• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Dəmir Qübbə” niyə dəlindi? – Bakı da bu sistemə güvənir

Xəbərlər

14-06-2025, 14:51

“Dəmir Qübbə” niyə dəlindi? – Bakı da bu sistemə güvənir


İllərdir dünyanın ən güclü hava hücumundan müdafiə sistemlərindən biri kimi təqdim edilən İsrailin “Dəmir Qübbə” kompleksi növbəti dəfə real münaqişə şəraitində ciddi sınaqla üzləşdi. İsrailin İrana etdiyi hücuma cavab olaraq rəsmi Tehranın ötən gecədən etibarən ballistik raketlərlə endirdiyi cavab zərbələri fonunda “keçilməz” hesab edilən bu sistem müəyyən boşluqlar verdi.

Qeyd edək ki, rəsmi şəkildə təsdiqlənməsə də, mediada Bakı səmasının da “Dəmir Qübbə” və ya onun analoqları ilə qorunduğu barədə məlumatlar yayılıb.

Bu isə Azərbaycan ictimaiyyətində haqlı olaraq belə bir sual doğurur: “Dəmir Qübbə” niyə zəiflik göstərdi? Texniki nasazlıq, taktiki sürpriz, yoxsa sistemin real imkanları şişirdilib? Əgər İran kimi raket arsenalına malik bir ölkə bu sistemin zəif tərəflərini ortaya çıxara bilirsə, bəs biz öz hava məkanımızın təhlükəsizliyinə nə qədər əmin ola bilərik?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bütün silah sistemlərinin üstün cəhətləri olduğu kimi, zəif tərəfləri də var:

“Hava hücumundan müdafiə (HHM) sistemləri hər nə qədər inkişaf etdirilsə də, onlar kütləvi hava hücumları zamanı bütün hədəfləri eyni effektivliklə dəf edə bilmirlər. Dünyada heç bir HHM kompleksi kütləvi hava zərbələrini 100 faiz dəf edə bilmir. Bu, “Dəmir Qübbə” üçün də keçərlidir. Heç “Patriot” və ya “S-300” kompleksləri də belə bir müdafiəyə qadir deyil.

Çünki kütləvi hava hücumu zamanı şəxsi heyətin hansı hədəfə fokuslanacağına dair göstəriş verməsi, eyni zamanda uçan onlarla raketi izləyib aşkarlaması çətin olur. Raketlər yaxın məsafədə uçduğu üçün heyət komandirləri onları atəş qurğuları arasında bölüşdürməkdə çətinlik çəkirlər.

Müasir hava sistemlərində belə bir xüsusiyyət var ki, uçan hədəflərin sürətini və istiqamətini təyin etməklə onların hansı ərazilərə düşəcəyini əvvəlcədən müəyyən edirlər. Buna görə də bilərəkdən atəş açılmır. Çünki raket əleyhinə buraxılan sursatlar kifayət qədər bahalıdır. Uçan raket bir təhdid yaratmırsa, ona qarşı atəş açılmır. İstənilən halda, hər bir müdafiə sisteminin müsbət və mənfi tərəfləri olur”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, “Dəmir Qübbə” sisteminin müdafiə tutumu var:

“İran bunu hesablamaq üçün ötən il ard-arda mərhələli şəkildə birdəfəlik raketlərin gücündən istifadə edirdi. Nəticədə İran tərəfi bu tutumu müəyyən edə bildi. İran 4 ildir ki, ballistik raketlərin üzərində işləyirdi. Bu gün İsrailə qarşı həyata keçirilən əməliyyatı koordinasiya edən Xameneinin müşaviri Yəhya Səfəvi məhz bu hazırlıqla rəhbərlik edirdi.

İranda bu plan çoxdan hazır idi, Səfəvi həmin planı illər öncə hazırlamışdı və İran tərəfi dərhal həmin hazır plandan istifadə etdi.
İsrailin İrana zərbələri konkret məqsəd daşıyırdı. Burada əsas hədəf konkret şəxslər və bölgələr idi. Amma İranın zərbələri həm qisas, həm də kütləvi qorxu yaratmaq məqsədi daşıyır. Buna görə də İran haranı gəldi vurur və bu siyasətini davam etdirəcək. Məqsəd təkcə İsrailin hərbi anbarlarının vurulması deyil, məqsəd İsrailin bütün iqtisadi sistemini sıradan çıxarmaqdır. İranın məqsədi İsraili iqtisadi cəhətdən çökdürməkdir. Bu səbəbdən yüksək xərclə tikilmiş iri binaları, mühüm ticarət mərkəzlərini və bazarları hədəf alır.

“Dəmir Qübbə” bəzi hallarda ona görə uğurlu olur ki, o, tutumundan artıq yüklənmir, lazımi həcmdə raket qəbul edib zərərsizləşdirə bilir. Ancaq eyni zamanda çoxlu sayda raketin buraxılması bu sistemin yüklənməsinə səbəb olur və nəticədə onların qarşısını almaqda çətinlik yaranır.

İran ballistik raket sistemlərini çox gücləndirib. Həm hərəkət radiusu artırılıb, həm də zərbə qüvvəsi gücləndirilib. Eyni zamanda İran PUA-lardan kəşfiyyat məqsədilə geniş istifadə edir. Dünən 100 PUA hərəkət trayektoriyasını müəyyən etmək və ən sərfəli marşrutu tapmaq üçün İraq və İordaniya üzərindən İsrailə yönləndirildi. Həmin PUA-lar kəşfiyyat xarakteri daşıyırdı, onların zərbə endirmək məqsədi yox idi. Bu səbəbdən yavaş hərəkət edirdilər. İran həmçinin bu vasitə ilə yol üzərində ABŞ və İsrailə məxsus məntəqələri müəyyənləşdirdi və daha sonra sərfəli marşrut seçərək ballistik raketləri həmin xətlərlə İsrailə göndərdi. İstənilən halda, İranın cavabı nə qədər dağıdıcı olsa da, bu, İsrail üçün yetərli deyil. İsrail İranın nüfuzuna ciddi zərbə vurdu, ali komanda heyətini məhv etdi. Buna görə də İran ya İsrailə adekvat cavab verməli, ya da bu ölkəni təslim olmağa məcbur etməlidir. Ehtimal ki, bu gün ərzində qarşılıqlı hücumlar davam edəcək”.

Oxunub: 222
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-10-2024, 17:13

Ərdoğanın anons etdiyi yeni silahın heyrətamiz xüsusiyyətləri – Türkiyə nəyə hazırlaşır?

Xəbərlər

3-10-2024, 19:03

Sabiq deputatdan “Dəmir Qübbə” çağırışı: Putinin raketləri Londonu məhv edə bilər

Xəbərlər

2-06-2024, 22:54

Hizbullah hücuma keçdi: yaralılar var

Xəbərlər

29-06-2023, 21:14

Netanyahunun ABŞ-a cavabı: İsrail “Dəmir Qübbə”ni Ukraynaya təhvil verməyəcək

Xəbərlər

22-08-2022, 11:22

Kipr İsraildən “Dəmir Qübbə” raketdən müdafiə sistemləri alacaq

AlıntıCevapla
  • Herman

  • 13 aprel 2026 17:09
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Gnc alternative

References:
https://cineblog01.rest/user/spaceschool3/
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Son xəbərlər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • 28-07-2026, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • 28-07-2026, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • 28-07-2026, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • 28-07-2026, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə