London Koroleva kollecinin spesialistlərinin araşdırmalardan sonra verdiyi məlumata görə artıq çəkidən əziyyət çəkənlər 2-ci tip şəkərli diabetlə xəstələnmə riskini 80% azalda bilərlər. Bunun yolu liposaksiyadır. Şəkərli diabet xəstələrinin 90%-ni 2-ci tip diabet təşkil edir və 40 yaşdan yuxarı kökəlməyə meyilli insanlarda daha çox əmələ gəlir. Bu tədqiqatda 4000-dən çox insan iştirak edib və Lancet Diabetes and Endocrinologi jurnalında məlumat verilib.
Məlumatı hazırladı F. Rüstəmova