Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.