• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Cənubi Qafqazda güc balansı kəskin dəyişir – Azərbaycan 40 ədəd qırıcı alır
Tərkibində gizli şəkər olan məhsullar
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI
Zibillikdə tapılan 50 min dollarlıq tablo sənət dünyasını şok etdi
Streslərə qalib gəlmək üçün hər gün 1 stəkan qatıq için
“Paşinyan təcili Azərbaycanla sülh imzalamalıdır, yoxsa…” – Rəsul Quliyev
Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı
Səkkiz dəqiqə ölü qalan qadın nələr görüb?
Orta yaşda vərdişlərin dəyişdirilməsi ömrü uzadır
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Fransa müharibəyə girməyə hazırlaşır – Filippot
İnsulin tənzimlənməsinin pozulmasına nə səbəb olur?
ABŞ-yə qarşı yeni bir 11 sentyabr hücumu planlaşdırılır?
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər
Bu qan qrupundan olan insanlara pis xəbər
Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
“Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir
İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İranın təhlükəli Qərbi Azərbaycan planı: Türkiyə ilə toqquşma hazırlanırdı…

Xəbərlər

25-03-2025, 19:02

İranın təhlükəli Qərbi Azərbaycan planı: Türkiyə ilə toqquşma hazırlanırdı…


Xəbər verdiyimiz kimi, Urmiyada on minlərlə Azərbaycan türkü küçə və meydanlarda İran rejiminin haqsızlığına etiraz edib.

Mövzu ilə bağlı Globalinfo.az güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən açıqlama alıb.

Onun sözlərinə görə, İran rejiminin bundan yüz il öncə Qacarlar sülaləsini devirdikdən sonra əsas hədəfi türk kimliyini yox etmək və assimilyasiyaya məruz qoymaq olmuşdur:

“Min ildən artıqdır ki, əhalinin əksəriyyətini təşkil etdiyi halda türk dilini rəsmiyyətdən salmaq da daxil olmaqla, bu istiqamətdə çox işlər görüblər. Türkləri mediada müxtəlif proqramlarda və ümumi platformalarda təhqir etmək əsas planlarından biri olmuşdur. İkinci plan isə İranda Rza şah Pəhləvini hakimiyyətə gətirdikdən sonra ən son Qacarların dövrünə qədər Azərbaycan əyaləti adı altında varlığını sürdürmüş Güney azərbaycanlıların tarixi torpaqlarından Azərbaycan toponimlərini müxtəlif qanunlarla zaman içində götürərək süni əyalət və ustanlara bölmək olmuşdur. Bu gün baxdığımızda ən son hicri-şəmsi tarixi ilə 1316-cı ildə I Pəhləvinin zamanında İran siyasi-coğrafi bölgələri ustanlara bölünüb. İran bu gün 31 ustandan ibarətdir. Qacarlar dövrünə qədər Azərbaycan əyaləti adı altında varlığını sürdürmüş Güney Azərbaycan təxminən 12 ustana bölünüb. Sonra isə Azərbaycan toponimlərini bu ustanlardan götürüb bugünə qədər türklərin hafizəsini silməyə davam etmişdir. Xəzər dənizini Mazandaran adı ilə tanıtdırmağa çalışıblar. Hətta ən böyük problemlərdən biri – türklər İranda uşaqlarına istədiyi türkcə adı rəsmi şəkildə verə bilmirlər”.

Hüquq müdafiəçisi qeyd edib ki, İran rejimi türklərə qarşı müxtəlif sahələrdə genişmiqyaslı assimilyasiya siyasəti aparır:

“İqtisadi çətinliklər, sərmayə qoyuluşunun azalması, işsizliyin artması və s. ilə Azərbaycan bölgələrinin boşaldılması hər zaman İran rejiminin siyasəti olub. Bu gedişatı yetərli görmədiyi üçün xüsusilə mərkəzi Urmiya olan Qərbi Azərbaycanda türk nüfuzunu sürətlə azaltmaq və yox etmək üçün orada iki əsas siyasət aparıb. Birincisi, məqsədyönlü şəkildə Urmiya gölünü qurutmaqdır. Bilirsiniz ki, bura duzlu göldür və əkin sahələrini korlamaqla azərbaycanlıların sayını orada azaldıb İranın Kəbiri və iç bölgələrinə doğru itələmək siyasəti aparıblar və bu, indi də davam edir.

İkincisi, Qərbi Azərbaycan bölgəsində kürd nüfuzunu planlı şəkildə artırıblar. O cümlədən, səkkiz il davam edən İran-İraq savaşında və daha öncə isə Səddam Hüseyn və Şah zamanında kürdləri məqsədyönlü şəkildə İraqın şimalından kütləvi olaraq azərbaycanlıların yaşadığı yerlərdə yerləşdiriblər. Bütün bunların rəsmi sənədləri var. Burada kürd nüfuzunu bir anda çoxaldıblar. Daha sonra PKK və digər kürd terror dəstələrini müxtəlif formada dəstəkləyərək, onlarla əməkdaşlıq quraraq İraqla və Türkiyə ilə olan sərhəddə onların qaçaqmalçılıq fəaliyyəti üçün şərait yaradıblar. Normal dövlət qaçaqmalçılığa qarşı mübarizə apardığı halda bunlar rəsmi şəkildə sığorta belə veriblər ki, siz qaçaqmallar gətirin, əldə etdiyiniz pullarla Azərbaycan torpaqlarını alın və orada nüfuzu artırın. Həmçinin, narkotik və silah alverini bu kürd qruplar vasitəsilə gerçəkləşdirirlər. İranın müxalif fiqurları Türkiyədən, İraqdan və regionun başqa ölkələrindən qaçaqmal gətizdirirlər. Onlar arasında ən məşhuru PKK-ya bağlı olan Zindəşta adlı beynəlxalq aləmdə tanınmış narkoterrorçudur. Urmiyada onu xeyriyyəçi kimi təqdim edirlər və türklərə qarşı bu hərəkətlərin başında da bu adamı qoyublar”.

Ekspert deyib ki, nəhayət, rejimin bu fəaliyyətləri azərbaycanlıların səbrini daşırdı:

“Bilirsiniz ki, kürdlər heç bir zaman, bu PKK məsələsi ortaya çıxana qədər Novruz bayramını – biz ona il bayramı deyirik – qeyd etməzdilər. Əcəm bayramı, yəni “türklərin bayramı” deyərdilər. İndi bunu siyasi alətə çeviriblər. Və birinci dəfə İran Təhlükəsizlik Şurası Urmiyanın bir bölgəsində onlara Novruz şənliyi keçirməyə icazə verdi. Ramazan günlərində şadyanalıq etməyə rəsmi icazə yoxdur deyə türklərin belə bir bayramı qeyd etməsinə icazə vermədilər. Kürdləri isə İraqın şimalından, Sənəndəcdən və s. yerlərdən toplayıb PKK terrorçularının geyimlərini geyərək “Urmiya Kürdüstandır” deyən sloqanlar atdırdılar. Bu da türklərin qəzəblənməsinə, hiddətlənməsinə səbəb oldu.

Ancaq bu ayın 22-də Həzrət Əlinin şəhadət günündə Qərbi Azərbaycanda İranın səlahiyyətli şəxsləri məzhəbi bir mərasim olaraq nəzərdə tutub azərbaycanlılara ancaq bu matəm günündə tədbir keçirməsi üçün zəmin yaratmağa çalışdı və birinci dəfə bu mərasimin adını “Həzrət Əli üçün ələvilər yığıncağı” adlandırdı. Bilirsiniz, İranda azərbaycanlıların çoxu şiədir, amma azərbaycanlılar heç zaman özlərinə “ələvi” deməyib. Rejim bu oyunu ilə əslində istəyirdi ki, bu məsələni Suriyadakı hadisələrlə, ordakı ələvi azlığı və Türkiyənin içində olan ələvi məsələsi ilə əlaqələndirsin. Və sanki Güney azərbaycanlılar ələvidirlər və Türkiyənin siyasətinə qarşıdırlar. Hansısa yolla Güney azərbaycanlılarla türkləri qarşı-qarşıya gətirməyə çalışırlar. Daha öncə də, bilirsiniz, Ərdəbildə Osmanlı-Səfəvi məsələsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına xoşagəlməz sözlər söyləmişdilər, amma planları baş tutmadı”.

S.Kamrani bildirib ki, Azərbaycan milli fəalları ya o mərasimi boykot etməli, ya da ona qatılaraq Azərbaycan milli hərəkatının istəkləri və şüarları əsasında keçirməli idilər:

“Azərbaycan milli hərəkatı ikinci yolu seçdi və bildiyiniz kimi, yüz minlərlə insan ora toplanmışdı. Ancaq səslənən şüarlar bəzi məzhəbi şüarların yanında tamamilə Azərbaycan milli hərəkatının şüarlarını ehtiva edirdi. “Urmiya türkdür və türk qalacaq”, “Torpaqdan pay olmaz”, “Urmiya Kürdüstan olmaz” və buna bənzər şüarlarla ciddi şəkildə öz etirazlarını bildirdilər. Rejim bu mərasimi ələvi saxtakarlığı ilə təqdim etməyi planlaşdırsa da, mərasim tamamilə Azərbaycan milli hərəkatının təşəbbüsünə çevrildi. Və bu dəfə rejim özü şərait yaratdığı tədbiri xüsusi təyinatlılar vasitəsilə dağıtmağa çalışdı və bəzi fəallarımız da saxlanıldı.

Rejimin bu planı baş tutmadı. Azərbaycan milli hərəkatı və azərbaycanlılar Urmiyada həm terrora, həm də rejimin terroru dəstəkləməsinə, eləcə də azərbaycanlıların dini və məzhəbi hisslərinin sui-istifadə edilməsinə etirazlarını bildirdilər. Nə qədər ki, İran rejimi terrorçulara himayədarlıq edir, Qərbi Azərbaycanı kürdləşdirmə siyasətindən vaz keçməyib, kürd terror dəstələri İran rejimi ilə əməkdaşlıq edib bu siyasəti davam etdirəcəklərsə, Azərbaycan milli hərəkatı mübarizəsini sürdürəcək. Belə görünür ki, bu məsələ gələn aylarda da davam edəcək”.

Sonda S.Kamrani əlavə edib ki, Qərbi Azərbaycanın digər bir strateji əhəmiyyəti də var:

“Bu bölgə həm Türkiyə ilə həmsərhəddir, həm İraqdakı Türkmən eli bölgəsinə bağlanır, eyni zamanda Naxçıvanla da həmsərhəddir. Əgər bu gün Zəngəzur koridoru dünya miqyasında strateji əhəmiyyətə malikdirsə, Qərbi Azərbaycan bölgəsi həm dünya siyasəti, həm də Türk dünyasını bir-birinə coğrafi olaraq birləşdirmək baxımından Zəngəzur koridorundan daha çox strateji əhəmiyyətə malikdir. Ona görə də bu layihənin arxasında İran rejimindən başqa həm bölgədə, həm də beynəlxalq arenada türkofob güclər dayanır. Ancaq azərbaycanlılar öz mübarizələrini güclü şəkildə davam etdirirlər. Birinci dəfədir deyə bilirik ki, Azərbaycanda milli cərəyan və məzhəbi kəsimin istəkləri sosioloji olaraq da üst-üstə düşməkdədir. Şiə məzhəbini ən azı Səfəvilər və Şah İsmayıl dövründən bəri zaman keçdikcə panfarsist mənfəətlərin çərçivəsinə salmışdılar, amma artıq bu, türk hürriyyəti, Azərbaycan kimliyi və mənfəətləri ilə üst-üstə düşür və düşünürəm ki, getdikcə güclənəcək”.

Oxunub: 93
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-03-2025, 16:11

İranda azərbaycanlıların aksiyası böyüdü – Urmiyada baş verənlərə Bakıdan reaksiya

Xəbərlər

22-08-2023, 19:29

Urmiyada küçə aksiyasına çağırış edildi

Xəbərlər

15-04-2023, 18:12

Molla rejiminin Türkiyə xəyalı - İranın Ankaranı GÜCDƏN SALMAQ PLANI

Xəbərlər

3-02-2023, 16:41

Novikov: Azərbaycan gücləndikcə, İran qorxur

Xəbərlər

11-11-2022, 14:12

Türk Zirvəsində verilən MESAJ - Güney Azərbaycan İŞĞAL ALTINDADIR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Cənubi Qafqazda güc balansı kəskin dəyişir – Azərbaycan 40 ədəd qırıcı alır
Tərkibində gizli şəkər olan məhsullar
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI
Zibillikdə tapılan 50 min dollarlıq tablo sənət dünyasını şok etdi
Son xəbərlər
  • Bu gün, 13:21
    Cənubi Qafqazda güc balansı kəskin dəyişir – Azərbaycan 40 ədəd qırıcı alır
  • Bu gün, 12:04
    Tərkibində gizli şəkər olan məhsullar
  • Bu gün, 11:26
    Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
  • Bu gün, 10:13
    Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
  • Bu gün, 09:00
    Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI
  • Dünən, 22:19
    Zibillikdə tapılan 50 min dollarlıq tablo sənət dünyasını şok etdi
  • Dünən, 21:06
    Streslərə qalib gəlmək üçün hər gün 1 stəkan qatıq için
  • Dünən, 20:38
    “Paşinyan təcili Azərbaycanla sülh imzalamalıdır, yoxsa…” – Rəsul Quliyev
  • Dünən, 19:40
    Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı
  • Dünən, 19:03
    Səkkiz dəqiqə ölü qalan qadın nələr görüb?
  • Dünən, 18:44
    Orta yaşda vərdişlərin dəyişdirilməsi ömrü uzadır
  • Dünən, 17:18
    Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
  • Dünən, 16:25
    Fransa müharibəyə girməyə hazırlaşır – Filippot
  • Dünən, 15:02
    İnsulin tənzimlənməsinin pozulmasına nə səbəb olur?
  • Dünən, 14:38
    ABŞ-yə qarşı yeni bir 11 sentyabr hücumu planlaşdırılır?
  • Dünən, 13:15
    Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər
  • Dünən, 12:18
    Bu qan qrupundan olan insanlara pis xəbər
  • Dünən, 11:06
    Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
  • Dünən, 10:32
    “Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir
  • Dünən, 09:08
    İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
  • 7-06-2025, 22:20
    Azərbaycan və Ermənistan müxalifəti Avropada üz-üzə gəldi – Nurullayev detalları danışdı
  • 7-06-2025, 21:27
    Əsəbilik, yuxusuzluq və narahatlığı aradan qaldıran - Təbii vasitə
  • 7-06-2025, 20:11
    Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım
  • 7-06-2025, 19:34
    Sürücülük vəsiqəsi ilə bağlı qayda dəyişdi
  • 7-06-2025, 18:15
    Qadın sonsuzluğunda qlobal artım
  • 7-06-2025, 17:12
    Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!
  • 7-06-2025, 16:00
    CHP-də qalmaqal: Kılıçdaroğlu Özgür Özəlin bu təklifini RƏDD ETDİ
  • 7-06-2025, 15:24
    Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı
  • 7-06-2025, 14:38
    İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
  • 7-06-2025, 13:36
    Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə