“Təxminən bir il əvvəl biz öyrəndik ki, İran İslam Respublikası İsraili məhv etmək məqsədilə nüvə bombası hazırlayır”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, bu, əsassız iddia və ya təbliğat deyil:
“Əgər biz qətiyyətlə və sərt şəkildə hərəkət etməsəydik, onlar artıq nüvə silahına sahib olardılar.
Biz məcbur qalıb addım atmalı olduq”, – deyə Baş nazir bildirib.