

Bildirilib ki, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobilindən enərkən silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Nəticədə o, çiyin nayihəsindən və ayağından yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.
Baxış sayı: 115