İsrail ABŞ-la 20 illik təhlükəsizlik müqaviləsi bağlamaq üçün danışıqlar aparmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“İsrail ABŞ-la yeni 20 illik təhlükəsizlik müqaviləsi bağlamağa çalışır. Hansı ki, bu, indiki müddəti ikiqat artırmaq və Prezident Donald Tramp administrasiyasının dəstəyini təmin etmək üçün çox vacibdir. Beləliklə, İsrail ABŞ-dan illik ən azı 4 milyard dollar hərbi yardım almaq istəyir. Lakin İsrailə qarşı artan narazılıq səbəbindən razılığa gəlmək indi daha çətin olacaq”, – deyə Axios qeyd edib.
Hazırda İsrail və ABŞ arasında 2028-ci ildə müddəti bitən və İsrailə hərbi yardımı da nəzərdə tutan 10 illik anlaşma memorandumu mövcuddur. İsrail 2026-cı ildə yeni bir müqavilə əldə etməyi planlaşdırır.
Portal xatırladır ki, 1998-ci ildən bəri ABŞ və İsrail üç 10 illik çərçivə müqaviləsi bağlayıb. Beləliklə, İsrail 1998-ci ildə 21,3 milyard, 2008-ci ildə 32 milyard və 2016-cı ildə 38 milyard dollar yardım alıb.