• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Çimərlikdə yeyib-içmək təhlükəlidir? - RƏSMİ XƏBƏRDARLIQ

Manşet / Maraqlı

13-06-2021, 16:49

Çimərlikdə yeyib-içmək təhlükəlidir? - RƏSMİ XƏBƏRDARLIQ


Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəmin yarana bilər.

Milli.Az AQTA-ya istinadən bildirir ki, isti havada bakteriyalar daha tez bölünüb çoxalır. Yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır. İlk növbədə gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

Qida təhlükəsizliyi əllərin düzgün və təmiz yuyulmasından başlayır. Pandemiya zamanı qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Bir göl və ya çay sizə təhlükəsiz gələ bilər. Lakin unutmayın ki, bakteriya və viruslar açıq gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün özünüzlə şüşə qabda su götürəsiniz. Qab-qacaqların təmizliyi vacib şərtdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün, xüsusən də qril və ya kabab hazırlayarkən çiy ət, quş əti və ya dəniz məhsullarını qoyduğunuz boşqabları təkrarən hazır yemək qoymaq üçün istifadə etməyin. Onları mütləq isti və sabunlu su ilə yuyub, durulayın.

Qida məhsullarını uzun müddət keyfiyyətli saxlaya bilmək üçün buz və ya gel ilə doldurulmuş izolyasiyalı paketlərdən ibarət soyuducudan istifadə edin. Çimərliyə gedərkən soyuducunuzu avtomobilin ən soyuq hissəsində daşımaq lazımdır. Soyuq saxlanması lazım olan qidalara çiy ət, toyuq əti, dəniz məhsulları, doğranmış meyvə-tərəvəz, tez xarab olan süd məhsulları aiddir. Digər qidalara damcılamanın qarşısını almaq üçün çiy əti soyuducunun alt təbəqəsində xüsusi qabda saxlamaq lazımdır. Həmçinin çiy ət və dəniz məhsullarının etibarlı şəkildə büküldüyündən əmin olun ki, suyu bişmiş qidaları və ya meyvə-tərəvəzi çirkləndirməsin. Soyuducuda qablaşdırmadan əvvəl təzə meyvə-tərəvəz axar su altında yuyulub, təmiz parça dəsmal və ya kağız dəsmal ilə qurulanmalıdır. Mütəmadi istifadə olunan məhsulları üst təbəqəyə qoyun.

Soyuducunu tez-tez açıb-bağlamaqdan da çəkinin. Bu, temperaturun artmasına səbəb ola bilər. Bu baxımdan yemək və içki üçün ayrı soyuducuların olması məsləhət görülür. Soyuducunuzu kölgədə və ya sığınacaqda qoyaraq, birbaşa günəş şüalarından uzaq tutmaq vacibdir. Yəni, günəşdən kənar bir yer təyin edib, qismən qumda basdıra bilərsiniz. Üzərini isə adyalla örtün və çimərlik çətiri ilə kölgə salın. Çalışın ki, soyuducunu bir gün əvvəldən soyudasınız.

Soyuducunun daxili temperaturu ilıq olduğundan buz paketlərini yerləşdirdikdə onun müəyyən miqdarı əriyə bilər. Buna görə də evdən çıxmadan əvvəl dondurula biləcək məhsulları dondurun. Nəzərə alın ki, soyuq hava kütləsi aşağı düşdüyündən soyuducunun alt təbəqəsi daha sərin olur. Kənardan daxil olan havanın dolaşmaması üçün soyuducunun içini tamamilə doldurmalısınız. Əgər kifayət qədər qida və içki yoxdursa, su şüşələrini dondurub, boş yerlərə yerləşdirə bilərsiniz. Unutmayın ki, soyuq yeməklər 4⁰ C temperaturda və ya aşağı temperaturda saxlanılmalıdır.

Yay əyləncələri zamanı qida seçiminə diqqət edin. Hazırlamağı mürəkkəb olmayan və dağılmayan qidalara üstünlük verin. Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edin. Yeməyin lazımi temperaturda saxlanması da vacib şərtdir. Ona görə də isti qidaların isti və soyuq qidaların isə soyuq qalmasını təmin edin. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. İsti havalarda (32° C-dən yuxarı) isə yemək 1 saatdan çox açıqda qalmamalıdır. Unutmayın ki, qidanın "təhlükəli bölgə" adlandırılan 4° C ilə 60° C arasında 2 saatdan çox saxlanması bakteriyaların sürətlə çoxalmasına və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Soyuq yeməkləri kiçik ölçülərdə servis edin. Yaxşı olar ki, bu tip yeməkləri elə əvvəlcədən kiçik ölçülərdə qablaşdırasınız. Çünki böyük ölçüdə qablaşdırılmış qidanı hər dəfə servis üçün soyuducudan çıxartdıqda temperatur balansı pozulur. Ət və toyuq əti bişirildikdən sonra servis edənə qədər isti (60° C-də və ya daha isti) saxlayın. İsti yeməyi qril rəfinin yanına qoyaraq isti saxlaya bilərsiniz. Yeməyinizi hazırlamaq üçün palaz və ya dəsmaldan istifadə edərək qumsuz bir bölgə yaratmağa çalışın.

Turizm obyektlərində də qidalanma zamanı yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi təmin edilməlidir. Həmçinin xəstəliklərə yoluxma hallarının və ya yayılmasının qarşısının alınması məqsədilə profilaktik olaraq bir sıra qaydalara əməl edilməlidir. Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Mətbəxdə, sanitar qovşaqda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Müəssisə daxilində işçi heyət şəxsi gigiyena qaydalarına riayət etməlidir. İşçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir. Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Yeməklər hazırlanarkən lazımi temperatur dərəcəsinə qədər bişirilməli, xam məhsullar istifadədən əvvəl düzgün yuyulub qurudulmalı, həmçinin yemək dəstləri, mətbəx avadanlıqları, kirli səthlər yuyulub təmizlənməlidir. Qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasında ara məsafəsi gözlənilməlidir.

Oxunub: 1 026
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-05-2021, 11:40

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

Maraqlı

16-03-2020, 13:21

Koronavirusdan qorunmaq üçün ƏLLƏR NECƏ YUYULMALIDIR?

Araşdırma

23-05-2019, 17:50

Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Maraqlı

25-12-2018, 00:24

Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ

Xəbərlər

15-10-2018, 22:35

Çirkli əllərinizdən keçən 5 xəstəlik - 15 oktyabr Təmiz əllər günüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Son xəbərlər
  • Bu gün, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • Dünən, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Dünən, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Dünən, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Dünən, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Dünən, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Dünən, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Dünən, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Dünən, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Dünən, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Dünən, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 2-09-2026, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • 2-09-2026, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • 2-09-2026, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • 2-09-2026, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • 2-09-2026, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • 2-09-2026, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • 2-09-2026, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • 2-09-2026, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • 2-09-2026, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • 2-09-2026, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • 2-09-2026, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • 2-09-2026, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • 2-09-2026, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • 2-09-2026, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə