• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya müharibəsinə qarşı ABŞ-dan inanılmaz taktika – Dörd bölgədə işə düşdü

Xəbərlər

11-03-2026, 14:33

Dünya müharibəsinə qarşı ABŞ-dan inanılmaz taktika – Dörd bölgədə işə düşdü


Uzun illərdir beynəlxalq ictimaiyyətin müzakirə etdiyi bir sual var: Bəşəriyyət Üçüncü Dünya müharibəsinə doğru gedir? Son illərdə baş verən bir sıra regional və qlobal qarşıdurmalar bu müzakirələri daha da aktuallaşdırıb. Məsələn, Rusiya–Ukrayna müharibəsi, İsrailin Yaxın Şərqdə hərbi əməliyyatları, Koreya yarımadasındakı gərginlik, Hindistan–Pakistan münaqişəsi və ABŞ–İran qarşıdurmasının hərbi mərhələyə keçməsi dünya müharibəsini yenidən gündəmə gətirib. Hazırda dünyada birdən çox müharibənin baş verməsinə, habelə münaqişə ocaqlarının aktivləşməsinə baxmayaraq klassik mənada qlobal müharibənin başlanması hələlik real görünmür.

Tarixi təcrübə göstərir ki, dünya müharibələri adətən iki aydın və böyük hərbi-siyasi blok arasında baş verib. Birinci Dünya müharibəsi zamanı “Üçlər ittifaqı” ilə “Dördlər” bloku, İkinci Dünya müharibəsində isə “Faşizim” ilə “Antanta” müttəfiqlər koalisiyası qarşı-qarşıya gəlib. Yəni görünür ki, müharibənin genişmiqyaslı olması üçün blokların aydın və təşkilatlanmış olması əsas şərtdir.

Mənə görə Üçüncü Dünya müharibəsinin başlanması üçün ən real mərhələ ötən əsrin ikinci yarısı Soyuq müharibə dövrü hesab oluna bilərdi. Bir tərəfdə ABŞ və Qərb liberal bloku, digər tərəfdə isə SSRİ və sosialist blok mövcud idi. İdeoloji, hərbi və geosiyasi qarşıdurma kəskin olsa da, bu rəqabət birbaşa qlobal müharibəyə çevrilmədi. Nüvə silahlarının mövcudluğu və strateji balans tərəfləri çəkindirici rol oynadı.

Müasir dövrdə isə beynəlxalq sistem əvvəlki kimi iki əsas qütbə bölünmüş deyil. ABŞ hələ də Qərb blokunun mərkəzində dayanır və onun ətrafında NATO kimi güclü hərbi ittifaqlar formalaşıb. Lakin bu blokun qarşısında eyni dərəcədə təşkilatlanmış və vahid hərbi-siyasi blok mövcud deyil. Çin, Rusiya, İran, Şimali Koreya, Venesuela və s ABŞ-ın rəqibləri sayılsa da, bunlar müxtəlif strateji prioritetlərə malikdir və vahid koalisiya yaratmaq iqtidarında deyillər.

Dünya müharibəsinin qarşısını alan məqamlar

ABŞ-ın qlobal strategiyası da potensial rəqiblərin vahid blok şəklində birləşməsinin qarşısını almağa yönəlib. Ukrayna müharibəsi Rusiyanın resurslarını məşğul edir, Tayvan ətrafındakı gərginlik Çin üçün əsas strateji məsələdir, Kəşmir problemi Hindistan və Pakistanı regional təhlükəsizlik gündəmində qarşıdurmada saxlayır, Koreya yarımadasındakı gərginlik isə Şimali Koreyanın hərbi və strateji qərarlarını müəyyən edir. Bu paralel gərginliklər potensial rəqib dövlətlərin vahid hərbi blok kimi formalaşmasını çətinləşdirir.

Tarixi perspektivə nəzər salsaq, hərbi ittifaqların formalaşması daha çox Qərb siyasi mədəniyyətinə xasdır. Antik dövrdən müasir dövrə qədər Avropa dövlətləri xarici təhlükəyə qarşı ittifaqlar yaratmaq ənənəsini davam etdirib. Şərqdə isə daha çox fərdi güc mərkəzləri və regional hegemonluq modeli üstünlük təşkil edib. Şərq dövlətləri özlərini müstəqil güc kimi görməyi üstün tutduqları üçün vahid blok daxilində fəaliyyət göstərmək həmişə məhdud olub.

Müasir vəziyyətdə də bu tendensiya davam edir. Rusiya keçmiş SSRİ təsir dairəsini bərpa etməyə çalışır, İran şiə ideologiyası və dini təsir vasitələri ilə regional nüfuz dairəsi yaratmaq istəyir, Çin isə qlobal iqtisadi və texnoloji yüksəlişə fokuslanıb. Bu fərqli məqsədlər və prioritetlər onların vahid hərbi blok kimi formalaşmasına ciddi maneə yaradır.

Nəticə etibarilə, qlobal sistemin çoxqütblü və parçalı xarakteri Üçüncü Dünya müharibəsinin yaxın perspektivdə başlanmasını əngəlləyir. Regional və qlobal qarşıdurmalar davam etsə də, vahid blokların formalaşmaması və dövlətlərin fərqli strateji prioritetləri bu ssenarinin baş tutmasını real olaraq inandırıcı etmir.

Oxunub: 71
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-01-2026, 13:49

"Daily Star": Üçüncü Dünya Müharibəsi 2026-cı ildə Avropada başlayacaq

Xəbərlər

22-11-2024, 19:25

Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”

Xəbərlər

30-06-2024, 12:40

Bu silahdan istifadə olunsa, 200 ölkə bir-birinə müharibə elan edəcək!

Xəbərlər

29-06-2024, 11:18

Üçüncü Dünya Müharibəsinin dəhşətli sonu: Cənubi Qafqaz da...

Xəbərlər

30-12-2022, 11:08

Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Son xəbərlər
  • Dünən, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Dünən, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Dünən, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Dünən, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Dünən, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Dünən, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Dünən, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Dünən, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Dünən, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Dünən, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Dünən, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Dünən, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Dünən, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Dünən, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • 29-07-2026, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • 29-07-2026, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • 29-07-2026, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • 29-07-2026, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • 29-07-2026, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • 29-07-2026, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • 29-07-2026, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • 29-07-2026, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • 29-07-2026, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • 29-07-2026, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • 29-07-2026, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • 29-07-2026, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə