• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ermənistanda yaşandı, növbə İranındır - Qərbin planı
Əsəb sümükləri kövrək, bel hissəni piyli edir
30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır – Təhlükəli mənzərə
Övrə nədir və hansı əlamətlərlə özünü göstərir?
2025-ci ildə bu simaları itirdik – Siyahı
BƏƏ Yəmən əməliyyatını başa çatdırdı
Mədə turşuluğunu azaltmaq üçün 7 ən faydalı təbii üsul
ABŞ qoşunları Ukraynaya yeridilir? - Zelenskidən KRİTİK AÇIQLAMA
Tələbələr və bazar satıcıları birləşdi – İranda nə baş verir?
Yatarkən ağızdan su axmasının səbəbləri nədir?
Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir? DİQQƏTLİ OLUN
Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz
Azərbaycan və Türkiyə tankerləri toqquşdu
Zelenski bəyan etdi: Fransa və Ukraynada görüşəcəyik, sonra isə…
Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir?
Bakı ilə İrəvan hansı məsələlərdə razılaşa bilmir? - Mirzoyan hər şeyi açıqladı
İran Silahlı Qüvvələri bəyanat yaydı: Hücum olsa...
Qanazlığını aradan qaldıran möcüzəvi qida açıqlandı
Ağciyərləri necə təmizləmək olar?
Rusiyaya qarşı sülhə məcburetmə “əməliyyatı” – İki müsəlman ölkəsinin adı çəkildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Alma haqqında əfsanələr - Firəngiz Rüstəmova

Klinika / Əfsanələr və miflər

19-11-2020, 23:06

Alma haqqında əfsanələr - Firəngiz Rüstəmova


XALQ TƏBABƏTİNİN PRAKTİK ƏSASLARI
Alma. Latın d.Malus və ya Malum adlanan Alma ağacı və ya meyvəsi– Gülçiçəklilər (latın d. Rosaceae) fəsiləsinə aid olan bitki cinsidir.
ALMA: Qutlu bir Meyvədir: ELMA, OLMA, ULMA, ULMO, Moğol dilində ALIM, ALIMAN, Meyvələrin anası və atası olaraq qəbul edilir. Alma Ağacının çiçəkləri çəhrayı və ya bəyaz rəngdə açar. Çəyirdəkli, fərqli rənglərdə meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu bədən-səl/tensəl sevginin simgəsidir. Ağsaqqallı qocanın (bəlkə də əslində Alma Atanın) əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğar.
Dünyada ən çox növü olan ağaç almadır. Ən çox yetişdiri-lən və ən çox yeyilən meyvə də odur. Yetkinləşməni təmsil edir. Alma: (Al/El). Orta Asiya Türkcəsindən demək olar ki, bütün ləhcə və şivələrə eyni kökdən keçərək bu ad Türkiyə Türkcəsində Alma/Elma dönüşümünə uğramışdır. Sözün kökündə “Almaq” feilinin və meyvənin rəngini simgəsəl ola-raq ifadə edən “Al” (qırmızı) sifətinin olduğu bilinir.
ALMA ATA: Savaş Tanrısı/Savaşçı Övliyadır. Feth/Fetih kültürünü simvolizə edər. Bir rəvayətə görə, yer üzündə ilk al-ma ağacını o əkmişdir. Qazaxıstanın başkəndi olmuş Almatı şəhərinin adı buradan gəlir və “Almalı” və ya Almanın yayıl-dığı yer deməkdir. Almanın varlığı ilk insana qədər uzandığıüçün Alma Atanın hardasa ilk insan ilə ortaq bir keçmişin ürünü olduğu önə sürülə bilir. Alma sözü əmr formalı xitab olaraq “Alma!” şəklində ələ alınırsa, Almanın yasaq bir meyvə olduğu bir kəs daha anlaşılacaqdır. Fəqət bu yasaq ötəki dünyaya aid olduğu, bu dünyada isə ötə aləmin tam tərsi bir məntiq keçərli olduğu üçün ən qutsal və ən yayğın ağac ilə ən çox tanınıb bilinən meyvə almadır. Alma Ata - Alma Atası və ya Fatihçi Ata deməkdir. Kəlmənin kökündə “Almaq” feili vardır. Bu feil eyni zamanda fəth etmək deməkdir.
Qeyd: Eyni adı daşıyan Alma Ana adlı bir tanrıça vardır. Anlam: (Al). Eyni ismi daşıyan Alma Ata adlı bir tanrı vardır. Anlam: (Al). İsim Almaq feiliylə bağlantılıdır. Qızıl Elma/Al-ma təbirinin Türk fateh anlayışını simgələdiyi diqqətə alınırsa Alma sözünün daşıdığı məna daha doğru anlaşıla bilər. Ala-ğan, Alğan, Alçu, Alqan, Almış, Alaman sözləri Türkcədə “Fateh” (ölkələri alan) anlamına gəlir və insanlara da isim ola-raq verilir. Hətta bu isimləri daşıyan yer adları belə vardır.
ALMA ANA: Savaş Tanrıçası. Moğol qaynaqlarında Al-ma Hatan adıyla bir savaşçı tanrıça olaraq yer alır. Türk kültüründə qadınların savaşçılığı yayğın olub, bu reallıq nağıl-lara və mifologiyaya da yansımaqdadır. Türk-Moğol qavra-mında qadın heç bir zaman evə qapadılıb, saxlanan biri deyil-dir və sosial həyatda aktiv rol alır.69
Almanın şəfaverici xüsusiyyətləri. Alma tumlarında bir sıra bioloji aktiv maddələr, fermentlər vardır ki, xərçəng xəstə-liyinin əmələ gəlməsinin qarşısını alır. Eyni zamanda alma tumlarının tərkibində sinil turşusu da var və insan orqanizminə zəhərləyici təsir göstərə bilir. Amma gün ərzində cəmi 3-4ədəd alma tumu orqanizmə heç bir mənfi təsir etmir.
Almanın sağlamlığa xeyri - Almalar mədə-bağırsaq trak-tının, həzm sisteminin fəaliyyətini normallaşdırır, iştahanı artı-rır və tərkibində olan həll olunmayan liflərə görə qəbizliyi ara-dan qaldırır və yoğun bağırsaq xərçənginin yaranmasının qar-şısını alır.
Almanın tərkibində 5- 50 mq% хlorogen turşusu var ki, orqanizmdən şavel turşusunu xaric etməyə və qara ciyərin fəa-liyyətinin nizamlanmasına yardım edir.
Almanın tərkibindəki pektin və qida lifləri qandakı xoles-terinin miqdarının enməsini təmin edir. Bir alma qabığı ilə orqanizmin liflərə olan ehtiyacının 10% -ni ödəyir. Həll olmayan liflər xolesterinlə birləşərək onları orqanizmdən xaric edir, həm də damar tıxanıqlığını aradan qaldırır, ürək tutmalarının qarşısını alır.
Almanın qabığında çox miqdar antioksidant olan kverse-tin vardır və vitamin C ilə birlikdə sərbəst radikalların orqanizmə olan təsirlərinin qarşısını alır. Pektin isə öz növbəsində arsen və qurğuşun kimi ziyanlı maddələrlə birləşərək orqa-nizmdən xaric edilir.
Alma avitaminozların, anemiyanın müalicəsində, C vitamininin çatışmamazlığında müalicə kimi effekt verir. Turş almanın şirəsi ilə bir doza dəmir preparatını birlikdə qəbul et-dikdə qanazlığında müalicəvi effekti tezləşdirir.
Alma sidik turşusunun əmələ gəlməsinin qarşısını alır ki, podaqra və xroniki revmatizm xəstəliyində müalicəvi təsir edir. Qaynanmış alma suyu, alma dəmləməsi çox xeyirlidir. Çay içərkən stəkana bir-iki dilim alma doğramaq və bir az gözlədikdən sonra içmək çox faydalıdır.
Alma həm də dietik meyvədir, ona görə maddələr mübadi-ləsi dəyişikliklərində, piylənmədə, podaqra xəstəliyində və aterosklerozda istifadə edilir. Həzm pozuntularında, avitami-nozlarda, qanazlığında işlədildiyi kimi, sidikqovucu, ümumi möhkəmləndirici, radiasiya əleyhinə xüsusiyyətlərə də malik-dir.
Tərkibində fitonsidlər olduğuna görə dizenteriya törədici-lərinə, qızılı stafilokokkların müalicəsində, ibtidailərə yolux-mada, A qripp virusuna təsir edir. Keçirilmiş infarktdan sonra-kı periodda da almadan istifadə etmək faydalıdır.
Qastrit xəstəliyi zamanı yuyulmuş, özəyi təmizlənmiş ya-şıl almaları qabığı ilə birgə sürtgəcdən keçirib qida qəbulundan əvvəl və sonra yemək, 4-5 saat heç bir şey yeyib-içməmək lazımdır. Ən yaxşı üsul səhər sübhdən ac qarına yuxarıda yazıldığı qaydada yaşıl almanı yemək və saat 11-də isə səhər yeməyinə başlamaqdır. Müalicə müddəti 1 ay hər gün, ikinci ay həftədə 2-3 dəfə, 3-cü ay isə həftədə bir dəfə olmaqla davam etməkdir. Bu müalicə müddəti ərzində süd, yağlı, kəskin qidalar, ədviyyatlar, duzlu qidalar və şorabalar, tünd çay, kofe, təzə çörək istifadə etmək məsləhət deyil.
Ateroskleroz, hipertoniya, piylənmə, öd xəstəlikləri zama-nı 1/2 stəkan alma şirəsini yeməkdən 5-20 dəqiqə əvvəl içmək lazımdır.
Turş almalar mədə turşuluğu aşağı olanlara və qəbizliyə daha yaxşı təsir edir.
Almaların faydalı xüsusiyyətlərindən biri də soyuqdəymə-dən sonra yaranmış öskürəkdir: 1 x/q doğranmış alma qabığı-nın üzərinə 1 stəkan qaynar su əlavə etmək, çay kimi dəmlə-mək, 1/2 stəkan olmaqla gündə 5-6 dəfə yeməkdən əvvəl qə-bul etmək lazımdır. 2-3 ədəd almanın üzərinə 1 litr su əlavə edib 15 dəqiqə qaynatmaq, gündə 3 dəfə yeməkdən əvvəl iç-mək lazımdır.
Eyni zamanda, alma çatları sağaltmaq xüsusiyyətinə də malikdir. Belə ki, əllərin, döş giləsinin və dodaqların çatında müalicəvi vasitə kimi istifadə edilir. 100 q almanı sürtgəcdən keçirib heyvani yağların biri ilə və ya kərə yağı ilə qatışdırmaq (1:1), yatmazdan əvvəl həmin nahiyəni yuyub qarışıqdan çək-mək lazımdır.
Yanıqlar zamanı zədələnmiş nahiyəyə dəri üzərindən qoyularsa iltihabı azaldar, ağrıları götürər.
Alma tərkibindəki aşı maddələrinə görə maska şəklində istifadə etməklə ziyilləri, dərinin iltihabını aradan qaldırır. Al-ma çiçəyi yağları tarixən sağlamlıq və şəfa üçün qarışımların tərkibində istifadə edilmişdir. Almanın sağlığa olan yararları isə saymaqla bitməz. İngiltərədə 2500 nəfər üzərində 5 il müddətində aparılan bir araşdırmaya görə alma yemək; nəfəs alma, tənəffüs funksiyasına müsbət təsir edir. Yeyilən alma miqdarı yüksəldikcə, siqaret çəkənlərdə belə ağ ciyər tutumu-nu artırmışdır. Bu təsirlər, onun sahib olduğu antioksidantlar və vitaminlərdən qaynaqlanır”.
Alma ziyilləri qaytarmaq gücünə malikdir. Alma ziyillərə çəkildikdən sonra onu torpağa gömmək lazımdır. Rusiyada, əsasən kilsədə kutsanmış almalardan daha çox istifadə edilir. Alma yemək xərçənglə, hipertoniya ilə xəstələnmək riskini də-fələrlə azaldır. Alma qabığı dəmləməsi yuxusuzluğu, almanı tumları ilə birgə yemək yod defisitini və zob ilə xəstələnmək ehtimalını aradan qaldırır.
Çox faydalı və şəfaverici xüsusiyyətlərə malik olan alma yəqin ona görə müxtəlif xalqların əfsanə və miflərində gənclik mənbəyi kimi iz buraxıb. İngilislərdə belə bir zərb məsəl var: “Kim hər gün alma yeyərsə həkimə getməz (An apple a daykeeps the doctor away)”.
Alma günü – Apple Day of USA — ABŞ-da 20 fevralda, Böyük Britaniyada isə Alma günü – Apple Day — 21 okt-yabrda bayram kimi qeyd edilir.
Həm də Alma 25% havadan ibarət olduğuna görə suda batmır. Almanın bu xüsusiyyətinə görə insanlar tapmacalar belə yaratmışdılr. Məsələn, praktik tapmaca olaraq birinin qarşısına üç ədəd alma qoyulur və bu almaların hansının bu ilki, hansının keçən ilki və hansının inişilki olması soruşulur. Həmin adam isə bir qab su tələb edər və hər üç almanı suya atar. Hansı suyun üstündə qalarsa bu ilki, hansı bir az batarsa keçən ilki, hansı daha aşağıda qalarsa inişilkidir, - deyə cavab verər.
İşıl Altun Almanın şəfaverici xüsusiyyətləri haqqında belə yazır: “Alma, yemək kültürümüzdə və xalq həkimliyində kültürümüzün bir unsuru olaraq istifadə olunmaqdadır. Rize-nin Fındıklı ilçəsində almanın bəkməzinin hazırlandığı qay-naqlarda göstərilmişdir. Bəkməz, şəkərin olmadığı dönəmlər-də şirniyyata olan ihtiyacı qarşılayan, enerjisi yüksək bir qida-dır. Üzüm, tut, armud, ərik, xurma, şəkər çuğunduru, keçibuynuzu, qarpız, gül, nar kimi çeşidli meyvələrdən yapılan bəkməz Rize Fındıklıda, Orduda almadan da yapılmaqdadır.
Almanın xalq həkimliyində də geniş bir istifadə sahəsı vardır. Bitkilərdən əldə edilən yağlar bəzi xəstəliklər üçün şəfadır. Almanın yağı, əzilmədən irəli gələn yara və ağrılara, bo-ğaz ağrısı üçün də istifadə edilən bir şəfaverici vasitədir. Al-ma, közlənərək ağrıyan boğaza sarılır.
“Manas”da ağ quyruq və qırxma deyilən çaylar dəmlənirkən ətirli olması üçün içinə alma atılırdı.Türk kültüründə önəmli bir yerə sahib olan alma, başda övlad sahibi olmaqüzərə, evlilikdə, ölümdə, ömrü uzatmaqda, çeşidli xəstəliklərın tədavisində, kosmetikada v.s. yer alır”. İşıl Altun alma vasitə-silə daha bir ziyil sağaltma üsulu haqqında belə yazır: “Kahramanmaraş Afşində alma bir sağaltma ünsürüdür. Vücudunda ziyil olan çocukların ziyillərinin sağalması üçün bir almaya zi-yil sayı qədər arpa dənəsi dua oxunarak saplanır, yəni sancılır. Çocuqdan bunu kimsəyə göstərmədən yenə dua oxuyaraq tor-pağa gömməsi istənilir. Beyləcə torpağa gömülən alma çürüdükcə, ziyillərin də yox olacağına inanılır”.
Alma sirkəsinin faydaları: “M.Ö 5000 illərdən etibarən is-tifadə edildiyi təxmin edilən və fransız d. “turş şərab” adlandı-rılan alma sirkəsinin faydaları qidadan cild baxımına və xəstəliklərin müalicəsinə qədər bir çox sahədə işlənilməsi bilinir”. Alimlər hətta xlorofill molekullarının quruluşu ilə, insan qanı-nın əsas komponenti olan hemoqlobin arasında qeyri adi bir bənzərlik aşkar ediblər. Yeganə fərq xelat kompleksi, bitki piqmentinin mərkəzində Mg, hemoqlobinin mərkəzində isə Fe atomunun olmasıdır. Mədə rezeksiyasından sonra 3-4 həftə ərzində məsləhət görülən dietada səhər yeməyinə 3-4 qaşıq alma püresi daxil edilmişdir.
Xərçəng xəstəliyinin dietasında belə alma qəbul ediləcək qidaların içərisinə daxildir: bağırsaq xərçəngi xəstələrinin die-tasında bir bişmiş almanın yarısını qəbul etmək məsləhət görülür.
Öddaşı xəstəliyinin invaziv əməliyyatından sonra turş olmayan almanın bişmiş halda qəbulu məsləhətdir.
Uşaqların düzgün və müalicəvi qidalanması üçün tövsiyyələrdə: almalı pirojki, almalı çörək, bişmiş alma, təzə alma olmaqla qidalanmada almaya üstünlük vermək məsləhət görülmüşdür.
Alma eyni zamanda Dyukan dietasına da daxil edilmişdir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından

Oxunub: 1 338
Paylaş:
Digər xəbərlər

Əfsanələr və miflər

16-01-2020, 13:02

Heyva meyvəsinin adının ezoterik semantikası

Araşdırma

16-01-2020, 12:57

Armud və Alma eyni məna kəsb edir?

Araşdırma

4-10-2019, 20:24

Yenə Alma motivi haqqında

Araşdırma

21-03-2019, 19:34

Alma...

Əfsanələr və miflər

20-02-2019, 08:53

Alma motivi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ermənistanda yaşandı, növbə İranındır - Qərbin planı
Əsəb sümükləri kövrək, bel hissəni piyli edir
30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır – Təhlükəli mənzərə
Övrə nədir və hansı əlamətlərlə özünü göstərir?
2025-ci ildə bu simaları itirdik – Siyahı
BƏƏ Yəmən əməliyyatını başa çatdırdı
Son xəbərlər
  • Bu gün, 19:31
    Ermənistanda yaşandı, növbə İranındır - Qərbin planı
  • Bu gün, 18:19
    Əsəb sümükləri kövrək, bel hissəni piyli edir
  • Bu gün, 16:04
    30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır – Təhlükəli mənzərə
  • Bu gün, 15:10
    Övrə nədir və hansı əlamətlərlə özünü göstərir?
  • Bu gün, 14:29
    2025-ci ildə bu simaları itirdik – Siyahı
  • Bu gün, 13:28
    BƏƏ Yəmən əməliyyatını başa çatdırdı
  • Bu gün, 12:31
    Mədə turşuluğunu azaltmaq üçün 7 ən faydalı təbii üsul
  • Bu gün, 11:16
    ABŞ qoşunları Ukraynaya yeridilir? - Zelenskidən KRİTİK AÇIQLAMA
  • Bu gün, 10:33
    Tələbələr və bazar satıcıları birləşdi – İranda nə baş verir?
  • Bu gün, 09:06
    Yatarkən ağızdan su axmasının səbəbləri nədir?
  • Dünən, 22:07
    Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir? DİQQƏTLİ OLUN
  • Dünən, 21:22
    Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz
  • Dünən, 20:09
    Azərbaycan və Türkiyə tankerləri toqquşdu
  • Dünən, 19:45
    Zelenski bəyan etdi: Fransa və Ukraynada görüşəcəyik, sonra isə…
  • Dünən, 18:25
    Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir?
  • Dünən, 17:47
    Bakı ilə İrəvan hansı məsələlərdə razılaşa bilmir? - Mirzoyan hər şeyi açıqladı
  • Dünən, 16:26
    İran Silahlı Qüvvələri bəyanat yaydı: Hücum olsa...
  • Dünən, 15:49
    Qanazlığını aradan qaldıran möcüzəvi qida açıqlandı
  • Dünən, 15:21
    Ağciyərləri necə təmizləmək olar?
  • Dünən, 14:22
    Rusiyaya qarşı sülhə məcburetmə “əməliyyatı” – İki müsəlman ölkəsinin adı çəkildi
  • Dünən, 13:09
    Təsdiqləndi: Onların hərbi xidmətdə olma müddəti artırıldı
  • Dünən, 12:17
    Oturaq həyat tərzi 9 növ şiş yarada bilir
  • Dünən, 11:23
    Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...
  • Dünən, 10:05
    Ankaraya qarşı üçlü ittifaq: İmzalar atıldı, mesaj türk dilində verildi
  • Dünən, 09:03
    Ballı südün sağlamlığa faydaları
  • 29-12-2025, 22:49
    Sağlam yuxu üçün 4 sadə qayda
  • 29-12-2025, 21:17
    Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
  • 29-12-2025, 20:12
    Ukrayna ilə bağlı planda Putin üçün 7 “ölümcül məqam” - DETALLAR
  • 29-12-2025, 19:09
    Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...
  • 29-12-2025, 18:14
    Ağ saçlar bizi xərçəngdən qoruyur? - Alimlərdən diqqətçəkən ARAŞDIRMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə