Livan parlamenti müharibə səbəbindən qanunvericilik seçkilərini iki il müddətinə təxirə salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə parlament spikeri açıqlama yayıb.
Bildirilib ki, bu qərar İsrail və radikal “Hizbullah” qruplaşması arasında yenidən başlayan toqquşmalarla əlaqədardır.
Millət vəkilləri qərarı müzakirə etmək üçün bu gün Beyrutda toplaşıblar.
İclas zamanı İsrail döyüş təyyarələrinin paytaxtın cənub ətrafı üzərində uçuşlar həyata keçirdiyi bildirilib.
Qanunvericilər seçkilərin iki il sonra təşkil olunmasını nəzərdə tutan qərarı dəstəkləyiblər.