• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yenə Afrika, yenə Makron - Bu ölkə böyük qarşıdurmanın astanasında

Xəbərlər

11-02-2025, 11:29

Yenə Afrika, yenə Makron - Bu ölkə böyük qarşıdurmanın astanasında



Afrikanın təbii sərvətlərini əldən buraxmaq istəməyən keçmiş müstəmləkə dövlətləri hər vəchlə qitəni nəzarət altında saxlamağa çalışırlar. Mövqelərin itiriləcəyindən ehtiyat edən qüvvələr indi hər yola əl atır, hərbi əməliyyatlara belə gedirlər.

Konqo və Ruanda rəsmilərindən qarşılıqlı ittihamlar

Məsələn, bölgənin ən narahat ölkəsi Konqo Demokratik Respublikası (KDR) ilə qonşusu Ruanda arasında gərginlik müharibə həddinə çatıb. KDR hökuməti ölkənin "müharibə vəziyyətində olduğunu" bəyan edib. Bu, "23 Mart Hərəkatı" (M23) qruplaşmasının ölkənin şərqində Şimali Kivu əyalətinin inzibati mərkəzi, təxminən 300 min əhalisi olan böyük Qoma şəhərini nəzarətə götürdüyünü elan etməsindən sonra baş verib. Qruplaşmanın şəhərə hücumundan əvvəl Konqo hərbçilərinə ultimatum verilmişdi. Onlardan 48 saat ərzində silahı yerə qoymaq tələb olunurdu. KDR hakimiyyətinin iddiasına görə, qruplaşma birbaşa Ruandadan dəstəklənir və onunla birgə bu ölkənin nizami ordusu döyüşür. Ruanda hakimiyyəti isə iddiaları rədd edir. Xatırladırlar ki, KDR-də təxminən yüz silahlı qruplaşma fəaliyyət göstərir və ölkə hakimiyyəti bir sıra rayonlarda vəziyyətə çox zəif nəzarət edə bilir.

Qərb ölkələrinin səfirliklərinə hücum

İndi hər kəs “Böyük Afrika müharibəsi”ndən danışır, prosesə bir çox dövlətin qoşula biləcəyini bəyan edir. Qeyd etdiyimiz kimi, Konqoda hakimiyyətə qarşı çıxan qüvvələrə Ruanda dəstək verir. Bu ölkəni isə Fransa özündən asılı vəziyyətə salıb. Afrikadakı digər müstəmləkələrindən qovulan Fransa indi Ruanda vasitəsilə mövqelərini bərpa etməyə çalışır. Bu məqsədlə Ruandada yerli tayfalar Konqoya qarşı qaldırılır.

BMT Təhlükəsizlik Şurası da Konqo Demokratik Respublikasındakı vəziyyəti müzakirə etmək üçün toplantı keçirib. Böyük Britaniyanın xarici işlər naziri David Lemmi Ruanda prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə KDR arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olunmasının zəruriliyini bəyan edib.

Konqonun paytaxtı Kinşasada ABŞ səfirliyi, bir neçə diplomatik nümayəndəliyə hücum edilib. Basqınçılar Ruanda, Fransa, Belçika, Uqanda və Keniya səfirliklərini hədəfə alıblar. Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.


Konqo böyük qarşıdurmanın astanasında

Görünən odur ki, iyirmi il əvvəl ən qanlı silahlı münaqişənin (Böyük Afrika və ya İkinci Konqo müharibəsi kimi tanınan) mərkəzində olan KDR yenidən böyük müharibənin astanasındadır. Ölkə mərkəzi Konqo hökumətinə qarşı uğurlu döyüşlər aparan tutsi xalqının üsyançı qruplaşmalarını dəstəkləyən qonşu Ruanda ilə diplomatik əlaqələrini kəsib. İki ölkənin tezliklə birbaşa müharibə aparması ehtimalı da var. 1990-cı illərdə Ruandada yerli hutu etnik qrupunun digər etnik qrup olan tutsilərə qarşı törətdiyi soyqırımı hər kəsin yadındadır. Bu müharibə sonradan hutu və tutsi qarşıdurmasının qonşu KDR-ə yayılması və qitənin bir çox dövlətinin bu münaqişəyə cəlb olunması səbəbindən alovlandı. İndi həmin hadisələrin təkrarlanması ehtimalı var.

“Ruanda qoşunları ərazimizə daxil olub”

“Mən sizin qarşınızda dayanarkən bütün dünyanın gözü qarşısında görünməmiş bir hücum gedir. Ruanda qoşunları ərazimizə daxil olub və bu, suverenliyimizin pozulmasıdır. Bu, təcavüzdür, bu, müharibə elanıdır”, - deyə KDR xarici işlər naziri Teresa Kayivamba BMT Təhlükəsizlik Şurasının iclasında deyib. Nazir vurğulayıb ki, Ruandanın hərəkətləri beynəlxalq hüquqa açıq çağırışdır və regional sabitliyə təhlükə yaradır. O, Təhlükəsizlik Şurasının üzvlərindən hərbi əməliyyatların dayandırılmasını, Ruanda qoşunlarının ölkə ərazisindən çıxarılmasını və qonşu ölkəyə qarşı sanksiyaların tətbiqini istəyib.

KDR Prezidenti Feliks Çisekedi isə ruandalı həmkarı Pol Kaqameni təbii ehtiyatlarla zəngin əyaləti ələ keçirmək məqsədi daşıyan diqqətlə hazırlanmış təcavüzdə ittiham edib. Dekabrda ABŞ-nin səyləri nəticəsində onlar arasında danışıqlar keçirilməli idi. Lakin Kaqame bundan imtina edib. Eyni zamanda, Ruanda lideri heç vaxt ölkəsinin üsyançıları dəstəklədiyini etiraf etməyib.

Fransa qarşıdurmanı qızışdırır

Qeyd edək ki, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. Ruanda soyqırımından bir qədər əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda əksini tapıb.
Bu gün - XXI əsrdə Fransa yenə də öz imperialist niyyətindən əl çəkməyib. Çünki onlar Afrika xalqlarının əlindən alınan sərvətlər hesabına ayaqda qalırlar. Ruanda və Konqo da bu sıradadır. Son hadisələrdə də Fransanın əlinin olduğu istisna deyil. Bu mənada Fransa prezidenti Emmanuel Makronun ilin əvvəli fransız səfirlər qarşısında söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Makron sözügedən görüşdə itaətsizlik nümayiş etdirən Afrika dövlətlərinin rəhbərlərini hədələmişdi. Qeyd etmişdi ki, Fransa 2013-cü ildən Afrikada terrora qarşı silahlı müdaxilə edib, amma region dövlətlərinin rəhbərləri Parisə “sağ ol” deməyi unudublar. ("Kaspi" qəzeti)

Oxunub: 281
Paylaş:
Digər xəbərlər

Maraqlı

13-12-2023, 09:28

Misli görülməmiş olay: Nəhəng qitə ikiyə bölünür – Xəritələr yenidən cızılacaq

Xəbərlər

11-03-2022, 18:36

SON DƏQİQƏ: Daha bir ölkə Ukraynaya müharibə ELAN EDƏCƏK

Maraqlı

11-10-2019, 19:59

HƏYƏCAN: Ölkə prezidentinin təyyarəsi radardan itdi

Xəbərlər

27-05-2019, 13:10

Ölkə şokdadır: 1183 nəfərin həyatına son qoyuldu

Xəbərlər

12-04-2019, 11:47

Ölkə ŞOKDA: 751 ölü, 1200 nəfər…

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Son xəbərlər
  • Bu gün, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Bu gün, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Bu gün, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Bu gün, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Bu gün, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə