• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Hansı ət bədəndə ağrını artırır?
Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
17 ölkə İranla bağlı razılığa gəldi
Gicitkən çayı - kimlər içməlidir?
Xoruldayan kişilərin beyni təhlükədədir
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İşsizlərə ŞAD XƏBƏR! Yeni QANUN QÜVVƏYƏ MİNDİ

Xəbərlər

21-10-2019, 09:00

İşsizlərə ŞAD XƏBƏR! Yeni QANUN QÜVVƏYƏ MİNDİ


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. İqtisadiyyat.Az xəbər verir ki, dəyişikliklər şirkət və digər sahibkarlıq subyektlərində işçilərin işə götürülməsi, boş iş yerləri haqqında məlumatların məşğulluq xidmətinə vaxtında təqdim edilməsi, eləcə də qanunsuz işədüzəltmə fəaliyyəti ilə məşğul olma ilə bağlı yeni cərimələrin tətbiqini nəzərdə tutur. Dəyişikliklərə əsasən:

1. Məcəllədə 43.1-ci maddəyə "538-1,” rəqəmlərindən sonra "540.5,” rəqəmləri əlavə edilir.

2. 194-cü maddənin dispozisiyasında "əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər” sözləri "sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən” sözləri ilə əvəz edilsin və ", yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə” sözləri çıxarılsın.

3. 523-cü maddənin "Qeyd” hissəsində "işsiz statusu almış” sözləri "işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.

4. 540-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 540. Məşğulluq haqqında qanunvericiliyin pozulması

540.1. İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

540.2. İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

540.5. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə -

vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.”.

5. 576-cı maddə üzrə:

5.1. adına və 576.1-ci maddəsinə "Azərbaycan” sözündən əvvəl "Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə” sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 576.3-cü və 576.4-cü maddələr əlavə edilsin:

"576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

576.4. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

Oxunub: 1 627
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-06-2019, 13:10

İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI - 5 milyon manat ayrıldı

Xəbərlər

2-05-2019, 18:22

Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ

Xəbərlər

15-04-2019, 16:18

Əlil və ya sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə pul veriləcək

Xəbərlər

2-03-2019, 14:05

73 mindən çox uşağa ŞAD XƏBƏR - Müavinətləri artırıldı

Xəbərlər

31-01-2019, 00:02

İlham Əliyevdən gecənin ŞAD XƏBƏRİ - Bu şəxslərə aylıq 300 manat PUL VERİLƏCƏK

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
Son xəbərlər
  • Bu gün, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Bu gün, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Bu gün, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Bu gün, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • Dünən, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • Dünən, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • Dünən, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • Dünən, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • Dünən, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • Dünən, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • Dünən, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • Dünən, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • Dünən, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • Dünən, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • Dünən, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • Dünən, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • Dünən, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • Dünən, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • 15-06-2026, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • 15-06-2026, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • 15-06-2026, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
  • 15-06-2026, 19:14
    Paşinyan qalib gəldi, böyük oyunun anonsu verildi – Bakını nələr gözləyir?
  • 15-06-2026, 18:47
    Su içmək üçün ən doğru vaxtlar
  • 15-06-2026, 17:09
    ABŞ, Fransa və Yunanıstan hərbçiləri İrəvana gəldi – Nə baş verir?
  • 15-06-2026, 16:00
    Bu dörd ölkədən İranla bağlı vacib qərar: Hazırıq
  • 15-06-2026, 15:23
    Komada olarkən bədəninizdə nələr baş verir?
  • 15-06-2026, 15:04
    Hər gün vacib yeyilməli qidalar – Endokrinoloq açıqladı
  • 15-06-2026, 14:24
    NATO-nu Rusiya ilə müharibəyə bu ölkə təhrik edir: Detallar açıqlandı
  • 15-06-2026, 13:53
    Türkiyəni dəyişəcək proses başlayır: Üç gün keçiriləcək iclasda nələr qəbul ediləcək?
  • 15-06-2026, 12:26
    Aşağı təzyiq bu 2 xəstəlikdən ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə