“Sülh prosesinin başlaması regionda yeni vəziyyət yaradıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, sülh dövrünə qədəm qoymaq Bakı və İrəvan üçün böyük nailiyyətdir:
“Bu, həm Ermənistan, həm də Azərbaycan üçün qarşılıqlı və birgə nailiyyətdir. Həmçinin daxili siyasətimiz baxımından da böyük uğurdur”.
Paşinyan həmçinin 2018-ci ildəki inqilabdan da danışıb:
“2018-ci ildə Mülki Müqavimət Partiyası və siyasi komandamızla qeyri-zorakı, yumşaq inqilab həyata keçirdik. Bu ağır dövrləri dəf edə bildik, cəhənnəmdən keçdik və bu nöqtəyə çatdıq”.