• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rəsulzadənin gerçəkləşməyən vəsiyyəti – Topçubaşovun dəfnində nə demişdi?

Xəbərlər

8-03-2025, 20:35

Rəsulzadənin gerçəkləşməyən vəsiyyəti – Topçubaşovun dəfnində nə demişdi?



2023-cü ilin yanvarında Prezident İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzaladı. Bu qərardan sonra, Azərbaycan və Türkiyə başda olmaqla, Rəsulzadənin fəaliyyət göstərdiyi ölkələrdə geniş tədbirlər keçirildi, məzarında bərpa işləri aparıldı. Bununla yanaşı, Rəsulzadə və Cümhuriyyət mövzusunda ziyalıların artan fəallığı, dövlətin bu fəaliyyətlərə dəstək verməsi Rəsulzadənin vəfatının 70-ci ildönümündə mühüm bir məsələni gündəmə gətirdi: Azərbaycanın ilk dövlət başçısının məzarının Bakıya gətirilməsi.

Bu barədə Globalinfo.az-a araşdırmaçı jurnalist Nicat İsmayılbəyli danışıb. O bildirib ki, dövlətin keçən il Rəsulzadəyə göstərdiyi yüksək diqqətdən ilhamlanaraq, bu il onun yeni heykəli hazırlanır və 28 may tarixinə qədər tamamlanacağı gözlənilir.

N.İsmayılbəyli qeyd edir ki, Azərbaycanda siyasi dairələrdə Rəsulzadəyə münasibət son 15 ildə əhəmiyyətli dərəcədə dəyişib:

“Əvvəllər Rəsulzadənin portreti sadəcə müəyyən müxalif qrupların əlində idi, hazırda isə bu portret Azərbaycanın intellektual elitasının simvoluna çevrilib. Bu dəyişikliyin memarları arasında Ramiz Abutalıbov, Şirməmməd Hüseynov və Solmaz Tövhidi Rüstəmova kimi ziyalıların rolu xüsusi vurğulanmalıdır.

Rəsulzadənin məzarının Bakıya gətirilməsi məsələsi artıq sadəcə bir istək deyil, ictimai tələbə çevrilib. Hər il 31 yanvar və 6 mart tarixlərində minlərlə insan Rəsulzadəni anır, lakin Bakıda bunun üçün xüsusi məkan yoxdur. Hazırda Rəsulzadəni anmaq üçün yalnız Novxanıda 1990-cı illərdə ucaldılmış heykəl mövcuddur. Ancaq bu məkan nə coğrafi mövqeyinə, nə də tarixi əhəmiyyətinə görə unikal bir anım yeri deyil.

Niyə Rəsulzadə öz məzarında, Bakıda, Fəxri Xiyabanda anılmasın? Bizə yoxdan bir dövlət, heçdən bir bayraq yaradan adama, bir məzarı çox görə bilmərik. Azərbaycanda bir çox şairin, yazıçının ev muzeyləri olduğu halda, nədən Rəsulzadənin də ev muzeyi olmasın? Bu suallar artıq Azərbaycan ziyalılarının gündəmindədir”.

Araşdırmaçı deyib ki, Rəsulzadə heç vaxt şəxsi rifahını ölkə mənfəətləri qədər düşünməyib:

“Varşavada iki od arasında qalanda, Ankarada 6 lirəyə çətin həyat şəraitində yaşadığı zamanlarda belə yalnız Azərbaycanın müstəqillini düşünüb və bu istiqamətdə fəaliyyət gostərib.

Şükür ki, bu gün Rəsulzadənin Azərbaycanla bağlı bir çox arzusu gerçəkləşib. Cümhuriyyətimizə xəyanət edənlər xidmət etdikləri SSRİ rejimi tərəfindən məhv edilib. Azərbaycanda istiqlalçı nəsil yetişib. Bakı əsarət zəncirlərini qırıb. Qarabağ işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib.

Lakin Rəsulzadənin özü üçün arzuladığı və səsləndirdiyi bir vəsiyyət hələ də gerçəkləşdirilməyib. 1934-cü ildə Parisdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində dediyi sözlər əslində Rəsulzadənin öz vəsiyyəti idi:

“Çox çəkməz, məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin Vətən torpağına götürər və xatirəni əbədiləşdirər…”

Bu gün Rəsulzadənin xəyal etdiyi məmləkət qurtulub, mütəşəkkir bir millət yaranıb və istiqlal davası ətrafında yeni nəsil yetişib. Amma nə həzindir ki, Rəsulzadənin özü ilə bağlı vəsiyyəti hələ də gerçəkləşməyib.

Türkiyə üçün böyük bir sima olan Ənvər Paşanın məzarı 74 il sonra vətəninə gətirildi. Ümid edilir ki, Rəsulzadənin məzarı Ankara soyuğunda daha 4 il əmanət qalmayacaq.

Bu məsələnin həlli Azərbaycan tarixinin, milli kimliyinin və istiqlal ideallarının təntənəsi olacaq. Rəsulzadənin vəsiyyəti həyata keçirilməlidir ki, o, ruhən Azərbaycanın müstəqilliyi üçün can qoyduğu torpaqlarda əbədi rahatlıq tapsın”.

Oxunub: 256
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

31-01-2022, 09:15

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür – 138 il

Xəbərlər

2-10-2021, 18:09

SON DƏQİQƏ: İlham Əliyev Misir Mərdanovla bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI

Xəbərlər

1-06-2019, 13:10

İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI - 5 milyon manat ayrıldı

Gündəm

28-05-2019, 09:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

Xəbərlər

17-12-2018, 21:02

SON DƏQİQƏ!!! İLHAM ƏLİYEV MÜHÜM SƏRƏNCAM İMZALADI - Bu millətə vacibdir...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Son xəbərlər
  • Dünən, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • Dünən, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • Dünən, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
  • Dünən, 19:45
    Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
  • Dünən, 18:31
    Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
  • Dünən, 17:55
    Güclü külək əsəcək – Xəbərdarlıq edildi
  • Dünən, 16:51
    Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
  • Dünən, 15:33
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 14:29
    ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
  • Dünən, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Dünən, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Dünən, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Dünən, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 8-08-2026, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • 8-08-2026, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • 8-08-2026, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • 8-08-2026, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • 8-08-2026, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • 8-08-2026, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • 8-08-2026, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • 8-08-2026, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • 8-08-2026, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • 8-08-2026, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
  • 7-08-2026, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • 7-08-2026, 20:25
    “Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
  • 7-08-2026, 19:32
    Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
  • 7-08-2026, 18:46
    Hansı idman növləri bel üçün zərərlidir? - Ortoped açıqladı
  • 7-08-2026, 17:26
    8 ölkə İsraillə bağlı birgə bəyanat yaydı
  • 7-08-2026, 16:10
    İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: ABŞ hücum etsə, enerji obyektləriniz vurulacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə