• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!

Xəbərlər

7-06-2025, 17:12

Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!


“The Washington Post” nəşrinin iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində yeni bir əməliyyat planlaşdırır. Məlumata əsasən, Kiyev daha əvvəl həyata keçirdiyi “Hörümçək toru” adlı əməliyyatı bu dəfə daha geniş miqyasda təkrarlamağa hazırlaşır.

Ekspertlərə görə, ilk “Hörümçək toru” üç mərhələdən ibarət idi: Əvvəlcə Rusiyanın dəmiryollarında partlayışlar baş verdi, sonra pilotsuz uçuş aparatları vasitəsilə Rusiya hava limanlarındakı bombardmançı təyyarələrə zərbələr endirildi, sonda isə Krım körpüsünün dayaqlarından biri partladıldı.

Bəs indi Kiyev nə etmək istəyir?

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Ukraynanın “Hörümçək toru”nu yalnız aviabazalar və dəmiryolları ilə məhdudlaşdırmamaq qərarı onun asimmetrik müharibə strategiyasında ciddi dəyişiklikdən xəbər verir:

“Bu, artıq müharibənin yalnız Donbas cəbhə xətti ilə məhdudlaşmadığını, əksinə, Rusiya ərazisinin istənilən hissəsində baş verə biləcəyini göstərir. Ukraynanın kəşfiyyat dairələrində üç fazalı yeni əməliyyat planı barədə səslənən iddialar onu göstərir ki, qarşıda bizə tanış bir ssenarinin daha böyük versiyası gözlənilir.

1. Strateji kommunikasiya xətlərinin təxribatı;
2. Yüksək dəyərli hərbi obyektlərə pilotsuz zərbələr;
3. Putinin yenilməz obrazını hədəfə alan simvolik hücumlar;

Yeni əməliyyatın ilk mərhələsi Rusiyanın enerji infrastrukturuna zərbələr ola bilər. Bu mərhələdə partlayışlar əsasən Avropaya qaz nəql edən, Kremlin büdcəsini dolduran neft və qaz kəmərləri boyunca baş verəcək. Hədəflər arasında Sibirdəki “Qazprom” xəttləri və ya Urenqoy-Pomary-Ujqorod qaz kəməri ola bilər. Məqsəd həm Moskvanın maliyyə axınını pozmaq, həm də Avropanı seçim qarşısında qoymaqdır: Ya Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək, ya da enerji qıtlığı riski ucbatından atəşkəs gündəmə gələ bilər”.

Ekspert hesab edir ki, əməliyyatın ikinci mərhələsində isə dron hücumları planlaşdırılır:

“Sadəcə FPV kvadrokopterləri deyil, daha ağır yük daşıya bilən kamikadze dron modelləri də istifadə olunacaq. Bu dronlar Rusiya aviabazalarındakı Tu-160 və Tu-22M3 bombardmançı təyyarələrinin saxlandığı anqarlar, radar sistemləri və yanacaq anbarlarını hədəf alacaq. Bu mərhələ keçən yay edilən hücumların daha geniş təkrarı olacaq.

Üçüncü mərhələ isə simvolik hücumla müşayiət olunacaq. Bu, Volqa-Don kanalının kilidləri və ya Murmanskdakı nüvə buzqıran terminalları kimi həm hərbi, həm də mülki baxımdan əhəmiyyətli infrastrukturlara edilə bilər. Bu cür hücumlar Krım körpüsündəki partlayışla eyni ictimai və siyasi effekt yaratmağa hesablanıb: ruslara göstərmək ki, müharibə artıq sərhədlərdən çox-çox keçib və imperiyanın “toxunulmaz ürəyinə” qədər çata bilər.

Rusiya tərəfinin cavabı, ehtimal ki, sərt olacaq. Kreml sözçüləri dərhal Ukraynanı “terror aktı” törətməkdə ittiham edəcək və Qərbdən pilotsuz təyyarə ixracına tam qadağa qoyulmasını tələb edəcək. Eyni zamanda, Rusiyanın Baş Qərargahı arxa cəbhəni qorumaq üçün S-400 hava müdafiə sistemlərini ön cəbhədən geri çəkməyə məcbur qalacaq. Ukraynanın arxa bölgələrinə Kalibr və Kh-101 tipli raket zərbələri ilə cavab zərbələri də gözlənilir. Bu zərbələr Kiyevin dron hücumlarını təkrarlamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyacaq. Lakin bütün bu addımlar qarşılıqlı cavablarla yeni və daha təhlükəli bir eskalasiya dövrünü başlada bilər”.

R.Tağızadə deyib ki, siyasi baxımdan yeni “Hörümçək toru” Avropanın diplomatik mövqeyini dəyişə bilər:

“Rusiyanın enerji infrastrukturunun bu dərəcədə həssas olduğunun üzə çıxması Avropa ölkələrini Moskvaya qarşı daha sərt mövqe tutmağa sövq edə bilər. Digər ehtimal isə odur ki, Avropa ölkələri müharibənin daha geniş və iqtisadi baxımdan zərərli bir müstəviyə keçməsinin qarşısını almaq üçün atəşkəs təşəbbüsü ilə çıxış edərlər.

Bu zaman Rusiya daxilində də ictimai narahatlıq arta bilər. Xüsusilə, enerji gəlirlərinə zərbələr və ölkənin artıq təhlükəsiz arxa bölgə olmadığını göstərən hücumlar Kremlin cəmiyyətə təqdim etdiyi sabitlik və güc narrativini sarsıda bilər. Bu, təkcə taktiki hücum deyil, eyni zamanda qətiyyət və iradə sınağıdır.

Ukraynanın kəşfiyyatı həm Rusiya, həm də Avropanı bu münaqişənin davam etməsinin yaratdığı xərcləri yenidən qiymətləndirməyə vadar etməyə çalışır. Lakin bu, riskli oyundur. Rusiyanın hər yeni zərbəyə cavabı daha sərt ola bilər məsələn, Ukraynanın enerji sisteminə dağıdıcı raket hücumları, daha geniş hərbi səfərbərlik və ya ən təhlükəlisi, nüvə silahına əl atmaq ehtimalı.

Nəticə etibarilə, Kiyevin yeni əməliyyatı təkcə bu müharibənin növbəti mərhələsini deyil, Avropanın yaxın gələcək təhlükəsizlik arxitekturasını da müəyyən edə bilər”.

Oxunub: 138
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-06-2025, 16:36

Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?

Xəbərlər

4-06-2025, 11:03

Rusiya dağıdıcı cavab mesajı verdi – Nüvə zərbəsi endiriləcək?

Xəbərlər

3-06-2025, 19:25

“Hörümçək toru” əməliyyatı: Rusiyanın "ürəyinə zərbə" dünyanı şoka salıb

Xəbərlər

21-01-2024, 21:30

Rusiya qisas alacaq, Ukrayna PUA-ları isə…

Xəbərlər

26-03-2022, 18:06

Rəsmi Kiyev: "Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir"

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Son xəbərlər
  • Bu gün, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • Bu gün, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • Bu gün, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
  • Bu gün, 15:37
    Şişkinlikdən çənə ağrısına qədər: Ürək problemlərinin 6 ilkin əlaməti
  • Bu gün, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Bu gün, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Bu gün, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə