• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

YENİ CƏRİMƏLƏR DALĞASI GƏLİR! – “Bu şəxslər cəriməni hansı vəsait hesabına ödəyəcək?...”

Xəbərlər

14-03-2026, 19:52

YENİ CƏRİMƏLƏR DALĞASI GƏLİR! – “Bu şəxslər cəriməni hansı vəsait hesabına ödəyəcək?...”



Azərbaycanda son günlər inzibati və cinayət qanunvericiliyinə edilən yeni dəyişikliklərlə bir sıra yeni cərimələrin tətbiqinə başlanılıb. Son olaraq Milli Məclisdə müzakirə olunan layihələrə əsasən, xüsusilə süni intellekt texnologiyalarının istifadəsi, uşaqlara qarşı davranış və dilənçiliklə bağlı qaydalar sərtləşdirililəcək.
Bakupost.az xəbər verir ki, yeni dəyişikliklərdən biri süni intellekt texnologiyaları ilə hazırlanan foto, video və ya audiomaterialların yayılması ilə bağlıdır.
Qanun layihəsinə görə, süni intellekt vasitəsilə hazırlanmış materialların müvafiq nişanlanma olmadan yayılmasında iştirak edən şəxslər 80 manatdan 100 manatadək cərimə ediləcək. Həmçinin reallığı əks etdirməyən foto, video və ya audiomaterialların hazırlanması və yayılması hallarında 3000 manatdan 7000 manatadək cərimə, yaxud alternativ olaraq ictimai işlər və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
Müzakirə olunan dəyişikliklər arasında uşaqlara qarşı cismani cəzanın tətbiqi ilə bağlı yeni qaydalar da var. Layihəyə əsasən, valideynlər və ya müəllimlər tərbiyə məqsədilə uşağa qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq etdikdə 200 manat məbləğində cərimə ediləcəklər.
Bundan əlavə, dilənçiliklə məşğul olan şəxslərə əvvəlcə xəbərdarlıq ediləcək və ya 100 manatdan 200 manatadək cərimə tətbiq olunacaq.
Son dövrlər qəbul olunan bu tip qərarlar Azərbaycanda cərimələrin sayının sürətlə artdığı barədə müzakirələri yenidən gündəmə gətirib. Artıq neçə müddətdir ki, ölkədə inzibati cərimələr getdikcə genişlənir və müxtəlif sahələrdə yeni məhdudiyyətlər tətbiq olunur. Müstəqil ekspertlər zaman-zaman bu konteksdə Azərbaycanın artıq “cərimələr ölkəsi”nə çevrilməsi barədə ifadələr belə işlədirlər.
Narahatlıq doğuran başlıca məqamlardan biri cərimə məbləğlərinin əhalinin gəlirləri ilə müqayisədə kifayət qədər yüksək olmasıdır. Bu gün Azərbaycanda minimum əməkhaqqı 400 manat səviyyəsindədir. Ona görə də belə bir şəraitdə 200–300 manatlıq cərimələr bir çox insanlar üçün ciddi maliyyə yükünə çevrilib. Vətəndaşlar da mütəmadi olaraq sosial şəbəkələrdə tez-tez aşağı gəlirli vətəndaşlar üçün belə cərimələri ödəməyin olduqca çətin olduğunu bidirirlər.
Hüquqşünas Əkrəm Həsənov "AzPolitika" saytına açıqlamasında bildirib ki, cərimə yalnız effektiv olduğu hallarda tətbiq edilməlidir.
Onun sözlərinə görə, əsas məsələ cərimənin real təsir göstərib-göstərməməsidir.
“Kimdənsə cərimə pulunu tutmaq mümkündürsə, bu halda onun tətbiqi müəyyən nəticə verə bilər. Məsələn, dilənçilik edən şəxsin rəsmi gəliri yoxdur. O, bu cəriməni hansı vəsait hesabına ödəyəcək? Nəticədə belə vəziyyətlərdə cərimə mexanizmi işlək olmur və bu, sadəcə əlavə problemlər yaradır”, – deyə hüquqşünas qeyd edib.
Ə.Həsənov hesab edir ki, ümumilikdə Azərbaycanda əhalinin maddi və sosial vəziyyəti getdikcə ağırlaşır. Onun fikrincə, belə bir şəraitdə dövlət büdcəsini cərimələr hesabına doldurmağa çalışmaq doğru yanaşma deyil.
“Yumşaq desək, bu yanaşma düzgün deyil və ən azı insafsızlıq kimi qiymətləndirilə bilər”, – deyə hüquqşünas vurğulayıb.
İqtisadçı Natiq Cəfərli isə "AzPolitika"-ya şərhində bildirib ki, Azərbaycanda tənzimləmə qaydaları getdikcə sərtləşir.
Onun sözlərinə görə, bu, müəyyən mənada Avropa Birliyinin tutduğu yanaşmaya bənzəyir və bu, yanlış yol hesab olunur:"Bu məsələ təkcə ictimai sahədə deyil, iqtisadi sahədə də özünü göstərir. İqtisadi fəaliyyətdə də xeyli sayda cərimələr mövcuddur və bir çox hallarda onların məbləği kifayət qədər yüksəkdir. Həddindən artıq tənzimləmə mexanizminin tətbiqi qaydaların tez-tez pozulmasına da səbəb ola bilər".
N.Cəfərli bildirir ki, hüquqda belə bir fəlsəfi yanaşma mövcuddur ki, qanunlar cəmiyyətin davranış qaydalarına uyğunlaşdırılmalı və həmin davranışları tənzimləməlidir:
"Yəni hər hansı ölkədə – məsələn, Avropanın müəyyən bir hissəsində effektiv olan tənzimləmə üsulu Azərbaycanda eyni nəticəni verməyə bilər. Buna görə də yerli xüsusiyyətlər nəzərə alınmalı və ümumilikdə cərimə siyasətinin fəlsəfəsinə yenidən baxılmasına ehtiyac var. Cərimələr dövlət üçün pul toplama mənbəyi kimi qəbul edilməməlidir. Cərimənin əsas məqsədi insanların davranışlarını tənzimləmək və onları qaydalara əməl etməyə təşviq etmək olmalıdır. Bunun üçün isə əvvəlcə maarifləndirmə, təşviq və izah işləri aparılmalı, müxtəlif addımlar atılmalıdır".
İqtisadçı qeyd edir ki, cərimə və cəza mexanizmi yalnız sonuncu mərhələdə tətbiq edilməlidir:"Azərbaycanda isə təşviq və təbliğat işləri ya kifayət qədər aparılmır, ya da çox məhdud səviyyədə həyata keçirilir. Nəticədə, cəza mexanizmi son addım kimi deyil, ilk addım kimi tətbiq olunur ki, bu da düzgün yanaşma hesab edilmir".
Məlumat üçün bildirək ki, ümumilikdə Azərbaycanda inzibati hüquq pozuntuları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllədə 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.
Maraqlı məqam isə odur ki, region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər.
Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.
Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər daha yüksəkdir.
- Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.
- Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.
- Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.
- Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur.
Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxın hesab olunur.

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

Maraqlı

12-03-2026, 20:29

Süni intellektlə bunu edənlər həbs olunacaq

Xəbərlər

6-06-2023, 00:46

Azərbaycanda bu cərimələr 5 dəfədən çox ARTIRILIR

Xəbərlər

9-12-2022, 14:19

DİQQƏT: Mobil telefona görə 12 MİN MANAT CƏRİMƏ oluna bilərsiniz

Xəbərlər

5-05-2022, 20:14

Yeni cərimələr - Milli Məclis QƏBUL ETDİ

Xəbərlər

1-12-2018, 23:26

QANUN SƏRTLƏŞDİRİLDİ: Bu şəxsləri 7 min manatadək cərimə gözləyir - TƏCİLİ!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Son xəbərlər
  • Bu gün, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Bu gün, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Bu gün, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Bu gün, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Bu gün, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Bu gün, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Bu gün, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə