Bu gün Rusiyanın Kamçatka sahillərində baş verən 8,8 bal gücündə zəlzələ və ardınca Sakit okeanda verilən sunami xəbərdarlığı mistik müzakirələri yenidən alovlandırıb.
Publika.az xəbər verir ki, bu təbii fəlakət sosial media istifadəçiləri tərəfindən Yapon rəssam Ryo Tatsukinin 1999-cu ildə yazdığı məşhur “Watashi ga Mita Mirai” (“Gördüyüm Gələcək”) manqası ilə əlaqələndirilib.
Ryo Tatsuki 2025-ci ilin iyulunda böyük fəlakət olacağını illər əvvəl proqnozlaşdırıb. Həmin dövrdə 5 iyul tarixi ön plana çıxarılmış, lakin gözlənilən hadisə baş vermədiyi üçün məsələ unudulmuşdu. Kamçatkadakı güclü zəlzələdən sonra isə "bir neçə həftə fərqlə də olsa, proqnoz yerini tapdı" tipli paylaşımlar artıb.
Tatsuki daha əvvəl Şahzadə Diana və Freddi Merkurinin ölümü, 2011 Tohoku zəlzələsi, sunami və COVID-19 pandemiyası kimi hadisələri də dəqiqliklə proqnozlaşdırdığı üçün “Yapon Baba Vanqası” ləqəbi ilə tanınır.