Aprelin 8-də İranın Fars körfəzindəki Lavan adasında yerləşən neft emalı zavodunda partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İran Milli Neft Şirkəti ölkənin cənubunda yerləşən neft emalı zavoduna hücumu təsdiqləyib.
Hələ ki Vaşinqton və Tehran rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, bundan öncə ABŞ və İran arasında atəşkəs əldə olunmuşdu.