• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Boşanan qadınlar özünü necə hiss edir? - Alimlərdən ŞOK
Saç tökülməsinin qarşısını alan meyvə
Vedibasardan Göyçəyə yeni yol çəkilir – Bu ərazilər qaytarılacaq?
Türkiyədən Ermənistana mesaj: Ankara Bakıya işarə etdi
Xərçəngə qarşı turşu yeyin - Faydaları
Almaniya qırıcıları və 150 hərbçini Polşaya göndərdi - Səbəb
Zelenskiyə hücum təşkil olundu
Çox az istifadə olunur amma ən faydalı tərəvəzdir
İraq Hizbullahı terror təşkilatı kimi tanıdı
Sərhəddə insident: Rusiya qoşunları daha bir ölkəyə yeridilir?
Hansı təzyiqdə insult olma təhlükəsi var?
2026-cı il üçün şok proqnoz: qızıl, dollar, kriptovalyuta… – Bizi nə gözləyir?
Makron Ukrayna üçün “qış” moratoriumu təklif edib
Adi çayla ömrü uzatmağın yolu
2026-da maska dövrü qayıdacaq? - Epidemiya riski
Kimlər sosial yardım ala biləcək? – Yeni qaydalar
Moskvadan Zelenskiyə məxfi xəbər: İki görüşdə “hə” deyildi, təklif rezonans doğurdu
Pis xolesterolu azaltmaq üçün ideal meyvə
Liberal nizam iflasa uğrayıb: Dünya qeyri-sabitliyə doğru gedir
Baş nazirdən ordumuzla bağlı yeni qərar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Bu hərəkətə görə İqbal Ağazadənin namizədliyi ləğv oluna bilər..." – SENSASİON AÇIQLAMA / VİDEO

Xəbərlər

4-02-2020, 00:39

"Bu hərəkətə görə İqbal Ağazadənin namizədliyi ləğv oluna bilər..." – SENSASİON AÇIQLAMA / VİDEO


Yanvarın 31-də Xural TV-nin efirində 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə qonaq olub. İ.Ağazadə telejurnalist Əvəz Zeynallının suallarını cavablandırarkən yol verdiyi böyük bir qanun pozuntusunun üstünü açıb. Ə.Zeynallının “seçkidə neçə faiz səs alacaqsız?” sualına cavabda bildirib ki, məntəqə-məntəqə nə qədər səs alacaqlarını bilirlər: “Bilirik ki, nə qədər səs alacağıq. Amma bunu açıqlamaq istəmirəm. Ona uyğun da inzibati resurslar adamlarımızın üzərinə getməsin. Hər məntəqəni bilirik. Ayın 7-də gecə bunu açıqlayacağıq. Seçkidən 2 gün əvvəldən açıqlayacağıq ki, biz bu məntəqədən bu qədər səs alacağıq. Heç düşünməsinlər. Xəbərdarlıq edirəm: bizə səs verəcək adamlar şəxsiyyət vəsiqəsinin nömrəsi, seriyası, verilmə tarixi, ünvanı, imzası ilə “biz bu adama (özünü nəzərdə tutur-musavat.com) səs veririk deyə sənəd imzalayıblar. Sənəd imzalayıblar, hər məntəqə üzrə. Biz bu qədər adam səs verdik. Və 9-da da bunu təsdiq edəcəyik. Səsverməyə gedənə qədər. Özləri imzalayıblar, bina-bina. Orda da qeyd ediblər ki, biz səsimizi İqbal Ağazadəyə veririk. 2015-ci ildəki səsimizə haram qatdıqları kimi bu il 9 fevralda da səsimizə haram qatacaqlarından qorxduğumuz üçün əvvəlcədən bəyan edirik”.

Aparıcının “Azərbaycanda belə şeylər baş verir, insanlar sizə səs verəcəyini bəyan etsə də, seçkidə başqasına səs verə bilər” ehtimalını cavablandıran İ.Ağazadə bildirib: Bizim dairədə bu, mümkün deyil. Çünki dairənin seçiciləri çox obyektivdilər”.

R.Arifoğlunun kampaniya meneceri, seçki texnoloqu Ruslan İbrahimbəyli isə bu açıqlamanın, eləcə də bu açıqlamanın arxasındakı əməllərin ciddi qanun pozuntusu olduğunu bildirdi: “Bizdə əvvəldən məlumat vardı ki, İqbal Ağazadənin qərargah nümayəndələri vətəndaşlardan onların vəsiqələrini yığır. Amma əlimizdə tutarlı sübut olmadığına görə bunu heç zaman işıqlandırmadıq. İndi İqbal Ağazadə Xural TV-də verdiyi müsahibədə bizə çatan məlumatı tam təsdiqlədi. Bu, konstitusiyanın 83-cü maddəsinə, Seçki Məcəlləsinin 2-ci maddəsinə tam zidd olan addımlardır. Hər bir Azərbaycan vətəndaşı gizli, heç kimin təsiri olmadan, öz istəyi ilə səsvermədə hansısa bir namizədin xeyrinə və əleyhinə səs verə bilər. İ.Ağazadənin dediyi artıq seçicilərin səsverməsinə təsirdir. Azərbaycan respublikasında qabaqcadan səs vermə təcrübəsi və ənənəsi yoxdur. İqbal Ağazadə deyə bilərdi ki, tərəfdarları var. Hansısa rəqəm deyə bilərdi. Amma o insanlar mənə səs veriblər, verəcəklər və imzaları ilə təsdiqləyiblər – bu, doğru deyil. Bu qanun pozuntusuna görə İqbal Ağazadənin namizədliyi ləğv oluna bilər”.

R.İbrahimbəyli eyni zamanda dedi ki, İ.Ağazadənin başqa bir namizədin guya soyuducu paylaması ilə bağlı dedikləri də ciddi qanun pozuntusudur: “İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsində göstərilir ki, seçkinin nəticəsinə təsir göstərmək məqsəilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Biriinci, bu, qanun pozuntusudur və qanuna uyğun cəzalandırma nəzərdə tutulur. İkincisi, bu, açıq-aydın böhtandır. Sübutları varsa, ortaya qoysunlar. Əks halda bu cür ağır və heç bir əsası olmayan ittihamlara görə qanun qarşısında cavab verməli olacaqlar”.

Mənbə: Musavat.com

Oxunub: 2 286
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-02-2020, 17:11

"Hamı mənim deputat seçilməyimi istəyir" — Hadı Rəcəbli

Xəbərlər

7-06-2019, 10:35

NATO-nun BÖYÜK QORXUSU: "Ümid edirik ki, Ankara bunu etməz"

Xəbərlər

1-06-2019, 23:00

Azərbaycanda bağça müəlliməsi uşaqları belə TƏHQİR ETDİ - VİDEO

Xəbərlər

7-05-2019, 21:50

Binəli Yıldırım yenidən İstanbul üçün namizəd oldu

Xəbərlər

30-04-2019, 07:20

“ABŞ Türkiyəyə dağıdıcı zərbə vuracaq” - ​SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Boşanan qadınlar özünü necə hiss edir? - Alimlərdən ŞOK
Saç tökülməsinin qarşısını alan meyvə
Vedibasardan Göyçəyə yeni yol çəkilir – Bu ərazilər qaytarılacaq?
Türkiyədən Ermənistana mesaj: Ankara Bakıya işarə etdi
Xərçəngə qarşı turşu yeyin - Faydaları
Almaniya qırıcıları və 150 hərbçini Polşaya göndərdi - Səbəb
Son xəbərlər
  • Dünən, 22:28
    Boşanan qadınlar özünü necə hiss edir? - Alimlərdən ŞOK
  • Dünən, 21:44
    Saç tökülməsinin qarşısını alan meyvə
  • Dünən, 20:17
    Vedibasardan Göyçəyə yeni yol çəkilir – Bu ərazilər qaytarılacaq?
  • Dünən, 19:04
    Türkiyədən Ermənistana mesaj: Ankara Bakıya işarə etdi
  • Dünən, 18:06
    Xərçəngə qarşı turşu yeyin - Faydaları
  • Dünən, 17:51
    Almaniya qırıcıları və 150 hərbçini Polşaya göndərdi - Səbəb
  • Dünən, 16:36
    Zelenskiyə hücum təşkil olundu
  • Dünən, 15:59
    Çox az istifadə olunur amma ən faydalı tərəvəzdir
  • Dünən, 14:09
    İraq Hizbullahı terror təşkilatı kimi tanıdı
  • Dünən, 13:31
    Sərhəddə insident: Rusiya qoşunları daha bir ölkəyə yeridilir?
  • Dünən, 12:26
    Hansı təzyiqdə insult olma təhlükəsi var?
  • Dünən, 11:08
    2026-cı il üçün şok proqnoz: qızıl, dollar, kriptovalyuta… – Bizi nə gözləyir?
  • Dünən, 10:17
    Makron Ukrayna üçün “qış” moratoriumu təklif edib
  • Dünən, 09:04
    Adi çayla ömrü uzatmağın yolu
  • 3-12-2025, 21:35
    2026-da maska dövrü qayıdacaq? - Epidemiya riski
  • 3-12-2025, 20:33
    Kimlər sosial yardım ala biləcək? – Yeni qaydalar
  • 3-12-2025, 19:26
    Moskvadan Zelenskiyə məxfi xəbər: İki görüşdə “hə” deyildi, təklif rezonans doğurdu
  • 3-12-2025, 18:04
    Pis xolesterolu azaltmaq üçün ideal meyvə
  • 3-12-2025, 17:42
    Liberal nizam iflasa uğrayıb: Dünya qeyri-sabitliyə doğru gedir
  • 3-12-2025, 16:20
    Baş nazirdən ordumuzla bağlı yeni qərar
  • 3-12-2025, 15:37
    Tromb-Emboliya: Qan laxtalanması həyatı təhlükəyə ata bilər
  • 3-12-2025, 14:12
    Sabah hava necə olacaq?
  • 3-12-2025, 13:49
    11 gün ardıcıl iş olmayacaq
  • 3-12-2025, 13:14
    Liberal nizam iflasa uğrayıb: Dünya qeyri-sabitliyə doğru gedir
  • 3-12-2025, 12:11
    Kofein, duz və şəkər sümüklərə zərər verə bilər
  • 3-12-2025, 11:36
    Müharibədən sonra Azərbaycan xəritələri yeniləndi
  • 3-12-2025, 10:09
    Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
  • 3-12-2025, 09:09
    Darçınlı suyun möcüzəvi təsiri
  • 2-12-2025, 22:54
    Beynin inkişafına bu gen nəzarət edirmiş...
  • 2-12-2025, 21:13
    Ömrü iki dəfə uzadan dərman hazırlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə