Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar, şübhəsiz, gələn il başlayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O qeyd edib ki, danışıq prosesi asan olmayacaq:
“Mən yenə də öz fikrimi bildirirəm, əlbəttə ki, gələn il danışıqlar prosesi başlayacaq. Hesab edirəm ki, danışıqlar prosesi çox çətin olacaq”.