İran bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə təmaslarını davam etdirir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, vasitəçi ölkələrin əsas məqsədi regionda gərginliyin artmasının qarşısını almaqdır:
“Son günlər Qətər, Oman və Pakistanla əlaqə saxlamışıq və bu təmaslar davam edir. Tehran milli maraqlarını və milli təhlükəsizliyini təmin etmək üçün bütün zəruri vasitə və üsullardan istifadə edəcək”.