• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
Son zamanların bəlası: patoloji yorğunluq nədir?
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
Axşama doğru ayaqlar şişir və ağırlaşır?
Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

23 il sonra regionun taleyini dəyişən əməliyyat – Ermənilər bunu gözləmirdi

Xəbərlər

1-04-2026, 16:09

23 il sonra regionun taleyini dəyişən əməliyyat – Ermənilər bunu gözləmirdi


2016-cı il 1-5 aprel tarixlərində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında yaşanan hərbi toqquşmadan 10 il ötür.

Aprel döyüşləri kimi yadda qalan bu müharibə 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra baş vermiş ən şiddətli hərbi qarşıdurma hesab olunur. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində strateji ərazilər düşməndən azad olundu.

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu bildirib ki, bu döyüşlər Azərbaycan tarixində “Dördgünlük müharibə” kimi tanınan mühüm hadisədir, Ermənistan–Azərbaycan münaqişəsinin gedişində dönüş nöqtələrindən biri hesab olunur:

“Bu hadisələr həm hərbi, həm də siyasi baxımdan sonrakı proseslərə ciddi təsir göstərdi. Aprel döyüşləri bir neçə mühüm məqamı ortaya qoydu.

Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğu sübut edildi. Eyni zamanda Ermənistanın “keçilməz müdafiə xətti” mifi darmadağın oldu. Belə ki, Ermənistan əvvəllər “keçilməz” olaraq adlandırdığı Ohanyan səddi vasitəsilə işğal etdiyi Qarabağı əlçatmaz kimi göstərməyə çalışırdı. Bundan əlavə, cəbhədə status-kvonun dəyişməz olmadığı Azərbaycan ordusunun şücaəti nəticəsində bir daha təsdiqləndi. Qısası, bu döyüşlər göstərdi ki, Azərbaycan işğalla barışmaq niyyətində deyil və lazım gəldikdə hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Aprel döyüşlərinin siyasi və psixoloji təsirləri də əhəmiyyətlidir. Hadisələr Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Uzun illər davam edən danışıqların nəticəsiz qalması fonunda bu qələbə xalqın işğala son qoymaq inamını daha da artırdı. Beynəlxalq səviyyədə isə münaqişənin “dondurulmuş” olmadığı bir daha gündəmə gətirildi. Bu hadisələrdən sonra vasitəçilər, xüsusilə ATƏT-in Minsk qrupu, regionda vəziyyətin nə qədər həssas olduğunu daha açıq şəkildə müşahidə etdilər.

Cəmi dörd gün davam edən müharibə Azərbaycan tarixində böyük iz qoydu. Mən buna 4+4=44 deyərdim, çünki bu şanlı dördlük sonradan 44 günlük Vətən müharibəsi nəticəsində xalqımıza unudulmaz qələbə yaşatdı. Buna görə də 2016-cı ilin aprel döyüşləri, əslində 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin bir növ başlanğıcı və hərbi-siyasi hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.

Ermənistan tərəfinin artan təxribatçılığı, keçmiş təmas xəttində Azərbaycan ordusu mövqelərinə qarşı intensiv atəş və hücumlar prosesləri sürətləndirirdi, nəticə olaraq Azərbaycan ordusu buna qarşı qabaqlayıcı tədbirlər görürdü. Ordumuz taktiki üstünlüklərini sınadı, yeni silah və texnologiyaların effektivliyini qiymətləndirdi və komanda idarəetmə sisteminin nə qədər təkmil olduğunu təsdiqlədi.

Buna görə də deyə bilərik ki, Aprel döyüşləri yalnız lokal hərbi uğur deyildi. Bu hadisə Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və xalq–ordu birliyinin bariz nümunəsi kimi yadda qaldı”.

Oxunub: 96
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-09-2025, 10:18

Tarixi gündən 5 il ötür: hər şey belə başladı

Xəbərlər

22-12-2024, 11:13

Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”

Xəbərlər

2-04-2023, 09:01

Vətən Müharibəsinə aparan döyüş: Ordumuz erməni mifini darmadağın etdi

Xəbərlər

2-09-2020, 07:49

Ermənilər Talış kəndində HƏRƏKƏTƏ KEÇDİ: evlərə OD VURULDU...

Manşet / Gündəm / Xəbərlər

2-04-2018, 10:28

Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Son xəbərlər
  • Dünən, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • Dünən, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
  • Dünən, 19:11
    Suriya Livana müdaxilə edə bilərmi?
  • Dünən, 18:17
    Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
  • Dünən, 17:50
    Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
  • Dünən, 16:08
    Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
  • Dünən, 15:36
    Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
  • Dünən, 14:25
    Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
  • Dünən, 13:42
    Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
  • Dünən, 12:21
    Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
  • Dünən, 11:17
    Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
  • Dünən, 10:25
    Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
  • Dünən, 09:14
    Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
  • 13-06-2026, 22:51
    Son zamanların bəlası: patoloji yorğunluq nədir?
  • 13-06-2026, 21:24
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • 13-06-2026, 20:02
    Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
  • 13-06-2026, 19:16
    Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
  • 13-06-2026, 18:14
    Axşama doğru ayaqlar şişir və ağırlaşır?
  • 13-06-2026, 17:33
    Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
  • 13-06-2026, 17:05
    Paşinyanın qatı düşməni də parlamentə girə bilər – Surenyantsdan xəbərdarlıq
  • 13-06-2026, 16:36
    ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ
  • 13-06-2026, 15:49
    Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?
  • 13-06-2026, 14:39
    Şimali Kiprdə tarixi qərar: 63 ildən sonra yenidən açıldı
  • 13-06-2026, 13:19
    Trampdan SÜLH AÇIQLAMASI - “Uyğun vaxtda müsadirə edib məhv edəcəyik”
  • 13-06-2026, 12:02
    Bədəndə duz harada və necə yığılır? - Həqiqətlər və miflər
  • 13-06-2026, 11:57
    Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
  • 13-06-2026, 10:44
    Üç Avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
  • 13-06-2026, 09:08
    Banan qabıqlarına duz səpməyin səbəbi məlum oldu: Faydalıdır
  • 12-06-2026, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə