Rusiya Federasiyası ilə sərhəd olan Finlandiyada ABŞ və Böyük Britaniya əsgərləri də daxil olmaqla 5 min hərbçinin iştirakı ilə quru təlimləri başlayıb.
Publika.az xəbər verir ki, bu barədə respublikanın quru qoşunları məlumat yayıb.
Məlumata görə, təlimi mayın 23-dən iyunun 1-dək Kyumenlaaksoda keçiriləcək. Region Finlandiyanın cənub hissəsində yerləşir və Rusiya ilə həmsərhəddir.
Qeyd edilir ki, təlimlərə Böyük Britaniya və ABŞ hərbçiləri də daxil olmaqla 5000-dən çox hərbçi cəlb olunub. Bundan əlavə, təxminən 700 ədəd texnika cəlb olunacaq. Manevrlərdə Britaniya ordusunun quru qüvvələrinin hücum helikopterlərinin bir hissəsi də iştirak edəcək.