“Danışıqların yalnız bir nəticəsi ola bilərdi. Dağlıq Qarabağ faktiki olaraq Azərbaycana qaytarılmalı idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Beləliklə, 1994-cü ildən etibarən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi aparıldı. Danışıqların isə bir nəticəsi ola bilərdi. Dağlıq Qarabağ faktiki Azərbaycana qaytarılmalıydı. Ancaq biz bunu etmədik və müharibəyə rəvac verdik. Bu, reallıqdır, əziz insanlar. Üç keçmiş prezidentə gəlincə, onlara yalnız bunu deyə bilərəm: Debat məsələsində fikrinizi dəyişsəniz, mənə xəbər edin”, – Paşinyan vurğulayıb.