• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsan hansı yaşda ən xoşbəxt olur?
Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
5000 hərbçi ilə bağlı əmr verildi – Avropanın gözlədiyi proses başlayır
Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda
Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
“Müharibə yenidən başlaya bilər” – İranlı general
Yəmən sahillərində neft tankeri ələ keçirildi
Əl-ələ tutmaq ağrını azaldır
Regionu qarışdıran dron qalmaqalı: Rusiya səssiz qalmayacaq – 3 ölkəyə xəbərdarlıq
ABŞ və Çin arasında gərginlik: Pekin hərəkətə keçdi
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan...
Hörmüzdə gərginlik buna görə yaranıb - İran
"Xruşşovka"lar niyə bahalaşır?
Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
Axşam saat 10-dan sonra yeyənləri nə gözləyir?
Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
Rusiya mesaj verdi, İstanbulda gözlənilən olmadı – Kiyevi məyus edən xəbər
Aspirin xərçəng riskini azaldır?
Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Prezident və xanımı 10 milyonuncu sakinin valideynləri ilə görüşdü - FOTO

Xəbərlər

9-04-2019, 12:21

Prezident və xanımı 10 milyonuncu sakinin valideynləri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.

Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Rauf Həsənov: Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.

Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.

Rauf Həsənov: Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.

Prezident İlham Əliyev: Bəli, bəli.

Rauf Həsənov: Çox sağ olun, çox minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır.

Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır?

Rauf Həsənov: Bəli, ilk övladımızdır.

Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır?

Nigar Ocaqova: Bəli, ilk uşağımızdır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah qorusun.

Rauf Həsənov: Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.

Nigar Ocaqova: Siz də xeyir-duasını verin.

Birinci xanım Mehriban Əliyeva: Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.

Prezident İlham Əliyev: Bu hadisəni bütün xalqımız bayram edir.

Rauf Həsənov: Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik.

Nigar Ocaqova: Biz də şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.

Prezident İlham Əliyev: Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.

Birinci xanım Mehriban Əliyeva: Götürmək olar balacanı?

Rauf Həsənov və Nigar Ocaqova: Buyurun.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Nigar Ocaqova: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!

Rauf Həsənov: Çox sağ olun ki, gəldiniz.

Prezident İlham Əliyev: Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Rauf Həsənov: Çox sağ olun. Sizə minnətdaram.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Təbrik edirik.

Oxunub: 1 039
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-03-2019, 13:51

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Manşet / Gündəm / Xəbərlər

14-04-2018, 08:50

İlham Əliyev: İnkişafa və tərəqqiyə səs verdiniz

Manşet / Gündəm / Xəbərlər

11-04-2018, 10:06

İlham Əliyev səs verdi

Manşet / Gündəm / Xəbərlər

19-03-2018, 15:16

İlham Əliyev bayram tonqalını yandırdı

Manşet / Gündəm / Xəbərlər

19-03-2018, 09:51

İlham Əliyev və xanımı Novruz şənliyində

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsan hansı yaşda ən xoşbəxt olur?
Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
5000 hərbçi ilə bağlı əmr verildi – Avropanın gözlədiyi proses başlayır
Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda
Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
“Müharibə yenidən başlaya bilər” – İranlı general
Son xəbərlər
  • Dünən, 22:02
    İnsan hansı yaşda ən xoşbəxt olur?
  • Dünən, 21:59
    Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
  • Dünən, 20:10
    5000 hərbçi ilə bağlı əmr verildi – Avropanın gözlədiyi proses başlayır
  • Dünən, 19:31
    Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda
  • Dünən, 18:14
    Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
  • Dünən, 17:43
    “Müharibə yenidən başlaya bilər” – İranlı general
  • Dünən, 16:45
    Yəmən sahillərində neft tankeri ələ keçirildi
  • Dünən, 15:11
    Əl-ələ tutmaq ağrını azaldır
  • Dünən, 14:13
    Regionu qarışdıran dron qalmaqalı: Rusiya səssiz qalmayacaq – 3 ölkəyə xəbərdarlıq
  • Dünən, 13:00
    ABŞ və Çin arasında gərginlik: Pekin hərəkətə keçdi
  • Dünən, 12:04
    100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan...
  • Dünən, 11:56
    Hörmüzdə gərginlik buna görə yaranıb - İran
  • Dünən, 10:23
    "Xruşşovka"lar niyə bahalaşır?
  • Dünən, 09:08
    Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?
  • 1-05-2026, 22:30
    Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
  • 1-05-2026, 21:25
    Axşam saat 10-dan sonra yeyənləri nə gözləyir?
  • 1-05-2026, 20:43
    Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
  • 1-05-2026, 19:29
    Rusiya mesaj verdi, İstanbulda gözlənilən olmadı – Kiyevi məyus edən xəbər
  • 1-05-2026, 18:12
    Aspirin xərçəng riskini azaldır?
  • 1-05-2026, 17:44
    Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu
  • 1-05-2026, 16:29
    İranın gizli idarəçisi ortaya çıxdı – Regionu qarışdıracaq fiqur
  • 1-05-2026, 15:49
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • 1-05-2026, 14:33
    İsrail böyük müharibəyə hazırlaşır: Ölkəyə minlərlə ton silah və hərbi texnika gətirildi
  • 1-05-2026, 13:57
    Merzdən Hörmüz açıqlaması: Güc tətbiqinə hazırıq
  • 1-05-2026, 12:24
    Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
  • 1-05-2026, 11:28
    Qarsda Türkiyə-Ermənistan görüşü - ABŞ Zəngəzur dəhlizində irəliləyişi elan etdi
  • 1-05-2026, 10:49
    Ukraynanın məğlubiyyəti elan edildi
  • 1-05-2026, 09:09
    Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
  • 30-04-2026, 22:19
    Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
  • 30-04-2026, 21:29
    Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə