Sabirabad rayonunda ahıl kişi intihar edib.
Ailehekimiklinikasi.az oxu.az-ın Aran bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1958-ci il təvəllüdlü Əmiraslanov İsrail Seyrail oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.