Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin cəsədi zirehli texnika ilə ərazidən çıxarılıb.
Ailehekimiklinikasi.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediasında görüntülər yayılıb.
Qeyd olunur ki, 14 yaşlı İsa Aras Mersinlinin meyiti zirehli texnika ilə ərazidən çıxarılarkən məktəbin qarşısına çoxlu sayda insan toplaşıb.
Qeyd edək ki, 15 apreldə Qəhrəmanmaraş məktəbində atışma baş verib. 8-ci sinif şagirdi A.Mersinli 10 nəfəri öldürüb, daha sonra isə intihar edib.