• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sülh sazişi nə zaman imzalanacaq?

Manşet / Xəbərlər

18-12-2023, 11:43

Sülh sazişi nə zaman imzalanacaq?


Azərbaycan cəmiyyətini maraqlandıran suallar çoxdur, amma onların arasında üç sual xüsusi yer tutur.

Cənubi Qafqazdakı proseslərin gedişatını, baş verən hadisələri, aparılan danışıqları və imzalanan anlaşmaları nəzərə alsaq, həmin üç sualın cavabları xüsusi əhəmiyyət kəsb edir.

Sosiumda cavab aranan sualları belədir:

1. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilin sonunadək imzalanacaqmı?

2. Ermənistan sürətlə silahlanır. Biz nə edirik?

3. Sülh müqaviləsi imzalanandan sonra vəziyyət necə olacaq? Rusiyalı sülhməramlılar nə zaman ölkəmizdən çıxacaq?

Sualları cavablamağa çalışaq.

1. Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonunadək imzalanması ehtimalı çox az olsa da, tamamən yox deyil. Rəsmi Bakı sazişin vasitəçilərsiz imzalanmasının tərəfdarıdır, çünki sülh prosesində üç əsas vasitə formatı olan Vaşinqton, Brüssel və Moskva danışıqları treklərinin heç biri effektiv deyil.

ABŞ-ın vasitəçilik etməyə çalışaraq Azərbaycanla Ermənistanın XİN başçılarının məhz Vaşinqtonda görüşərək müzakirələr aparmağa çalışmasının səbəbləri çox sadədir. Birləşmiş Ştatlar əzəli geosiyasi iki rəqibindən biri olan (digəri Çindir) Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq istəyir. Ukraynadakı hərbi əməliyyatlar, məruz qaldığı çoxsaylı embarqolar və sanksiylaar Moskvanı xeyli zəiflətsə də, o, əsrlərdən bəri öz "fəaliyyət məkanı" hesab etdiyi bölgəmizi tərk etmək niyyətində deyil.

Rusiya ilə geosiyasi qarşıdurmada Avropa İttifaqını özünə müttəfiq hesab etməyən ABŞ hətta bu prosesdə olsa belə, Aİ-nin təsir imkanlarının artmasını istəmir.

Amerikalılar anlayırlar ki, əgər avropalılar Cənubi Qafqazda sülh müqaviləsinin imzalanmasına nail olaraq prosesdə əsas vasitəçilik etsələr, geosiyasi və ən əsası, geostrateji ambisiyaları güclənəcək, Brüssel regionumuzdakı "uğur"unu sonradan başqa məkanlara da inikas etdirərək təkrarlamağa çalışacaq.

İqtisadi, maliyyə, texniki və s. baxımdan güclü Avropa amerikalıların maraqlarına tam cavab versə də, siyasi və hərbi baxımdan qüdrətli Avropa onların maraqları çərçivəsində deyil: ABŞ 2-ci Dünya Müharibəsindən sonra daim Avropanı idarə edib və prosesin dəyişməsini, yaxud dayanmasını ən pis ssenarilərdən biri sayır.

Avropa İttifaqı (Aİ) heç bir halda ABŞ və ya Rusiyanın əsas vasitəçi olmasını arzulamadığından sülh sazişinin məhz Brüssel trekində imzalanmasına çalışır.

Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu Brüssel üçün nə qədər problematikdirsə, sonradan Cənubi Qafqazda sürətlə ABŞ-ın möhkəmlənməsi də bir o qədər arzuolunmazdır. Bakı və İrəvan arasındak təmasların dinamikası da vasitəçi rolunu oynamaq istəyənr gücləri narahat edir.

Moskvanın təlaşsı isə bir qədər də artıqdır. Avropa İttifaqı və ABŞ-ın timsalında kollektiv Qərbin təşəbbüslərininr və planlarının qarşısını almağa çalışan Rusiya arsenalında olan bütün diplomatik vasitələri işə salaraq hazırda 2 məqsədə çatmaq fikrindədir:

1. Ermənistanın sürətlə Qərbə meyllənməsini ilkin mərhələdə zəiflətmək və sonra mümkün olarsa, ümumiyyətlə dayandırmaq

2. Azərbaycanı məhz Moskvada Ermənistanla sülh müqaviləsini imzalamağa sövq etmək.
Ətraflı

Rusiyanın məqsədləri aydın olsa da, hədəfə çatmaq yolları mücərrəddir, çünki ABŞ və Aİ bu planların gerçəkləşməməsi üçün artıq (!) hər şeyi edirlər.

Sadaladığımız amillər ilin sonunadək İrəvanla yekun sülh müqaviləsinin imzalanmasını bir qədər problematik məsələyə çevirsə də, prosesin müsbət məcrada olduğuna ümid var.

2. Ermənistan hazırda ordusunun qalıqlarını normal silahlı qüvvlərə çevirmək, döyüş hazırlığı və təminat səviyyəsini artırmaq üçün intensiv addımlar atır. Zahirən Nikol Paşinyan çox radikal, aqressiv, hətta təhlükəli taktikanı seçib.

Amma proseslərin vəsilələri arasında sırf siyasi motivlər də var. Belə ki, ABŞ hazırda Ermənistan rəhbərliyi qarşısında şərt qoyaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Ermənistanın baş naziri Nikol Paşinyan da Qərbin pressinqini həvəslə qəbul edib, çünki sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdiyi siyasi təşkilatların parlament fraksiyalarından qurtulmaq istəyir.

2021-ci ilin baharındakı seçkilərdən fərqli olaraq, mövcud vəziyyətdə N.Paşinyanın seçkilərdə böyük üstünlüklə qalib gəlmək şansı var va o, situsiyadan maksimum yararlanmaq, parlamenti Köçəryan-Sarqsyan tandeminin fiqurlarından "təmizləmək" niyyətindədir.

Elektoral bazasını genişləndirmək üçün Paşinyan ən çox tənqid olunduğu sahəni - müdafiə və ordu quruculuğunu aktivləşdirməklə əvlə siyasi dividentlər əldə edir. Ermənilərin nəzərində o, silahlı qüvvələri zəiflədən xəyanətkar yox, "Azərbaycanın ekzistensial təhlükə mənbəyi olduğunu anlayaraq ordunu yenidən quran və sürətlə silahlandıran baş nazir" olmaq fikrindədir.

Prosesin siyasi tərəfi budur.

Əsas istiqamətə gəldikdə isə, Ermənistanın hazırda silah-sursat və hərbi texnika əldə etmək üçün əsas tərəfdaşları Fransa ilə Hindistandır.

Paris və Dehli ermənilərlə bağlı unison mövqe tutublar: fransızlar Azərbaycan və Türkiyənin bölgədə güclənməsini, Dehli isə Pakistanın regionumuzda daha da fəallaşmasını istəmir.

Bu səbəbdən də Fransa və Hindistan ermənilərə müdafiə yox, hücum silahları və texnikası satmağa belə, razılıq veriblər.

Fəqət, silah və hərbi texnikası indiyədək yalnız sovet dönəmindən qalma və Rusiyada istehsal olunmuş iki çeşiddə nəsnələrdən ibarət olan Ermənistan silahlı qüvvələrinin müdafiə, xüsusilə də hücum potensialını Fransa və Hindistandan aldığı hərbi texnika vasitələri iolə gücləndirə bilməyəcək. Modifikasiya, tip, çap, texniki xüsusiyyətlər və s. baxımından uyğunlaşdırılması çox mürəkkəb proses olacaq "alış"ların Ermənistan ordusu üçün yaxın perspektivdə problemlər yaradacağı şübhəsizdir. Fransa və Hindistan şirkətləri nümayəndələrini Ermənistana yollayaraq satdıqları texnikanı yerli şəraitə uyğunlaşdıracaqlarını vəd etsələr də, bu, asan məsələ deyil.

Azərbaycana gəldikdə isə, ordumuz Ermənistanın sürətlə silahlanmasına adekvat reaksiya verir və İrəvanın fransızlarla hinduslardan aldıqları silahların daha güclü, sürətli və dağıdıcı gücə malik alternativlərini hazır tutur.

3. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda stabilliyin bərqərar olması prosesinə start verə bilər. Nəqliyyat kommunikasiyaları bərpa olunacaq, yeni marşrutlar yaranacaq, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası başlanacaq. Türkiyə də Ermənistanla sərhədini açacaq. Təbii ki, Ermənistan cəmiyyətindəki revanşizm, ifrat millətçilik, mağara səviyyəsindəki etnik dözülməzlik və qonşu dövlətlərə ərazi iddiaları yox olmayacaq. Bakı bunu bilir, anlayır və situasiyanın istənilən məcrada inkişafına hazır vəziyyətdədir.

Rusiya Sülhməramlı Kontingentinə (RSK) gəldikdə isə, o, 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək. Rusiyalı sərhədçilərin ölkəmizdə daha sonra qalması sadəcə, mümkün deyil və bunun heç bir zəmini də yoxdur.

"Vasitəçi"lik istəyindəki güclərin istəklərindən asılı olmayaraq.

Elçin Alıoğlu
TREND

Oxunub: 1 119
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

27-11-2023, 18:42

Azərbaycan-Ermənistan sərhədində VACİB GÖRÜŞ: Sülh danışıqları üçün...

Xəbərlər

9-09-2022, 22:18

Ermənistanla sülh sazişi HARADA imzalanacaq? - DETALLAR

Xəbərlər

25-01-2022, 00:30

“Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan

Xəbərlər

4-09-2021, 13:33

SON DƏQİQƏ: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq – VAXT AÇIQLANDI

Xəbərlər

26-06-2021, 18:22

SON DƏQİQƏ! Azərbaycan və Ermənistan arasında bu şərtlərlə sülh müqaviləsi İMZALANACAQ – ELAN EDİLDİ…

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Son xəbərlər
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • 7-09-2026, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 7-09-2026, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • 7-09-2026, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • 7-09-2026, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • 7-09-2026, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə