Əgər cənab Zelenski bununla Rusiya Federasiyasına gəlməyə hazır olduğunu bildirirsə, biz bunu alqışlayırıq.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə Konstantinovkada görüşməyə hazır olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Ancaq xatırlatmaq istəyirik ki, Putin onu Moskvada qəbul etməyə hazır olduğunu artıq demişdi. Axı Rusiyanın paytaxtı Konstantinovka deyil, Moskvadır. Buna görə də Zelenski mühüm və məsuliyyətli qərarlar qəbul etməyə hazır olan kimi Moskvaya gələ bilər”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Konstantikovkanı tam nəzarətə götürməsi ilə bağlı açıqlamasında Putinə dolayısıyla orada görüş təklif etmişdi.