Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni patriarxı, arxiyepiskop Mesrop Mustafyanın ölümü ilə bağlı Tvitter mikrobloqunda başsağlığı mətni yayımlayıb.
Axar.az xəbər verir ki, diqqətçəkən məqam başsağlığı mətninin erməni dilində olmasıdır.
“Erməni patriarxı Mesrop Mustafyanın ölümü ilə bağlı dərin təəssüf hissi keçirdim. Bu səbəbdən onun ailəsinə, yaxınlarına və erməni vətəndaşlarımıza başsağlığı verirəm”, - deyə bildirilib.
Qeyd edək ki, M.Mustafyan 10 illik komadan sonra axır ki, ölüb.