• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər

Xəbərlər

25-04-2026, 16:36

ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər



ABŞ-ın NATO-nu tərk etməsi ilə bağlı iddialar səsləndirilməkdədir. Düzdür, bu, Prezident Donald Trampın təkbaşına verə biləcəyi qərar deyil. Ümumiyyətlə, belə bir addım ABŞ üçün heç bir halda əlverişli sayılmır. Çünki ABŞ kimi qlobal güc üçün NATO təkcə hərbi alyans deyil, eyni zamanda transatlantik təsir mexanizmi, siyasi nüfuz platforması və beynəlxalq təhlükəsizlik arxitekturasının əsas sütunlarından biridir.

Nəzəri olaraq belə bir ssenarinin reallaşması qlobal güc balansında ciddi sarsıntılara səbəb ola bilər. NATO-nun hərbi və texnoloji gücünün böyük hissəsi məhz ABŞ-a bağlıdır. Alyans formal olaraq kollektiv təhlükəsizlik mexanizmi olsa da, onun əməliyyat imkanları, logistika infrastrukturu və strateji çəkindiriciliyi əsasən Vaşinqtonun resursları üzərində qurulub. ABŞ-ın bu sistemdən çıxması NATO-nu institusional baxımdan zəiflədərək onu daha çox regional və məhdud təsir gücünə malik struktura çevirə bilər.

Əgər belə bir şey baş verərsə, ABŞ-dan sonra NATO-nu Türkiyənin də tərk etməsi ehtimalı yaranır. Ankara NATO daxilində ABŞ-dan sonra ən böyük hərbi potensiala malik üzvlərdən biridir və Alyansın cənub cinahında əsas dayaq nöqtəsi hesab olunur. Lakin ABŞ-ın mümkün çıxışı halında yaranacaq yeni təhlükəsizlik mühitində Türkiyənin mövqeyi mürəkkəbləşə bilər. Çünki Alyansın hərbi yükünün əhəmiyyətli hissəsinin regional güclərin üzərinə düşməsi qaçılmaz olacaq və bu yükü uzunmüddətli perspektivdə daşımaq Ankaranın strateji maraqları ilə tam uzlaşmaya bilər. Bu baxımdan, dəyişən təhlükəsizlik arxitekturasının nəticəsi kimi Türkiyənin də NATO-dan çıxması ehtimalı istisna edilmir.

Ankara hazırda formal olaraq belə bir niyyət nümayiş etdirməsə də, ABŞ-ın NATO-nu tərk etməsi və yaranacaq güc boşluğu kontekstində öz hərbi Alyansını qurmaq ideyasına daha çox fokuslana bilər. Son illərdə Türkiyənin daha müstəqil hərbi-siyasi kurs yürütməsi, regional təşəbbüslərdə aktiv rol alması və alternativ təhlükəsizlik formatlarına maraq göstərməsi bunu deməyə əsas verir.

Bu çərçivədə iki əsas istiqamətdən danışmaq olar:

Birincisi, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi və bunun tədricən alyans səviyyəsinə çatdırılmasıdır. Bu model daha real görünür, çünki ortaq dil, mədəniyyət və siyasi yaxınlıq müəyyən institusional bazanın formalaşmasına imkan yaradır. Lakin türk dövlətlərinin bir qisminin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olması Ankaranın qarşısında ciddi maneədir.

İkinci istiqamət isə daha geniş – türk-islam platforması əsasında hərbi ittifaqın yaradılmasıdır. Bu variant daha iddialı olsa da, müxtəlif siyasi maraqlar, regional rəqabət və geosiyasi ziddiyyətlər səbəbindən reallaşdırılması daha çətin görünür.

Bununla belə Türkiyənin gələcəkdə öz hərbi alyansını qurmaq istiqamətində addımlar atması onun strateji müttəfiqi olan və bu günə qədər hərbi təşkilatlara məsafəli yanaşan Azərbaycanın xarici siyasətinə də təsir göstərə bilər. Bunun ya daha sıx hərbi inteqrasiya, ya da mövcud balans siyasətinin yeni geosiyasi şərtlərə uyğunlaşdırılması formasında özünü göstərməsi mümkündür.

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-01-2026, 10:15

Fransa ABŞ-a görə NATO-nu tərk edir? - Vitse-spiker

Xəbərlər

28-02-2025, 13:29

76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var

Xəbərlər

29-04-2024, 13:25

Bu, NATO-nun Rusiya ilə böyük savaşa hazırlığıdır

Xəbərlər

1-06-2023, 21:42

NATO - Ukrayna Şurası yaradıla bilər

Xəbərlər

10-11-2019, 10:44

NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı AĞIR OLACAQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Son xəbərlər
  • Bu gün, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Bu gün, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Bu gün, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Bu gün, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Bu gün, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Bu gün, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Bu gün, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Bu gün, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Bu gün, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Bu gün, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Bu gün, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Bu gün, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Bu gün, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Bu gün, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə