Koronavirus dünyada, o cümlədən də ölkəmizdə yayılmaqda davam edir. Bu infeksiya hələ də tam nəzarət altına alınmayıb. Cəmiyyətdə koronavirusun yay aylarında daha az risk yaradacağına inam var. Ancaq, Covid-19 digər hava-damcı viruslarından fərqli xüsusiyyətlərə sahib olduğu üçün yoluxma riski isti havalarda da davam edir.
Milli.Az bildirir ki, yay aylarında da pandemiyaya qarşı gördüyümüz bütün qoruma tədbirlərini davam etdirməyimizin vacib olduğunu söyləyən yoluxucu xəstəliklər və kliniki mikrobiologiya mütəxəssisi professor İftahar Köksal, yay mövsümündə diqqətli olmağımız lazım olan 8 səhv vərdişi açıqlayıb, mühüm təkliflər və xəbərdarlıqlar edib:
1. Maska istifadə etməmək
Maska istifadə etməməyiniz virusa yoluxma və onun yayılması riskini artırır. Xüsusilə, masanın ətrafında söhbət edərkən və ya qapalı məkanlarda olduğunuz zaman, maska taxmamaq və sosial məsafəyə əhəmiyyət verməmək riski daha da artır. İsti havalarda maska taxmaq çətin olsa da, öz həyatınız və digərlərinin sağlamlığı üçün bunu edin.
2. Maskanı dəyişməmək
Virusun ötürülmə riskini artıran və sağlamlığımıza təhlükə yaradan amillərdən biri maskanın səhv istifadə edilməsidir. Professor İftahar Köksal bildirib ki, isti hava səbəbindən nəmlənmiş maska yay mövsümündə mütləq dəyişdirilməlidir: "Çünki nəmli bir maskadan istifadə bakteriyaların daha asan böyüməsinə səbəb olacaq. Dermatit başda olmaqla, ciddi dəri infeksiyalarına yol aça bilər. Ayrıca, istifadə edilən maska heç vaxt ətrafa atılmamalıdır və tibbi tullantı qablarına qoyulmalıdır"
3. 8 metr ara məsafəsinə əməl etməmək
"İnsanlar açıq havada gəzirsə və ya idman edirsə, ətrafında heç kəs olmadığı halda maska taxmamalıdır", deyən professor, idman edərkən diqqətli olmalı olduğumuz vacib qaydanı da izah edib: "İnsanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır. Açıq havada gəzərkən bu məsafə artırılmalıdır. Çünki, açıq avada gəzinti və ya qaçış zamanı külək virusu yaya bilər. İnsanlar bu zaman asqıra və ya öskürə bilərlər. Bu, ağızdan çıxan kiçik su damcılarını 8 metr məsafəyə qədər yayılmasına səbəb olur. Buna görə də sosial məsafəyə diqqət yetirmək çox vacibdir".
4. Əlcəkdən düzgün istifadə etməmək
Cəmiyyətdəki populyar inancın əksinə, əlcəklər virusdan qorumaqdan daha çox yoluxdurma ehtimalı daha yüksəkdir. Əgər o tez-tez dəyişdirilməzsə, əllərin səthlərlə həddindən artıq təmasına səbəb ola bilər. Bunun nəticəsində də virus toxunan səthlərə ötürülür. Ayrıca, əllər tərlədikcə əlcəyin içi islanır. Professor, belə olduğu halda, bakteriya və göbələklərin aktivləşəcəyini deyir: "Əlcəklər digər fəsillərdə olduğu kimi, yayda istifadə olunmamalıdır. Əllər su və sabunla yuyulmalı, əl təmizləyicisi və spirtlə dezinfeksiya edilməlidir. Ehtiyac olmadığı halda, əlləri ətrafda olan əşyalara vurmamalı və hər kəsin olduğu ictimai yerlərdə müxtəlif səthhlərə toxundurmamalıdırlar".
5. Saç uzatmaq və saqqal saxlamaq
Saç və ya saqqal COVID-19-un ötürülməsinə birbaşa təsir göstərməsə də, daha çox tərləməyə səbəb olduğu üçün, əllərin üz və boyun bölgəsinə toxunma riskini artırır. İftahar Köksal bildirib ki, bu səbəbdən kişilərə saqqal saxlamaq tövsiyə olunmur: "Xüsusilə yay mövsümündə qadınlar da saçlarını açıq saxlamamalı və yığmalıdırlar. Əl dezinfeksiyasına diqqət etmək və yoluxma riski olduğu üçün bərbərxanaya və gözəllik salonlarıan tez-tez getməmək pandemiya dövründə çox vacibdir."
6. Çoxlu su içməmək
İftahar Köksal qeyd edib ki, kifayət qədər su istehlak etmək, koronavirusun bədənimizdəki selikli qişalar vasitəsilə hüceyrələrə daxil olmasını çətinləşdirir. Su həm də maddələr mübadiləsini sürətləndirir. Buna görə də yayda 2 litr su içmək tövsiyə olunur: "Özünüzlə harasa gedəndə mümkün qədər su aparın. Mağazadan satın aldığınız su şüşəsinin ağzına başqası toxunubsa, virus damcılarının qapağı açarkən əlinizə və ya içərkən ağzınıza daxil olamsı riski var. Su alarkən, əlinizi və şüşənin ağzını dezinfeksiya etməyinizə əmin olun".
7. İzdihamlı yerlərdə istirahət etmək
Yay aylarında çoxumuzun düşündüyü ilk şey tətildir. Bununla birlikdə, koronavirusdan qorunmaq üçün açıq havada tətil keçirmək, təbiətdə istirahət etmək daha məqsədəuyğundur. Əgər belə imkan yoxdursa, bu planınızı müvəqqəti ertəliyə, başqa bir vaxta keçirə bilərsiniz. Bu sizin sağlamlığınız üçün vacibdir.
8. Tez-tez duş qəbul etməmək
Yayda sərinləmək və şəxsi gigiyenanı təmin etmək üçün tez-tez duş qəbul etmək çox vacibdir. Axşam saatlarında saçınızı və bədəninizi yuyumaq da virusun vücudunuza daxil olmaq riskindən qorunmanın vacib bir metodudur. Duş zamanı gigiyenik sabun və ya şampun effektliliyi kifayət qədər təmin edəcəkdir. (publika.az)