İndoneziyada güclü yeraltı təkanlar qeydə alınıb.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, ölkənin Qərbi Cava əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
İnodneziya Meteorogiya, İqlim və Geofizika Qurumu zəlzələnin episentirinin yerin 33 km dərinliyində olduğunu açıqlayıb. Zəlzələdən sonra sunami təhlükəsi yaşanmayıb.
İlkin məlumata görə, ölən və yaralanan yoxdur.