• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Xəbərlər

29-03-2026, 20:42

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?


Yağışın yağması Bakının su probleminin ciddi olduğunu bir daha ortaya qoydu. Yağan leysan kanalizasiya sisteminin normal işləməməsi fonunda şəhərdə və ətraf qəsəbələrdə çoxsaylı gölməçələrin yaranmasına səbəb oldu. Bu fonda isə problemin çözümü istiqamətində hansısa işlərin görülüb-görülmədiyilə bağlı əhalidə müəyyən suallar yaranır.

Publika.az xəbər verir ki, Bakupost.az saytı məsələ ilə bağlı müəyyən araşdırmalar aparıb.

Məlum olur ki, kanalizasiya və su problemlərinin həlli üçün əslində böyük dövlət proqramları vardır. Məsələ Nazirlər Kabinetində dəfələrlə müzakirə olunub.

Rayonların 70-80 faizi kanalizasiya sistemilə təmin edilib

Xatırlayırsınızsa, 2011-ci ildə “Azərsu”nun o zamankı rəhbəri Qorxmaz Hüseynova tapşırılmışdı ki, Bakı buxtası və rayonların su təchizatı kimi məsələlər köklü şəkildə həll olunsun. Nəticədə rayonların əksəriyyətində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı problemlər həll olundu.

Araşdırmalara görə, hazırda ölkədə demək olar ki, rayonların 70–80 faizində kanalizasiya sistemi mövcuddur.

Bakıda isə vəziyyət tamamilə fərqlidir. Burada məsələnin həlli üçün çox ciddi investisiyalar tələb olunur. 2026-cı il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı Prezident İlham Əliyevə təqdim edildi. Həmin təqdimatlarda Bakı buxtasının, ümumilikdə Abşeron yarımadasının su və kanalizasiya problemlərinin həlli ilə bağlı böyük bir layihənin hazırlandığı bildirildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Ümumi konsepsiya hazırlanıb, master plan var və onun detalları üzərində işlər aparılır.

Problem işin yarımçıq dayandırılmasındadır

Belə ki, layihə hazırlanır, razılaşdırılır, vəsaitin bir hissəsi ayrılır, lakin sonra davamı gəlmir. Nəticədə də vəsait axını zəifləyir. Bu da işlərin ləngiməsinə və probelmin həllini tapmamasına gətirib çıxarır.

Amma dünya təcrübəsi də göstərir ki, problemin həlli var. Adətəm yağış suları müvafiq xətlərlə dənizə axıdılmalıdır. Daha mütərəqqisi isə odur ki, bu sular əslində dənizə axıdılmamalı, toplanaraq parkların suvarılmasında istifadə olunmalıdır.

Məsələyə 40, 50, 100 illik bucaqdan baxmaq lazımdır. Çünki 10–15 illik yanaşma ilə bu problemi həll etmək mümkün deyil.

Bakı ətrafında böyük kollektorlar tikilir

Dövləy proqramına uyğun olaraq 2025-ci ilin ortalarından başlayaraq, Bakı ətrafında böyük kollektorların tikintisinə başlanılıb. Onlardan biri Bilgəh-Nardaran-Pirşağı, digəri isə Əl Oyunları Sarayından başlamaqla, Nobel prospektindən Zığdakı təmizləyici qyrğuya doğru gedən kollektordur. Bunlar 25-35 metr dərinliyində, 2,5 metr diametrdə olan nəhəng qurğulardır. Dərnəgül-Bakıxanov-Zığ xətti də Zığdakı təmizləyici qurğuya bağlı xəttdir. Eyni zamanda, Boyük Şor ətrafı kollektoru da mövcuddur. Ceyranbatan-Müşfiq kollektoru isə Xırdalan, Binəqədi ərazisinin önəmli su hövzəsini tutur. Müşfiqdə ümumi həcmi 150 min kubluq olacaq təmizləyici qurğu da tikiləcək. Hazırda isə onun 75 min kubluq hissəsi tikilir. Xocəsəndən Lokbatana doğru uzanmaqla, sonuncu məntəqədə də həcmi sutkada 100 min kub olacaq böyük bir təmizləyici qurğu tikilir.

Bildirildiyinə görə, gələcəkdə onun həcminin 300 min kuba çatdırılması nəzərdə tutulur. Bu kollektorlar Yeni Yasamal, Xocəsən, Sulutəpə tərəfdəki kanalizasiyaları Lokbatandakı təmizləyici qurğulara istiqamətləndirəcək.

900 milyonluq layihə

Yağış suyu kollektorları ilə bağlı isə investisiya proqramları yoxdur. Məlumata görə, aydiyyəti qurumlar ilk növbədə kanalizasiya problemlərini və yalnız bundan sonra yağış suyu ilə bağlı məsələni həll etmək istəyir. Bu da kanalizasiya suyu ilə yağış sularının bir-birinə qarışdırılmasının doğru olmamasından irəli gəlir. Çünki qarışdırdıqda təmizləyici qurğulardakı bioloji proseslər pozulur və təmizlənmə istənilən səviyyədə aparılmır.

Yağış suyu keyfiyyətli olduğundan, duruldurdan sonra ondan yenidən suvarmada istifadə olunur və ya birbaşa dənizə axıdıla bilir. Kanalizasiya suyu isə mütləq şəkildə təmizləmədən keçməlidir. Qeyd edilən layihələr üçün təxminən 900 milyon manat vəsait nəzərdə tutulub. 2025-ci ildə bu iş üçün 300 milyon manat ayrılıb. Bu il və gələn ildə də prosesə ciddi vəsaitlər ayrılacaq. Hansı ki, bu layihələr Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətindədir.

Pirallahıda, Şüvəlanda, Sahil qəsəbəsində də gələn ildən başlayaraq bu tip layihələr icra olunacaq.

Unudulmuş kanalizasiya sistemi

Araşdırmalar göstərir ki, keçən əsrin 80-ci illərin ortalarından başlayaraq Bakının su kanalizasiya sisteminə ciddi investisiya qoyulmayıb. 1985-ci ildən bu tərəfə olan investisiyalar simvolik xarakter daşıyıb və əsasən də içməli su problemini çözməyə yönəlib. Yəni birinci növbədə bu məsələni həll etməyə çalışırlar. Kanalizasiya və yağış zamanı küçələri suyun basması kimi hadisələr isə insanları ancaq yağıntı dövründə narahat edir. Onu da bildirək ki, Oğuz-Qəbələ, Kürdən gələn yeni xətt, Ceyranbatandan gələn əlavə Samur-Abşeron kanalı, Taxta Körpü Su Anbarı Abşeronun içməli suya tələbatını ödəmək üçün nəzərdə tutulan layihələrdir.

Prosesin gedişi belə deməyə əsas verir ki, lazımi qədər vəsait ayrılsa bu məsələlər çözülə biləcək işlərdir. Nəzəri və praktik olaraq onun həll yolları, işi görəcək mütəxəssislərimiz, tikinti şirkətləri də var.

Oxunub: 154
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-04-2025, 19:03

Sabunçu tuneli buna görə su ilə dolurmuş – 500 nəfərlik…

Video

6-08-2019, 00:50

Azərsun Holdinq duzları kanalizasiya suyundan toplayır? — DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Xəbərlər

6-05-2019, 20:19

Prezident sərəncam imzaladı - 6 milyon manat ayrıldı

Xəbərlər

22-04-2019, 12:59

Bakıda azyaşlı kanalizasiya quyusuna düşüb öldü

Manşet / Gündəm / Xəbərlər

1-09-2018, 11:26

Əhalinin suya olan borcu artıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Son xəbərlər
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə