Ukrayna səmasında uçuşu qadağan etmək Rusiya ilə birbaşa müharibəyə səbəb ola bilər.
KAİM.az xəbər verir ki, bunu Ağ Evdə təşkil edilən mətbuat konfransında Ağ Evin sözçüsü Jen Psaki deyib.
Rusiyanın Ukraynaya hücumları ilə bağlı qiymətləndirmə aparan Psakinin sözlərinə görə, sözügedən qadağa qüvvəyə minərsə ABŞ ordusu Ukrayna səmasında uçan Rusiya təyyarələrini vurmağa məcbur olacaq.