• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diabetin erkən əlamətləri - Dəridə belə izlər yaranır
Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə – Putin çətin durumda
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
Yeməkdən sonra şirniyyat istəyi normaldır?
İndoneziyada ölənlərin sayı 1000-ə çatdı
Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da…
Şəkərdən imtina etməklə bədəndə 6 müsbət dəyişiklik
Sabah Bakıya qar yağacaq - Xəbərdarlıq
Rusiya Türkiyə gəmisinə zərbə endirdi
Uçuq kimi görünsə də, ciddi xəstəliklərin əlaməti ola bilər
Estoniya Rusiya ilə sərhəddə bunkerlər tikir
İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürdü
Səhər qəhvəsinin bilinməyən zərəri
50 yaşında kişi eyni yaşlı qadından - 4 yaş daha qocadır
Kövrək dırnaqlar bu 3 xəstəliyin əlamətidir: Bədəninizdə əskiklik ola bilər
Ərdoğandan Putinə atəşkəslə bağlı təklif...
Ukraynanın ABŞ-a göndərdiyi plan açıqlandı: Qoşunları çıxarır - Rusiya razılaşacaq?
Taxta, yoxsa silikon qaşıq? - Hansından istifadə edək?
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək
Moskva son kartını oynadı – 84 il sonra gözlənilməz xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu şəxslərə vaksin vurdurmaq olmaz... - Professor ŞOK MƏQAMLARI AÇDI

Araşdırma

3-09-2021, 17:25

Bu şəxslərə vaksin vurdurmaq olmaz... - Professor ŞOK MƏQAMLARI AÇDI


Çindən başlayaraq bütün dünyaya yayılan COVID-19 pandemiyası can almağa davam edir, hər gün daha sürətlə, daha kəskin yayılır. Hər ötən gün mutasiyaya uğrayır, bizi yeni növləri ilə məşğul edir. Ancaq bütün dünya çıxış yolunu vaksinasiyada görür. Bu bəladan qurtulmağın yeganə yolu tibbi maska taxmaq, sosial məsafəni gözləməyin xaricində həm də vaksinasiyadır. Dünyada olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi sürətlə aparılır. Bu günə qədər hər iki doza üzrə 7 milyondan çox vaksin vurulub.

Yoluxmaların və ölüm hallarının sürətlə artması, bəzi sahələrdə tətbiq olunan məhdudiyyətlər daha çox insanı bu prosesə cəlb etdi. Hazırda demək olar ki, tibb müəssisələrinin qarşısında yüzlərlə insan növbəsinin çatacağı vaxtı gözləyir. Xəstəxana əməkdaşlarının “təyin etdiyi” növbələri 400-500-cü olan insanlar səhərdən axşama qədər vaksin olunmalarını gözləyirlər. Bəzi şəxslər üçün hansısa ciddi xəstəliyinin olmasının əhəmiyyəti yoxdur. Əsas məsələ “nəyimə lazımdır, vaksin olunum, çıxım gedim”dir. Ancaq xüsusi risk qrupunda olan şəxslər bəzən özlərinin səsləndirdiyi kimi, canlarını qurtarıb çıxıb gedə bilmirlər, qurtarmağa çalışdıqları canlarına son qoyurlar.

Demək olar ki, yükün əsas hissəsi səhiyyə müəssisələrinin üzərinə düşür. Düzdür, insanları müayinə edib, onlara vaksinin vurulub-vurulmaması ilə bağlı xəbərdarlıq edən həkimlərimiz də var. Vaksinasiya prosesinin ölkəmizdə başladığı vaxtlardakı kimi. Amma heç bir müayinə etmədən, “canını qurtarmağa” gələnlərin canını sözün pis mənasında qurtarmağa “kömək” edənlər, necə gəldi peyvəndlənməni həyata keçirən tibb müəssisələrimiz, həkimlərimiz də az deyil. Ümid edirik ki, Səhiyyə Nazirliyi bu vəziyyətdən halidir.

