• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Xəbərlər

19-06-2025, 22:32

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi


İyunun 19-da Türkiyənin Qəhrəmanmaraş şəhərində “Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan məhəlləsi"nə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.

Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.

İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.

Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan məhəlləsi"nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

“Azərbaycan məhəlləsi"nin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.

Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Qəhrəmanmaraşda olmağımdan da çox məmnunam. Qəhrəmanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha qəhrəmanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşımız var.

Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

***

Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.

***

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ndə inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"nin açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan məhəlləsi"ni gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

***

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşdakı “Azərbaycan məhəlləsi"ndə inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

***

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi"nin inşasına start verildi.

Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Oxunub: 192
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-05-2025, 13:28

Tarixi anlar: Laçın aeroportu açıldı

Xəbərlər

11-04-2025, 17:57

IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi: Prezident iştirak etdi

Xəbərlər

3-06-2023, 19:24

İlham Əliyev və xanımı Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etdi

Xəbərlər

28-05-2023, 22:02

İlham Əliyev Ərdoğanı qələbə münasibətilə TƏBRİK ETDİ

Manşet / Gündəm / Xəbərlər

25-06-2018, 11:19

İlham Əliyev Ərdoğanı təbrik edib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
Son xəbərlər
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • 5-08-2026, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • 5-08-2026, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • 5-08-2026, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • 5-08-2026, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • 5-08-2026, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • 5-08-2026, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • 5-08-2026, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə