Xəbərlər



İran rəsmilərindən Məhsa Əmininin ailəsinə BAŞSAĞLIĞI
İran rəsmilərindən Məhsa Əmininin ailəsinə BAŞSAĞLIĞI


İran rəsmiləri 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı onun ailəsinə başsağlığı ünvanlayıblar.

Publika.az xəbər verir ki, bu barədə İranın "Teleqram" kanalları məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi ölkədəki gərginlik fonunda mərhumun ailəsinə baş sağlığı diləyib:

"Bütün İran qızlarını öz övladım hesab edirəm".

Məlumata görə, Tehran Mərkəzi Polisi də mərhum Məhsa Əmininin ölümü ilə bağlı yayılan iddiaları təkzib edib və onun beyin ölümü keçirdiyini və bir gün sonra paytaxtda yerləşən Kəsra xəstəxanasında dünyasını dəyişdiyini açıqlayıb. Bununla yanaşı, Tehran Mərkəzi Polisi də 22 yaşlı qızın ölümü ilə bağlı onun ailəsinə başsağlığı verib.

Yayılan məlumatlara görə, İranın hazırkı daxili işlər naziri də Məhsa Amininin ailəsinə baş sağlığı diləklərini çatdırıb və 22 yaşlı qızın ölümü ilə bağlı istintaqın davam etdiyini bəyan edib.
Baxış sayı: 91