Yaxınlarımızdan, tanışlarımızdan da eşitdiyimiz budur ki, “özümüzü narahat hiss edirdik, amma bizi müayinə etmədilər” və ya elə bir insan olmaz ki, onun ətrafında “təzyiqimizi yoxlamadan, heç nə soruşmadan peyvənd vurdular” deyənlər olmasın. Yalan və ya gerçək, sosial mediada yayılan iddialara görə, vaksindən əks-effektə məruz qalıb dünyasını dəyişənlər də var. Bu isə insanlarda qorxu yaradır. Həm də bu cür tibb müəssisələri dövlətin apardığı uğurlu vaksinasiya siyasətinə bir növ kölgə salır.

İndi isə gələk məsələnin əsas tərəfinə: insanlar necə öyrənsinlər ki, onlara peyvənd vurdurmaq olmaz? Bunun üçün xüsusi xəstəlik qrupu təyin olunubmu? Hər hansısa bir cədvəl tərtib edilibmi ki, insanlar ona baxaraq əks-göstəriş sertifikatı alıb-almayacaqlarını təyin etsinlər?

Bu barədə nazirliyə ünvanladığımız sual hələ ki, açıq qalır... Ancaq Səhiyyə Nazirliyi sentyabrın 2-də vaksinasiya olunmayan şəxslərin əks-göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb.

Bildirilib ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir.

Bəs, kimlər vaksin oluna bilməz?

Publika.az-a danışan tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), CDC (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri), NIH (Milli Sağlamlıq İnstitutları) və s. bütün beynəlxalq məlumatlara görə, o şəxslər vaksin olunmalıdırlar ki, onlardan götürülən analizlərdə ağır anafilaktik reaksiya olmasın.

Həkimin sözlərinə görə, hər hansısa bir dərman preparatına, arı sancmasına qarşı və s. ağır allergik reaksiya olmadığı halda bütün insanlara vaksin vurula bilər: “Bu gün məsələn, xroniki xəstəliyi olanlarda və ya digərlərində COVID-19 peyvəndi vurdurmaq üçün əks-göstərişin olduğunu hesab edirlər. Əksinə, xroniki xəstəliyi olan insanlar ilk növbədə vaksinasiyaya cəlb olunmalıdırlar ki, onlar həyatda qala bilsinlər. Bu gün koronavirusdan qorunmaqda yeganə yol vaksinasiyadır. Bu səbəbdən də insanların hər birinin vaksinasiyaya cəlb olunması vacibdir. Yalnız məhdud sayda seçilmiş insanlar, ağır allergik reaksiyası, anafilaktik şok epizodu olanlar peyvənd olunmamalıdır. Vaksinin birinci dozasından şoka düşərək ağır reaksiya keçirənlərə ikinci dozanı vurmaq tövsiyə olunmayacaq. Çünki birinci doza ağır allergik reaksiya verib. Buna görə də ikinci doza vaksini vurarkən anafilaktik şok yarana bilər və xəstə dünyasını dəyişmək vəziyyətinə qədər gəlib çıxa bilər. Yalnız bu cür məhdud çərçivədə olanlarda, yəni təqribən 100 insandan birində əks göstəriş ola bilər. Düşünmək lazımdır ki, daha çox insanlarımız vaksin olunsunlar”.

Ə.Sadıqov əlavə edib ki, insanların xəstəxanalarda yoxlanış olmadan vaksin olunması qəbuledilməzdir: “Avropa təcrübəsində də var ki, vaksin vurdurmamışdan öncə şəxs mütləq müayinə olunmalıdır. Bu yaxınlarda İspaniyada idim. Ailə üzvlərim orada “Pfizer” peyvəndi vurdurdular. Onlardan bütün analiz götürülüb, hansı problem varsa, təyin olunub. Hər şey çox dəqiqliklə olub, bizdə də bu cür olmalıdır”.

Professor bildirib ki, xərçəng xəstələri də vaksin oluna bilər. Onun sözlərinə görə, vaksinə qarşı ağır reaksiyası olan şəxslər, ölüm təhlükəsi olanlar peyvənd olunmamalıdır: “Məsələn, hansısa dərman preparatından yaranan ağır allergik reaksiyası, ağır dəri allergik reaksiyaları və s. olanlar peyvənd vurdurmamalıdır. İstrənilən halda, bu kateqoriyadan olan insanların vaksin olunması ölümə gətirib çıxara bilər. Bu məsələdə əsas bildiyim ağır allergik reaksiyalar və vaksinə qarşı olan reaksiyalardır. Xüsusi olaraq bu, xəstəlik növünə uyğun olaraq ayırd edilmir. Xroniki xəstəliyi olanların hamısı, ağciyər və mədə xərçəngi olanlar da vaksin vurdurmalıdırlar”.

Ə.Sadıqov qeyd edib ki, bu gün iki doza vaksin cəmiyyətdə kifayət etmir. Buna görə də vaksinasiya insanlar arasında yaş bölgüsü ilə və hər yaşa uyğun doza təyin etməklə aparılmalıdır: “Bir dəfə infeksiyanı keçirən insan zəmanətli deyil ki, bir daha yoluxmayacaq. Yenə təkrar yoluxacaq. Gələcəkdə geniş tədqiqat aparmaq lazımdır ki, bizim hansı immun səviyyəmiz bu virusdan qorunmaq qabiliyyətinə malikdir. Neçə vaksindən və neçə dəfə yoluxandan sonra bizim kifayət qədər immun imkanımız olacaq ki, gələn xəstəliyin qarşısını ala bilək. Bu, hələ ki, yoxdur. Bəlkə 3-cü, ya da 5-ci dozadan sonra kifayət qədər immun cavab ola bilsin. Çünki indi vurulan vaksinə qarşı olan immun cavablar da kifayət deyil, hər insanda müxtəlifdir. Yəni 85 yaşlı biri ilə 18 yaşlı insanın immun cavabı arasında kifayət qədər çox fərq var. Ona görə də düşünürəm ki, 85 yaşlı şəxs azı 4 dəfə vaksin olunmalıdır. İnsanların hamısını bir çuvalın içinə qoyub, bir kisənin içindən ölçmək olmaz. Hamı eyni standartlarla getməməlidir. 20 yaşlı insana 1 doza vaksin kifayət edir. Yaşlı, xəstə, kimyəvi terapiya və şüa alan şəxslərə 4 doza vaksin lazım olacaq.

Fərqli yanaşma mütləq lazımdır, bu barədə düşünmək lazımdır. Dünyada bu təcrübə var, Azərbaycanda niyə olmasın ki?! Hazırda xroniki xəstəliyin kəskinləşən vaxtıdır, astmanın pik olduğu zamandır. Bu, xroniki vəziyyətdir və yalnız stabilləşəndən sonra gedib peyvənd oluna bilərlər. Vaksini vurarkən bir az da immun sistemini qıcıqlandırmaq xəstəni ölüm vəziyyətinə gətirib çıxara bilər. Ona görə də hamısı öyrənilməli və sorğu olunmalıdır. Ancaq əfsuslar olsun ki, buna əməl olunmur. Heç avtobuslarda da vaksinin vurulması düzgün deyil. Vaksin yalnız xüsusi ayrılmış və optimal şəraiti olan yerlərdə vurulmalıdır. Birinci növbədə isə bu, tibb müəssisələrində yerinə yetirilməlidir”.

Həkim bildirib ki, bu gün Azərbaycanda situasiyanın kəskin şəkildə pisləşməsinin bir səbəbi də səhiyyə orqanlarında olan boşluqlardır.

Onun sözlərinə görə, çox acınacaqlı digər bir hal isə vaksinin saxlanması ilə bağlıdır: “Bu yaxınlarda şahidi olmuşam, gedin, vaksinin saxlandığı poliklinikalara baxın, görün orada hansı optimal mühit var?! Yeni Klinikada da olmuşam, orada da optimal mühit yoxdur. 30 dərəcə şəraitdə insanlara vaksin vururlar. Məsələn, “Pfizer” vaksini bir ay müddətində +2 dərəcədən +8 dərəcəyə qədər qalmalıdır. Yəni peyvənd soyuducudan çıxarılıb insanlara vurulmalıdır. Ancaq hamısı açıq havada və yüksək hərarətdə qalır. Ondan alınan effekt və immunluq nəticəsini göstərmir, immunitetimiz yaranmır. Bəlkə də problem buradadır. Yoluxmaların artmasına səbəb bu ola bilər”.

Oxunub: 1 038
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

25-08-2021, 13:05

3-cü doza ilə bağlı daha bir rəsmi məlumat - İLK BU ŞƏXSLƏRƏ VURULACAQ

Xəbərlər

11-08-2021, 09:26

Azərbaycanda bu tarixdə yenidən sərt karantin rejimi tətbiq edilir – AÇIQLAMA

Xəbərlər

25-06-2021, 22:24

Azərbaycanda uşaqlara da vaksin vurulacaq? - RƏSMİ

Səhiyyə

4-06-2021, 21:28

3 və 4-cü doza vaksin vurula bilərmi?

Araşdırma

6-04-2021, 15:03

Azərbaycana gətirilən 4 vaksindən HANSINI seçək?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diabetin erkən əlamətləri - Dəridə belə izlər yaranır
Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə – Putin çətin durumda
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
Yeməkdən sonra şirniyyat istəyi normaldır?
İndoneziyada ölənlərin sayı 1000-ə çatdı
Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da…
Son xəbərlər
  • Bu gün, 21:31
    Diabetin erkən əlamətləri - Dəridə belə izlər yaranır
  • Bu gün, 20:37
    Rusiyanı çökdürmək planı işə düşdü: 300 milyardlıq həmlə – Putin çətin durumda
  • Bu gün, 19:09
    Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
  • Bu gün, 18:48
    Yeməkdən sonra şirniyyat istəyi normaldır?
  • Bu gün, 17:13
    İndoneziyada ölənlərin sayı 1000-ə çatdı
  • Bu gün, 16:34
    Ərdoğanla görüşdə sensasiya: Putin ya Ankaradan üzr istəyəcək, ya da…
  • Bu gün, 15:56
    Şəkərdən imtina etməklə bədəndə 6 müsbət dəyişiklik
  • Bu gün, 14:16
    Sabah Bakıya qar yağacaq - Xəbərdarlıq
  • Bu gün, 13:54
    Rusiya Türkiyə gəmisinə zərbə endirdi
  • Bu gün, 12:27
    Uçuq kimi görünsə də, ciddi xəstəliklərin əlaməti ola bilər
  • Bu gün, 11:10
    Estoniya Rusiya ilə sərhəddə bunkerlər tikir
  • Bu gün, 10:27
    İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürdü
  • Bu gün, 09:16
    Səhər qəhvəsinin bilinməyən zərəri
  • Dünən, 22:33
    50 yaşında kişi eyni yaşlı qadından - 4 yaş daha qocadır
  • Dünən, 21:23
    Kövrək dırnaqlar bu 3 xəstəliyin əlamətidir: Bədəninizdə əskiklik ola bilər
  • Dünən, 20:28
    Ərdoğandan Putinə atəşkəslə bağlı təklif...
  • Dünən, 19:21
    Ukraynanın ABŞ-a göndərdiyi plan açıqlandı: Qoşunları çıxarır - Rusiya razılaşacaq?
  • Dünən, 18:17
    Taxta, yoxsa silikon qaşıq? - Hansından istifadə edək?
  • Dünən, 17:44
    Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək
  • Dünən, 16:09
    Moskva son kartını oynadı – 84 il sonra gözlənilməz xəbərdarlıq
  • Dünən, 15:36
    Böyrəkdə daş öz-özünə həll ola bilərmi?
  • Dünən, 14:33
    Odessaya raket hücumu: Limanda yük gəmisi yandı
  • Dünən, 13:10
    Yaponiyada növbəti güclü zəlzələ: Sunami xəbərdarlığı...
  • Dünən, 12:22
    Dünyanın ən sağlam qidası şüyüd imiş... - SİYAHI
  • Dünən, 11:20
    Təkcə neft yox, başqa məhsullar da: İrəvan Bakıya bu icazəni verməli olduğunu bildirdi
  • Dünən, 10:53
    Vedibasardan Göyçəyə yeni yol çəkilir – Bu ərazilər qaytarılacaq?
  • Dünən, 09:08
    Kəklikotu suyu ilə qarqara etməyin faydaları
  • 11-12-2025, 22:07
    Yatarkən arıqlamağa kömək edən 5 qida
  • 11-12-2025, 21:14
    H1N1 qripinə yoluxmanın və ağırlaşmaların profilaktikası
  • 11-12-2025, 20:03
    Yeni müharibə başladı, dayandıracağam - Tramp
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə