• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı
Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq
Tramp üçüncü dəfə prezident ola bilər?
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Zoğal insultdan qorunmağa kömək edir
Ailədaxili problemlər görün nədən qaynaqlanır... - Araşdırma
Bədəninizdəki bu əlamətləri görməzdən gəlmək TƏHLÜKƏLİDİR
Aİ Rusiyanın acığına Ermənistana vəd verdi: 50 milyon avro, Avropa bazarına çıxış
Ben-Qvirin sözləri rezonans doğurdu: Trampdan İranla bağlı sərt QƏRAR
Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb
Almaniya BMT-də uduzdu: Rusiyanın əməlidir?
Lavrov bəyan etdi: Ukrayna ilə danışmağa hazırıq, amma…
Təzyiq düşəndə bədən nə hiss edir?
Rusiya qalib gələn kimi ABŞ-la münasibətlər düzələcək - Ritterdən şok iddia
Bəzi məktəblərdə dərslər distant formada keçiriləcək
Köp və qaz yaranmasını artıran qidalar
Türkiyənin “gizli silahı” - Cəmi bir saniyəlik görüntü Yunanıstanı qarışdırdı
Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
Qəhvə-qreyfrut qarışımının inanılmaz təsiri - Birlikdə qəbul edildikdə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kor bağırsağın təhlükəli "qurdu" - appendiks

Manşet / Gündəm / Səhiyyə

15-11-2018, 16:51

Kor bağırsağın təhlükəli "qurdu" - appendiks

O, çox sayda xəstəliklərin arxasında maskalana, gizlənə bilir: qripdən və mədə xorasından tutmuş, iltihaba və hətta... hamiləliyə qədər...

Orqanizmdə heç nə artıq deyil

Appendisit o qədər geniş yayılıb ki, onun barəsində bilməyən çətin tapılar. O, uşaqlarda da, qocalarda da rast gəlinir, daha çox isə 20-40 yaşları arasında özünü göstərir. Bu azarı keçirən qadın və kişilərin nisbətində fərq yoxdur. Burada irsi faktor müəyyən mənada sözünü deyə bilər, lakin bu, appendisit tutmasında aparıcı səbəb deyil.

Beləliklə, appendisit appendeksin - kor bağırsağın qurdabənzər çıxıntısının iltihabı xəstəliyidir. Uzun müddət belə hesab edilirdi ki, appendiks orqanizmdə "artıq" orqandır. Hətta XX əsrin ortalarına kimi Amerikada profilaktik appendektomiya - yeni doğulmuş körpənin appendiksini kəsmək geniş yayılmışdı. Hesab edilirdi ki, orqan yoxdur, problem də yoxdur.

Lakin insan orqanizmində əslində artıq sayılacaq heç nə, heç bir hissə yoxdur. Appendiks həzm prosesində iştirak etmir, çünki o, limfoid toxumalardan ibarətdir. Bu isə immun vəzifəsini yerinə yetirən hüceyrələri funksiyalaşdırır. Appendiks mədə-bağırsaq traktını infeksiyadan qorumaqda əhəmiyyətli rol oynayır. Bu səbəbdən də onu bəzən "bağırsağın badamcıq vəzi" adlandırırlar.

Çarə "təcili yardım"dadır

Appendisit özünü qarın nahiyəsinin aşağı sağ tərəfində göstərir. Və sağ böyrümüzdə ağrı baş qaldırarkən onun appendisit olub-olmamasını "təyin etmək" adi bəndənin işi deyil. Sadəcə, telefonu götürüb "Təcili yardım"ın nömrəsini yığmaq lazımdır. Hər cür özfəaliyyət xoşagəlməz sonuca apara bilər.

Hətta bəzən təcrübəli həkimlər belə tərəddüd keçirə bilərlər ki, onların üzləşdiyi xəstənin appendisiti tutub, ya yox? Axı əvvəldə qeyd etdiyimiz kimi, o, qarın nahiyəsindəki praktiki olaraq bütün ağrıların, azarların altında gizlənə bilir. Və bu xəstəlik yalnız insanın sağlamlığı üçün deyil, onun həyatı üçün də təhlükəli nəticələrə apara bildiyi üçün qarında ağrı baş qaldıran kimi (məcburi deyil ki, sağ tərəfdə olsun) təcili şəkildə çarəni həkimdə aramaq lazımdır.

İltihabın inkişafa başlaması anından nə qədər az keçsə, əməliyyat bir o qədər sadə və reabilitasiya dövrü bir o qədər qısa olacaq. Təəssüf ki, ən böyük problem bundadır ki, xəstə bütün günü evində oturur, iki-üç gün ağrıya dözür və sonda xəstəxanaya peritonitlə (periton - qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa; peritonit - qarın pərdəsinin iltihabı) aparılır. Bu zaman xəstə geniş, ağır və uzunmüddətli əməliyyata məruz qalır. Əməliyyatdan sonrasa bir həftə əvəzinə bir ay, bəzən daha çox xəstəxana yatağına yapışıb qalmağa məcbur olur.

Bu "qurd"un "tumu" yoxdur

Korbağırsağın qurdabənzər çıxıntısının iltihabının səbəbləri bəlli deyil. Hər halda, tibb elminə bu "qurd"un niyə birdən-birə "ağrı"sının tutmasının səbəbləri dəqiq aydın deyil. Bununla bağlı bir yığın ehtimallar və nəzəriyyələr var, lakin heç biri sübut olunmayıb.

Yeri gəlmişkən, bəzən deyirlər ki, günəbaxan tumu çırtlamaq və ya qarpız tumunu udmaq appendisitə aparır. Lakin tum təhlükəsi çox şişirdilib. Pomidor və xiyarda da, xırda olsalar belə, tum var, lakin heç kim "onları yeməyin" demir.

Təəssüflər olsun ki, appendisitin profilaktikası da yoxdur.

Ola bilsin ki, orqanizmdəki digər iltihab prosesləri, məsələn, kariyes və ya angina onun meydana gəlməsinə təsir göstərsin. Lakin ümumiyyətlə, bir orqandakı xroniki infeksiyalar digər orqanlarda iltihabın baş qaldırmasına təhrikedici təsir göstərir.

Odur ki, ilk növbədə həkimə müraciət etmək lazımdır. Həkimin işi isə heç də asan deyil. Bu sətirlərin müəllifi bir can həkiminin (terapevt) düzgün diaqnoz qoymayaraq xəstəni cərrahiyyə masasına göndərməsinin şahidi olub. Lakin son anda cərrah xəstənin gözlərindən onun sarılıq xəstəliyinə tutulmasını müəyyənləşdirmişdi.

Həkim ilk növbədə xəstəni sorğu-suala tutur, aydınlaşdırır ki, ağrı hansı şəraitdə peyda olur, qarnın harasına vurur və s. Sonra analizlər (qan, sidik) götürülür. Qanda leykositlərin yüksək səviyyəsi iltihabın olduğunu göstərir. Həmçinin USM-ə də ehtiyac var. Bəzi hallarda laparoskopiya diaqnostikasına da müraciət edilir. Qarında kiçik deşik açmaqla optik telli aparat oraya salınır və cərrah xəstənin daxilində nələrin baş verdiyini monitorda görə bilir.

Qeyri-sadə sadə əməliyyat

Adətən appendektomiya - appendiksin kəsilməsi ilə bağlı əməliyyat elementar, sadə sayılır. Appendisit geniş yayıldığı üçün appendektomiya da ən geniş yayılmış cərrahi müdaxilədir. O, əksər cərrahların ilk əməliyyatıdır, yəni adətən yeni işə başlayan cərrahlara etibar edilə bilir.

Lakin cərrahlar: "Appendiks kəsilməsi kimi sadə, eyni zamanda onun kimi mürəkkəb əməliyyat yoxdur", - deyirlər. Çünki bu qurdabənzər çıxıntının hiylələri hədsizdir: appendiks qarın nahiyəsinin elə künc-bucağında gizlənə bilər ki, bu da cərrahın onu tapması üçün bir xeyli tər tökməsinə səbəb olar. Odur ki, əməliyyat 30 dəqiqə də çəkə bilər, 2-3 saatadək də uzana bilər.

Hər bir əməliyyatdan sonra olduğu kimi, appendektomiyadan sonra da mürəkkəbləşmə mümkündür. Səbəbləri müxtəlifdir: yaranın gec sağalmasından tutmuş, absessə kimi. Appendisitin letal sonucu xeyli aşağıdır - 0,1-0,2%. Bu rəqəm daha da aşağı ola bilər. Bir şərtlə ki, adamlar vaxtında tibbi yardım etmək üçün müraciət etsinlər.

Kəsmədən kəsmə

Bu gün appendiksin kəsilib atılmasında laparoskopiyadan geniş istifadə edilir. Belə müdaxilədən sonra qarının sağ tərəfində tikiş yeri yox, praktiki olaraq görünməyən 3 deşik izi qalır ki, oradan orqanizmə sözügedən tibbi alətlər yeridilir.

Laparoskopiyanın üstünlükləri: əməliyyatdan sonra ağrı az olur, xəstə tez sağalır və kosmetik effekti var.

Lakin laparoskopiya heç də hər zaman tətbiq edilə bilmir və cərrah ənənəvi metoda müraciət etməli olur.

Oxunub: 1 336
Paylaş:
Digər xəbərlər

Səhiyyə

21-10-2018, 01:59

Orqanizmimizdəki gizli ölüm...

Manşet / Maraqlı

27-08-2018, 10:39

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridir

Manşet / Səhiyyə

14-08-2018, 10:24

Qurd xəstəlikləri

Manşet / Gündəm / Səhiyyə

14-03-2018, 08:09

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:06

Hamiləlik zamanı qrip

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı
Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq
Tramp üçüncü dəfə prezident ola bilər?
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Zoğal insultdan qorunmağa kömək edir
Son xəbərlər
  • Bu gün, 14:00
    Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
  • Bu gün, 13:07
    Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı
  • Bu gün, 12:44
    Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq
  • Bu gün, 11:24
    Tramp üçüncü dəfə prezident ola bilər?
  • Bu gün, 10:35
    Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
  • Bu gün, 09:09
    Zoğal insultdan qorunmağa kömək edir
  • Dünən, 22:22
    Ailədaxili problemlər görün nədən qaynaqlanır... - Araşdırma
  • Dünən, 21:42
    Bədəninizdəki bu əlamətləri görməzdən gəlmək TƏHLÜKƏLİDİR
  • Dünən, 20:24
    Aİ Rusiyanın acığına Ermənistana vəd verdi: 50 milyon avro, Avropa bazarına çıxış
  • Dünən, 19:02
    Ben-Qvirin sözləri rezonans doğurdu: Trampdan İranla bağlı sərt QƏRAR
  • Dünən, 18:09
    Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb
  • Dünən, 17:56
    Almaniya BMT-də uduzdu: Rusiyanın əməlidir?
  • Dünən, 16:29
    Lavrov bəyan etdi: Ukrayna ilə danışmağa hazırıq, amma…
  • Dünən, 15:26
    Təzyiq düşəndə bədən nə hiss edir?
  • Dünən, 14:03
    Rusiya qalib gələn kimi ABŞ-la münasibətlər düzələcək - Ritterdən şok iddia
  • Dünən, 13:14
    Bəzi məktəblərdə dərslər distant formada keçiriləcək
  • Dünən, 12:38
    Köp və qaz yaranmasını artıran qidalar
  • Dünən, 11:51
    Türkiyənin “gizli silahı” - Cəmi bir saniyəlik görüntü Yunanıstanı qarışdırdı
  • Dünən, 10:26
    Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
  • Dünən, 09:05
    Qəhvə-qreyfrut qarışımının inanılmaz təsiri - Birlikdə qəbul edildikdə...
  • 3-06-2026, 22:28
    “Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
  • 3-06-2026, 21:39
    Çox xəstələnən uşaqlarda hansı vitaminlər çatışmır?
  • 3-06-2026, 20:24
    Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
  • 3-06-2026, 19:41
    Macarıstan yumşalır: Ukraynanın Aİ-yə yolu açılır?
  • 3-06-2026, 18:18
    Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
  • 3-06-2026, 17:55
    Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
  • 3-06-2026, 16:07
    Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
  • 3-06-2026, 15:20
    Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
  • 3-06-2026, 14:34
    Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
  • 3-06-2026, 13:03
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə