• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Xəbərlər

29-03-2026, 10:16

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?


Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən biri olan Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Dəmiroğlu Oxu.az-ın suallarını cavablandırarkən deyib.

- TUSAŞ dünya sənaye şirkətləri arasında mövcud rəqabət sahəsində hazırda hansı mövqedədir?

- TUSAŞ 53 illik mühəndislik sahəsi üzrə fəaliyyəti ilə dizayndan istehsala, sınaqdan sertifikatlaşdırmaya qədər geniş təcrübəyə, müxtəlif məhsul qruplarında bir çox platformanı eyni vaxtda tətbiq edə bilən qlobal unikal bir mövqeyə malikdir. Daha əvvəl qeyd etdiyim kimi, dünyada buna bənzər başqa bir müdafiə sənayesi şirkəti yoxdur. Müxtəlif məhsul qrupları arasında bilik və təcrübənin ötürülməsi TUSAŞ-ə qlobal rəqabətdə üstünlüklər qazandırır. Nəyisə sıfırdan kəşf edərək istehsal etmək başqa, qazanılmış təcrübə və biliklərə əsaslanaraq yola çıxmaq tamam başqadır. Əminliklə deyə bilərəm ki, yeni bir platforma yaradarkən belə başlanğıc nöqtəsində deyilik.

Bu gün gəldiyimiz nöqtədə olan KAAN milli döyüş təyyarəmiz, "Hürjet" reaktiv təlim təyyarəmiz, "Hürkuş" yeni nəsil təlim təyyarəmiz, "T625 Gökbey" ümumi məqsədli helikopterimiz, "T129 Atak" yüngül sinif hücum helikopterimiz və "Anka", "Aksungur" və "Anka 3" PUA-larımız (pilotsuz uçuş aparatları - dron) hamısı TUSAŞ tərəfindən dizayn olunmuş istehsal edilmiş unikal layihələrdir.

Bunlar Türkiyəni beynəlxalq aləmdə "Game Changer" ("Oyun dəyişdiricisi") kimi bir mövqeyə gətirib.

Həmçinin "Boinq", "Airbus" və "Sikorsky" kimi dünyanın ən vacib aviasiya şirkətləri üçün istehsal etdiyimiz hissələrlə mülki aviasiya sahəsində də yer alırıq. Yəni "Defence News Top 100" reytinqində dünyanın 47-ci müdafiə sənayesi şirkəti olmağımız təsadüfi deyil.

- TUSAŞ hazırda hansı dövlətlərlə əməkdaşlıq edir və neçə ölkəyə satış həyata keçirir?

- Müdafiə Sənayesi Rəyasət Heyətimiz tərəfindən dərc edilmiş məlumatlara görə, sektorumuzun 2025-ci ildə əldə etdiyi 10 milyard dollardan çox ixrac gəlirinin 1 milyard dollarından çoxu şirkətimizə məxsusdur. Bu gün 16 fərqli ölkə ilə 23 ixrac müqaviləmiz var. Türkiyə Respublikası tarixinin rekord ixrac müqaviləsi kimi tarixə düşən İndoneziyaya 48 ədəd KAAN təyyarəsinin ixracı üçün imzaladığımız razılaşma və unikal məhsullarımız üçün Avropa bazarına qapı açacaq "Hürjet" təyyarəmizlə bağlı İspaniya ilə anlaşma da hazırda gündəmdə olanlardandır. Mövcud ixracatımıza əlavə olaraq, "Hürkuş"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsinə çatmışıq.

- İkinci Qarabağ müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər ən yüksək səviyyəyə çatdı. Əlbəttə ki, bu, müdafiə sənayesi də daxil olmaqla bütün sahələrə təsir göstərdi. Bu kontekstdə Azərbaycanla birgə həyata keçirilən layihələr varmı?

- İkinci Qarabağ Zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsi tarixi birliyimizi müttəfiqlik səviyyəsinə qaldırmaqla, müdafiə sənayesində birgə istehsal, texnologiya paylaşımı, təlim və koordinasiya mexanizmlərini institusional təməl üzərində qurmaq baxımından bizim üçün çox vacibdir.

Konkret olaraq TUSAŞ-dan danışsaq, "Şimşək" sistemi ilə başlayan əməkdaşlığımızı Su-25 təyyarələrinin modernləşdirilməsi layihəsi ilə davam etdirmişik. Bu layihənin birinci mərhələsini uğurla başa vurduq və ikinci mərhələyə keçdik. "Hürkuş" ixracı ilə bağlı müqavilə danışıqlarında da, qeyd etdiyim kimi, son mərhələdəyik. İnşallah, yaxın gələcəkdə "Hürkuş"umuzun Azərbaycan səmasında uçacağı günləri birlikdə görəcəyik. STP ilə əməkdaşlığımız çərçivəsində KAAN və "Hürkuş"un bir neçə hissəsi qardaş ölkədə istehsal olunub. Hazırda "Hürkuş"un bəzi struktur hissələrinin bu şirkətdə istehsalı davam edir. Su-25-in modernləşdirilməsi prosesində də transferi nəzərdən keçirilən paket layihələrimiz var. Bunlarla yanaşı, Azərbaycanda daha bir şirkətimiz var. Əlaqələrimizi, yaxın münasibətlərimizi möhkəmləndirmək məqsədilə 2024-cü ildə bu şirkəti qurduq. Həmçinin universitet-sənaye əməkdaşlıq layihələrimiz də bizim üçün çox vacibdir. Azərbaycan ali məktəblərindən məzun olan mühəndislərimizə şirkətimizdə iş imkanları təqdim edirik. Azərbaycan Texniki Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası ilə imzaladığımız protokollar çərçivəsində şirkətimizdə həyata keçirilən Mühəndislik İnkişaf Proqramları vasitəsilə mütəxəssislərə təlim veririk.

Türk Aerokosmik Sənayesi (TUSAŞ) olaraq, "Turkish Aerospace Azerbaijan" şirkətimiz vasitəsilə Azərbaycanda aviasiya istehsal imkanlarının inkişafına töhfə verməyi hədəfləyirik. Bu kontekstdə yerli şirkətlərlə işləyərək, unikal platformalarımızın bəzi hissələrinin istehsalını Azərbaycandakı şirkətlər tərəfindən həyata keçiririk. Eyni zamanda, bu şirkətlərin AS9100 standartı başda olmaqla, aviasiyada istifadə edilən keyfiyyət idarəetmə sistemlərinə, mühəndislik fəaliyyətlərinə, sertifikatlaşdırma proseslərinə və istehsal intizamlarına uyğunlaşması üçün lazımi infrastruktur və proseslərin yaradılmasına dəstək veririk.

Bütün bunlar qardaş ölkəmizlə ortaq gələcəyimizi birlikdə inşa etməyə istiqamətlənmiş TUSAŞ olaraq atdığımız addımlardır.

Oxunub: 76
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-07-2025, 10:26

BÖYÜK SÖVDƏLƏŞMƏ: Türkiyə bu ölkəyə 48 döyüş təyyarəsi göndərir

Xəbərlər

21-10-2024, 16:19

Ankarada dəhşətli terror - Ölənlər var

Xəbərlər

20-09-2024, 16:23

Türkiyənin yeni silahı: Hədəfi 12-dən vurdu

Xəbərlər

10-05-2024, 17:42

Tələbələrimizin hazırladığı PUA-nın ilk uçuşu - Foto

Xəbərlər

18-06-2022, 20:26

Türkiyədə ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
Son xəbərlər
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə