• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq çəki riyazi düşüncəyə təsir edirmi? Mütəxəssis açıqladı
Kifozun yaranma səbəbləri
Putin ABŞ-İran müharibəsindən danışdı: Nəticəsi…
28 fevraldan bu günə qədər: Yaxın Şərqi yandıran "qara ay"ın ŞOK XRONİKASI
Selülitin yaranmasının gözlənilməz səbəbi
Qara dənizdə həyacan: Türkiyə təyyarələri bölgəni nəzarətə götürdü
BMT-də vacib səsvermə: Azərbaycan "hə” dedi – Görün hansı ölkələr əleyhinə çıxdı
Təmizləyici su filtrlərinin gizli fəsadları varmış
Hava kəskin dəyişir: Martın 30-dək...
İran danışıqları rədd etdi: müharibə yeni mərhələyə keçir – Böyük savaş başlayır?
Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
“İran çox vacib bir obyektimizi vurdu” – Tramp İLK DƏFƏ açıqladı
Azərbaycanda yeni qaydalar qüvvəyə mindi – Bu gündən
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
Bu bürclər SUBAY qala bilər: Görün, onların arasındasınız?
50 il sonra oyanmaq üçün özünü donduran alim: Kriogenik möcüzə mümkündürmü?
“İran müharibəyə hazırdır” – Tehran ABŞ-ı rədd etdi
Avropa üçün əsas təhlükə müəyyən edildi - "Qoca qitə"ni nə gözləyir?
Xroniki yorğunluğun altında gizlənən xəstəliklər
Putin Paşinyanı günahlandırdı, Köçəryan hərəkətə keçdi – Yeni müharibə anonsu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır"

Xəbərlər

20-12-2024, 14:29

Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır"



Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- II Qarabağ müharibəsinin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir. Bu hansı risklər yaradır?

- Bölgə üçün risklər var. Sözsüz ki, Cənubi Qafqaz sakit, stabil region deyil. Hazırda Gürcüstanda baş verən hadisələrin gedişi böyük narahatlıq doğurur. Faktiki olaraq Gürcüstanın ərazi bütövlüyü pozulub və Rusiya tərəfindən ilhaq edilib. İlhaq edilən bölgələrdə separatçı qurumlar yaradılıb. Bu o deməkdir ki, qonşu Gürcüstan hazırda yaralı vəziyyətdədir. Orada vətəndaş müharibəsi və digər risklər mövcuddur. Azərbaycanla Ermənistan arasında müharibə bitsə də, gərginlik davam edir. Hazırda iki ölkə arasında ciddi risklər var. Bu risklər də ondan ibarətdir ki, Ermənistan sürətlə silahlanır. Gözlənilmədən və hesablanmadan İrəvana hücum silahları verilir. Artıq silahlanmaya 3 milyard dollardan artıq vəsait xərclənib.

- Ermənistanın dövlət büdcəsindən artıq qiymətə olan silahların İrəvana verilməsi hansı amillərlə bağlıdır? Həmin silahları bölgəyə göndərənlərin məqsədi nədir?

- Ermənistanın silahlara bu qədər pul xərcləməsi inandırıcı deyil. Çünki buna imkanları çatmır. Görünən odur ki, Fransanın, Yunanıstanın, Hindistanın, ABŞ-ın, Avropa İttifaqının sülh fondu adı altında Ermənistana ayırdığı vəsait hesabına xeyli silahlar alınaraq, əvəzsiz olaraq verilir. Bu yaxınlarda Rusiya tərəfindən də Ermənistan indiyə qədər hansı silahların verildiyi açıqlandı. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan heç də Azərbaycanla güc balansınını tətbiq etmək deyil, birbaşa müharibəyə hazırlıq görür.

- Hərbi balansı qorumaq nəyə hesablanıb?

- Azərbaycan tərəfindən bəyan edilib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Qərbi azərbaycanlıların isə dinc vasitələrlə öz ata-baba torpaqlarına qayıdışı istənilir. Bu da danışıqlar yolu, dinc vasitələrlə mümkün ola bilər. Ona görə də Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur. Belə olan halda Ermənistanın güc balansını təmin etməyə çalışması məntiqsizdir.

Ətraflı
- Sülh sazişini uzatmaqla rəsmi İrəvan nəyə nail olmaq istəyir?

- Görünən odur ki, Ermənistan sülh prosesini uzatmaqla vaxt udmağa çalışır. Məhz sülh mətninin qarşılıqlı mübadiləsi fonunda itirilən zaman buna hesablanıb. Beləliklə, illərlə sülh danışıqları uzanır. Həmin müddətdə isə Ermənistan çox güclü şəkildə silahlanır. Hazırda NATO-nun mütəxəssisləri Ermənistanda erməni əsgərlərini mümkün müharibə şəraitinə hazırlayırlar.

- Azərbaycanın bu proseslərə ilk reaksiyası nədən ibarətdir?

- Sözsüz ki, Ermənistanın silahlanması və mövcud risklər fonunda Azərbaycanda özünün hərbi qüdrətini durmadan artırır. Məhz bu məqsədlərə xidmət edən hərbi büdcə artırılıb. Bu heç də son deyil. Real təhlükələr olacaqsa, əlavə tədbirlər də görülə bilər. Bu halda sülh amili təhlükə ilə əvəz olunur. Əgər silah alımırsa, bu heç də anbarda saxlamaq üçün deyil.

- Mümkün təxribat elementlərini necə dəyərləndirirsiniz?

- Erməni tərəfi alınan silahların effektivliyini yoxlamaq üçün Azərbaycanı mümkün təxribata çəkib bir neçə günlük də olsa müharibəyə başlaya bilər. Hazırda belə bir təəsüratlar var. Məhz bundan sonra yenidən sülh danışıqları masasına qayıdılacağı ehtimal olunur. Bütün bunlar onu göstərir ki, regionda stabillik risk altındadır, müharibə təhlükəsi qalmaqdadır. Azərbaycan tərəfi bütün bu təhdidlərə cavab olaraq özünü müdafiə məqsədilə adekvat addımlar atacaq. Əgər Ermənistan sülh sazişinə imza atmaq istəyirsə sənəd ortadadır. Əks halda bunu uzatmağa ehtiyac yoxdur. Çünki elə olur ki, Ermənistan sülh razılaşmasının bəlli bir tələbinə 5-6 ay cavab vermir. Bunu isə heç nə ilə izah etmək olmaz. Bu açıq şəkildə vaxt qazanmağa hesablanmış gedişlərdir.

Oxunub: 154
Paylaş:
Digər xəbərlər

Xəbərlər

30-10-2024, 18:15

Gələn il Azərbaycanla Ermənistan arasında müharibə ola bilər: Risk bu ərazilərlə bağlıdır

Xəbərlər

22-10-2024, 17:07

Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı

Xəbərlər

18-04-2023, 18:25

"İmzalanandan bir gün sonra müharibə başlayacaq" - Paşinyandan SENSASİON AÇIQLAMA

Xəbərlər

6-11-2022, 12:19

Baş katib: “Risklər qalmaqda davam edəcək”

Xəbərlər

26-06-2021, 18:22

SON DƏQİQƏ! Azərbaycan və Ermənistan arasında bu şərtlərlə sülh müqaviləsi İMZALANACAQ – ELAN EDİLDİ…

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq çəki riyazi düşüncəyə təsir edirmi? Mütəxəssis açıqladı
Kifozun yaranma səbəbləri
Putin ABŞ-İran müharibəsindən danışdı: Nəticəsi…
28 fevraldan bu günə qədər: Yaxın Şərqi yandıran "qara ay"ın ŞOK XRONİKASI
Selülitin yaranmasının gözlənilməz səbəbi
Qara dənizdə həyacan: Türkiyə təyyarələri bölgəni nəzarətə götürdü
Son xəbərlər
  • Dünən, 22:37
    Artıq çəki riyazi düşüncəyə təsir edirmi? Mütəxəssis açıqladı
  • Dünən, 21:15
    Kifozun yaranma səbəbləri
  • Dünən, 20:39
    Putin ABŞ-İran müharibəsindən danışdı: Nəticəsi…
  • Dünən, 19:23
    28 fevraldan bu günə qədər: Yaxın Şərqi yandıran "qara ay"ın ŞOK XRONİKASI
  • Dünən, 18:47
    Selülitin yaranmasının gözlənilməz səbəbi
  • Dünən, 17:18
    Qara dənizdə həyacan: Türkiyə təyyarələri bölgəni nəzarətə götürdü
  • Dünən, 16:50
    BMT-də vacib səsvermə: Azərbaycan "hə” dedi – Görün hansı ölkələr əleyhinə çıxdı
  • Dünən, 15:42
    Təmizləyici su filtrlərinin gizli fəsadları varmış
  • Dünən, 14:34
    Hava kəskin dəyişir: Martın 30-dək...
  • Dünən, 13:47
    İran danışıqları rədd etdi: müharibə yeni mərhələyə keçir – Böyük savaş başlayır?
  • Dünən, 12:53
    Boru hamiləliyi – vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır
  • Dünən, 11:09
    “İran çox vacib bir obyektimizi vurdu” – Tramp İLK DƏFƏ açıqladı
  • Dünən, 10:35
    Azərbaycanda yeni qaydalar qüvvəyə mindi – Bu gündən
  • Dünən, 09:00
    Ürəyin işini yaxşılaşdıran 6 QİDA
  • 25-03-2026, 22:40
    Bu bürclər SUBAY qala bilər: Görün, onların arasındasınız?
  • 25-03-2026, 21:10
    50 il sonra oyanmaq üçün özünü donduran alim: Kriogenik möcüzə mümkündürmü?
  • 25-03-2026, 20:32
    “İran müharibəyə hazırdır” – Tehran ABŞ-ı rədd etdi
  • 25-03-2026, 19:19
    Avropa üçün əsas təhlükə müəyyən edildi - "Qoca qitə"ni nə gözləyir?
  • 25-03-2026, 18:01
    Xroniki yorğunluğun altında gizlənən xəstəliklər
  • 25-03-2026, 17:27
    Putin Paşinyanı günahlandırdı, Köçəryan hərəkətə keçdi – Yeni müharibə anonsu
  • 25-03-2026, 16:14
    ABŞ İrana zərbələrdə bu hərbi bazadan istifadə edir
  • 25-03-2026, 15:08
    Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər müəyyən edilib
  • 25-03-2026, 14:58
    Pakistandan ABŞ və İrana təklif...
  • 25-03-2026, 13:42
    Qəzəbli və revanşist Putin Qafqazda nə hazırlayır? – Kreml “sürprizlə” üzləşib
  • 25-03-2026, 12:54
    Qan təzyiqi hansı səviyyədən sonra təhlükəlidir? Kardioloq rəqəmləri açıqladı
  • 25-03-2026, 11:06
    Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi
  • 25-03-2026, 10:31
    Türkiyə üçün kritik seçim: Ya bu müsəlman ölkəsini vuracaq, ya da İsrailin planı baş tutacaq!
  • 25-03-2026, 09:02
    Alimlər: Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir
  • 24-03-2026, 22:21
    Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
  • 24-03-2026, 21:58
    5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə